Pol Boyer

Pol Boyer (ing. Paul Delos Boyer; 31 iyul 1918[1][2][…]2 iyun 2018[3][2][…], Los-Anceles, Kaliforniya) — amerikalı kimyaçı. ATP sintezinin enzimatik təbiətini kəşf etdiyinə görə 1997-ci ildə kimya üzrə Nobel mükafatı laureatı adına layıq görülmüşdır.

Pol Boyer
ing. Paul D. Boyer
Doğum tarixi 31 iyul 1918(1918-07-31)[1][2][…]
Vəfat tarixi 2 iyun 2018(2018-06-02)[3][2][…] (99 yaşında)
Vəfat yeri
Vəfat səbəbi nəfəs çatışmazlığı[d]
Təhsili
Fəaliyyəti biokimyaçı, universitet müəllimi[d]
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəlsəfə doktoru (1943 il). ABŞ Milli Elmlər Akademiyasının (1970 il)[5]Amerika Fəlsəfə Cəmiyyətinin (1998 il)[6] üzvü.

Bioqrafiyası

O, 1939-cu ildə Brigam Yanga Universitetində kimya üzrə bakalavr dərəcəsi və 1943-cü ildə Madisondakı Viskonsin Universitetində biokimya üzrə doktorluq dərəcəsi alıb. Minnesota Universitetində 1946–63-cü illərdə fermentlərin təsir mexanizmini öyrənmək üçün kinetik, izotop və kimyəvi tədqiqat üsullarını təqdim etdi. 1963-cü ildə Los-Ancelesdəki Kaliforniya Universitetində kimya və biokimya professoru oldu (1999-cu ildən əməkdardır). Burada o, ATP sintezi mexanizmini öyrənib, bunun üçün 1997-ci ildə Con Uokerlə birlikdə kimya üzrə Nobel mükafatını alıb. Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü (1968 il).

2016-cı ildə o, Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran bir məktub imzaladı[7][8][9].

18 cildlik "Fermentlər" kursunun redaktoru (1971–90 illərdə). Əsasən fermentlər üzrə 300-dən çox əsərin də müəllifidir.

Mükafatları

İstinadlar

  1. Paul D. Boyer // Encyclopædia Britannica (ing.).
  2. Paul D. Boyer // Brockhauz Ensiklopediyası (alm.).
  3. Paul D. Boyer – Facts (ing.).
  4. http://www.nasonline.org/member-directory/deceased-members/57485.html.
  5. Paul D. Boyer Архивная копия от 21 октября 2018 на Wayback Machine (англ.)
  6. APS Member History. Дата обращения: 7 сентября 2021. Архивировано 5 октября 2021 года.
  7. 107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs. Дата обращения: 1 июля 2016. Архивировано 29 июня 2016 года.
  8. Laureates Letter Supporting Precision Agriculture (GMOs). Дата обращения: 1 июля 2016. Архивировано 7 июля 2016 года.
  9. Список нобелевских лауреатов подписавших письмо. Дата обращения: 1 июля 2016. Архивировано 2 сентября 2017 года.
  10. Paul D. Boyer (англ.). John Simon Guggenheim Foundation. gf.org. Дата обращения: 9 сентября 2019. Архивировано 20 августа 2019 года.
  11. "Arxivlənmiş surət". 2023-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.