Plovtəpə
Plovtəpə — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində dağ. Uzunoba su anbarından 500 m qərbdədir. Hündürlüyü 1036 m-dir. Plovtəpə – Babək rayonu ərazisində dağ (hünd. 1036,3 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq kənarında, Naxçıvan şəhərindən 4,6 km şimalda, Uzonoba su anbarının qərb sahilindədir. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin duzsaxlayan çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin geoloji quruluşunda iştirak edən Duzdağ sinklinalının geniş cənub-şərq qanadında yerləşir.[1]
Plovtəpə | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1036 m |
Yerləşməsi | |
Ölkə |
![]() |
Rayon |
Həmçinin bax
İstinadlar
- Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.