Platon Oyunski

Platon Oyunski (10 noyabr 189331 oktyabr 1939, Yakutsk) — Yakut yazıçısı, alim-filoloq və ictimai xadim, Yakut sovet ədəbiyyatının banisi[1].

Platon Oyunski
saxa Былатыан Ойуунускай
Doğum tarixi 10 noyabr 1893(1893-11-10)
Vəfat tarixi 31 oktyabr 1939(1939-10-31) (45 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Uşağı Sardana Oyunskaya
Təhsili
  • Tomsk Dövlət Pedaqoji Universiteti[d]
Fəaliyyəti şair, tərcüməçi, dramaturq, ictimai xadim, filoloq, siyasətçi
Əsərlərinin dili Yakut dili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Platon Oyunski 11 noyabr 1893-cü ildə Yakutiyada doğulmuşdu.

Oyunski XX əsrin böyük və faciəvi fiqurlarından biri olub. Onun haqqında danışanda adətən belə yazırlar: Şair və inqilabçı. Yazışı və publisist. Romantik və praqmatik. İdealist və materialist. Qurucu və dövlətçi. O zamankı SSRİ tərkibində Yakutiya Sovet Sosialist Muxtar Respublikasının yaradılması məhz onun uzun mübarizəsi nəticəsində mümkün olub. Respublikasının dövlət kimi təşəkkül tapmasında, elm və mədəniyyətinin inkişafında və doğma ana dilində məktəb və nəşrlərin olmasında Platon Oyunski gərgin əmək sərf edib.

Saxalıların milli mədəni azadlığının təmin olunmasında verdiyi mücadilə isə SSRİ rəhbərliyinin qəzəbinə tuş gəlir. Oyunski 1938-ci ildə İrkutskda həbs olunur.

Platon Oyunski 1939-cu ilin 31 oktyabrında elə öz vətənində zindanda həyatla vidalaşır.

İstinadlar

  1. Platon Oyunski // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.