Polşa Coğrafiya Cəmiyyəti

Polşa Coğrafiya Cəmiyyəti (pol. Polskie Towarzystwo Geograficzne) — Polşa Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatı. Mərkəzi qərargahı Varşava Universitetinin Coğrafiya fakültəsinin binasında yerləşir.

Polşa Coğrafiya Cəmiyyəti
pol. Polskie Towarzystwo Geograficzne
Növü ictimai təşkilat
Yaranma tarixi 1918
Rəsmi dili Polyak
Mərkəzi Polşa Polşa
Sədr Antoni Yakovski
Üzvləri 1.400
ptgeo.org.pl

Tarixi

Cəmiyyətin əsası 1918-ci ildə coğrafiya elminin inkişafını təşviq etmək üçün Varşavada qoyulmuşdur.

Cəmiyyətin yaradıcısı Polşa geoloqu Karol Boqdanoviçdir[1].

İlk qurultayı 1921-ci ilin avqustunda Kielse şəhərində keçirilmişdir.

Fəaliyyəti

Cəmiyyət coğrafiya sahəsində elmi, dinaktik və populyar fəaliyyət həyata keçirir. Mütəmadi olaraq, yığıncaqların və elmi konfransların, elmi ekspedisiyaların, ali məktəb tələbələri üçün olimpiadaların, mühazirələrin və populyar ekskursiyaların keçirilməsini təşkil edir.

Üzvləri

Polşa Coğrafiya Cəmiyyətinin 2006-cı ildə üzvləri 23 şöbə üzrə ümumilikdə təxminən 1400 nəfər idi.

Həmçinin bax

İstinadlar

  1. BOQDANOVİÇ Karol Arxivləşdirilib 2022-08-18 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)

Xarici keçidlər

  • ptgeo.org.pl — Polşa Coğrafiya Cəmiyyətinin rəsmi saytı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.