Pol Anri Holbax

Pol Anri Holbax (8 dekabr 1723[1][2][…]21 yanvar 1789[2][3][…], Paris[4]) — fransız materialist filosofu, ateist.

Pol Anri Holbax
fr. Paul-Henri Thiry, baron d’Holbach
fr. Paul Henri Thiry d'Holbach
Doğum tarixi 8 dekabr 1723(1723-12-08)[1][2][…]
Vəfat tarixi 21 yanvar 1789(1789-01-21)[2][3][…] (65 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Müqəddəs Rox kilsəsi[d]
Vətəndaşlığı
İstiqaməti ateizm
Əsas maraqları fəlsəfə[4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Mənşə etibarilə alman baronudur, lakin həyatının çoxunu Fransada keçirmişdir. Başlıca əsəri "Təbiətin sistemi" (1770) Paris parlamentinin qərarı ilə odda yandırılmışdır. Digər əsərləri: "İfşa edilmiş xristianlıq" (1761), "Cib ilahiyyatı" (1768), "Sağlam düşüncə" (1772). Holbax dini və idealist fəlsəfəni, xüsusilə Berkli təliminin tənqidini vermişdir. Holbax idealizmi sağlam düşüncəyə zidd xülya adlandırırdı. Dinin meydana gəlməsini bəzilərinin avamlığı, keçirdiyi qorxu hissi ilə və digərlərinin aldanılması ilə izah etmişdir. Holbaxa görə "Hər bir tərzdə hisslərimizə təsir edən bütün şey" materiyadır. Materiya əsas xassələri sahədən, çəkidən, fiqurdan nüfuzedilməzlikdən ibarət dəyişməz və bölünməz atomlardan ibarətdir. Həmçinin materiyanın atributu kimi başa düşdüyü hərəkəti Holbax cisimlərin məkanda sadə yerdəyişməsi kimi nəzərdən keçirmişdir. Holbaxın nəzərincə insan təbiətin bir hissəsi olub, onun qanunlarına tabedir. Holbax determinizmi müdafiə etsə də, səbəbiyyəti mexanistcəsinə başa düşmüşdür. Təsadüflərin obyektiv mövcudluğunu inkar etmiş, səbəbləri məlum olmayan hadisələr kimi müəyyənləşdirmişdir. İdrak nəzəriyyəsində Holbax, sensualizmə tərəfdar olmuşdur, aqnostizmə qarşı çıxmışdır. Siyasətdə Holbax konstitusiyalı monarxiyanın, bəzən isə maarifçi mütləqiyyətin mühafizəsində durmuşdur. Cəmiyyətə baxışlarında idealistir; göstərirdi ki, "dünyanı fikirlər idarə edir". İnsanların azadlıq, qurtuluş yolunu maarifdə görürdü. Holbaxa görə öz xüsusi təbiətini bilməməsi bəşər nəslini buna gətirib çıxarmışdır ki, o əsarətə məruz qalmış və hökumətlərin qurbanına çevrilmişdir.

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Paul-Henri Thiry d` Holbach // Babelio (fr.). 2007.
  3. Paul Henry Thiry Holbach // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  4. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.