Polşa üsyanı (1863)

Polşa üsyanı — 1863-cü ildə Çar Rusiyasına qarşı baş vermiş qiyam.

Tarixi

1863-cü il Polşa üsyanı və Prusiyanın Rusiyaya bu üsyanı yatırmaqda etdiyi yardım Şlezviq-Holşteyn məsələsində Rusiyanın bitərəfliyinə səbəb oldu. Fransanın Meksika avanturasına qoşulması (1862–1867-ci ildə III Napoleon Meksika respubliksına qarşı müdaxilə təşkil etmiş, lakin müvəffəqiyyətsizliyə uğramışdı) isə Almaniyanın vəziyyətini daha da yüngüləşdirdi. Bismark xatirələrində dönə-dönə qeyd edirdi ki, siyasi xidmətə görə haqqa verilməlidir. Bu mənada Bismarkın Rusiyadan bitərəflik tələb etməyə hüququ var idi. İri dövlətlərdən yalnız İngiltərə Bismarkın fəaliyyətinə qarşı çıxırdı, lakin Avropada yerləşən iri dövlətlərin heç birindən yardım almayan İngiltərənin etirazının heç bir praktiki əhəmiyyəti yox idi. O. Bismark məhz bununla əlaqədar Qorçakovla söhbətdə açıq surətdə etiraf etmişdi ki, Avropa siyasəti baxımından hər şey Rusiyanın mövqeyindən asılıdır, o, ya böyük hersoqu (yəni Danimarkanı) müdafiə etməli, ya da mübahisədən yayınmalıdır.

Vilnedə Aleksandr Nevski Kilsəsi, 1863-cü il hadisələrinə görə tikilmişdir. 1918-ci ildə dağıdılıb.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.