Plazma
Plazma - müsbət və mənfi yüklü sərbəst zərrəciklərdən, neytral və ya qismən ionlaşmış atomlardan təşkil olunmuş elektrik cəhətdən neytral olan sistem. Yüksək dərəcədə ionlaşmış qaz halına da plazma deyilir.
- Tibbi termin üçün bax qanın plazması

Plazma lampası
Terminini fizikaya 1923-cü ildə İrvinq Lənqmür daxil etmişdir. Müsbət yüklər müsbət ionlardan, mənfi yüklər isə əsasən elektronlardan (bəzən mənfi ionlardan) ibarətdir. Qaz atomlarının ionlaşması zərrəciklərin zərbəsi, elektromaqnit şüalanmasının təsiri və s. nəticəsində baş verir və ionlaşma dərəcəsi ilə xarakterizə olunur. Termodinamikasına və bir sıra digər xassələrinə görə plazma iki qrupa ayrılır: alçaq temperaturlu (qaz boşalması və ya qeyri-izotermik) plazma və yüksək temperaturlu (təbii və ya izotermik) plazma.

Vikianbarda Plazma ilə əlaqəli mediafayllar var.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.