Polşada turizm
Polşa ildən-ilə artan turist sayına görə qlobal turizm bazarında özünəməxsus bir yer tutur. Polşada turizmin ölkə iqtisadiyyatında xüsusi payı var. Polşada ən məşhur turist şəhərlərinə Krakov, Varşava, Qdansk, Vrotslav, Poznan, Şetsin, Lublin, Torun, Zakopan və Osventsimi (tarixi Auşvitz həbs düşərgəsinə görə) misal göstərmək olar. Polşa Ümumdünya Turizm Təşkilatının 2012-ci il sıralamasında ölkəyə gələn turist səfərlərinin sayına görə 17-ci yeri tutmuşdur.[2]
Polşada turizm | |
---|---|
Polşanın top on ən çox səfər edilən bölgələri[1] | |
Krakov, Vaveldə Vistula çayının sahilində kral sarayı, UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxildir | |
Varşava, İçəri şəhər (köhnə şəhər) meydanı, UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxildir | |
Vrotslav, Köhnə şəhər ratuşası | |
Qdansk, Baltik dənizi sahilində Qdansk çimərliyi | |
Poznan, Beynəlxalq festival (1921-ci ildən bəri), 70 ölkədən çox sərgi iştirakçısı | |
Zakopan, "Polşanın qış paytaxtı", Tatra dağlarından görüntü | |
Şetsin, Köhnə şəhər | |
Vrotslav zooloji parkı | |
Bıdqoş, qırmızı kərpicli Lloyd sarayı və red-brick Lloyd Palace and Brda sahilində marina (liman) | |
Kolobrzeq, tarixi işıq evi |
Polşa, xüsusi ilə 2004-cü ildə Avropa İttifaqına qoşulduqdan sonra turistlər tərəfindən çox səfər edilən ölkəyə çevrilmişdir. Polşada turistləri cəlb edən onun təbiəti, tarixi yerləri və mədəniyyət tədbirləridir. Bunlar hər il milyonlarla turisti ölkəyə gətirir. Turist İnstitutunun verdiyi məlumata görə, 2006-cı ildə ölkəyə 15.7 milyon turist, 2007-ci ildə 15 milyon turist səfər etmişdir.[3] 2012-ci ildə Polşaya 13.5 milyon turist səfər etmişdir (UEFA Avro 2012 üçün gəlib, axşam Polşada qalmayan turistlər bu statistikaya daxil edilməyib).[4] 2013-cü ildə 15.8 milyon, 2016-cı ildə isə 17.5 milyon turist Polşaya səfər etmişdir.
İstinadlar
- TripAdvisor. "Top 10 Destinations – Poland" Arxivləşdirilib 2018-04-01 at the Wayback Machine. Travelers' Choice 2013 (Winners). TripAdvisor.ca The world largest travel site. pp. 1 of 10. Retrieved 20 December 2014.
Travelers' Choice 2014 Update: Arxivləşdirilib 2018-04-01 at the Wayback Machine 1. Krakow, 2. Warsaw, 3. Wroclaw, 4. Poznan, 5. Bialystok, 6. Sopot, 7. Zakopane, 8. Lodz, 9. Szczecin, 10. Gdynia.
- "International Tourist Arrivals by County of Destination (Poland)". UNWTO World Tourism Barometer. World Tourism Organization. 2013. 9 April 2014 tarixində UNWTO Tourism Highlights orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: 27 October 2013. (#redundant_parameters)Overnight stays in accommodation establishments in 2014 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (PDF file, direct download 8.75 MB), Główny Urząd Statystyczny (Central Statistical Office (Poland)), pp. 174–177 / 254. Warsaw 2015.
- Information about tourism in Poland (in Polish). Arxivləşdirilib 2013-04-16 at Archive.today Source: Instytut Turystyki, 2008.
- Katarzyna Sobierajska, Ministry of Tourism. "Pierwsze efekty Euro 2012. Resort turystyki przewiduje wzrost liczby turystów w 2013 r. nawet o pół miliona". Live interview (Polish). Agencja Informacyjna Newseria. 2012. May 20, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 31, 2012. (#apostrophe_markup)