Plastmas

Plastmas (və ya Plastik kütlə) məmulun hazırlanma mərhələsində özülü axıcılıq və ya yüksək elastik, istismar zamanı şüşəyəbənzər və ya kristallik halını alan, tərkibində polimer olan materialdır. Prosesin xarakterindən asılı olaraq plastmasdan hazırlanmış məmulları reaktoplast və termoplast olaraq iki qrupa bölürlər. Reaktoplastlara emalı zamanı tərkibində bərkidmiş halda polimer toru yaranan plastik kütlələr aid edilir, bunlar qızdırıldıqda maye halına çevrilə bilmirlər. Termoplastlar isə əksinə olaraq yenidən ərimə qabiliyyətini özündə saxlayırlar.

Polypropylen; mavi: karbon; boz: hidrogen

Plastmas adətən iki qarşılıqlı birləşməyə girən və qarışmayan təşkiledicilərdən ibarət olur. Bu zaman polimerdən başqa materiala polimerin axıcılıq tempearturunu və özülülüyünü aşağı salan doldurucular, plastifikatorlar və onların köhnəlməsinin qarşısını alan stabilləşdiricilər, həmçinin rənglər əlavə olunur. Plastmaslar bir fazalı (homogen) və ya çox fazalı (heterogen, kompozit) materialar ola bilərlər. Homogen plastik kütlələr materialın xassəsini müəyyənləşdirən əsas təşkiledici sayılır. Digər komponentlər polimerdə həll olunaraq onun bu və ya digər xassələrini yaxşılaşdırıır. Heterogen plastik kütlələrdə polimer sərbəst faza şəklində olan komponentlər arasında əlaqələndirici dispesiya mühiti rolunu oynayır. Xarici təsirə tab gətirmək üçün heterogen plastik kütlədə gərək fazaların sərhədlərində adsorbiya və ya kimyəvi reaksiyanın köməyi ilə möhkəm birləşmə yaransın.

Termoplastlar bir çox dəyərli fiziki-kimyəvi və elastiki izolyasiya xassələrinə malikdir. Bu onların maşınqayırmada geniş tətbiqinə şərait yaratmışdır. Bununla bərabər, bu maddələrin istiliyə davamlılığının aşağı olması kimi mənfi cəhəti vardır. Maşınqayırmada istifadə olunan polietilen, üzvi şüşə, polistirol, viniplast geniş yayılmışdır. Reaktoplastlarda duroplastları misal göstərmək olar.

Mənbə

  • Şükürov R.İ. Metalşünaslıq. Dərslik. Bakı. “Çaşıoğlu”, 2002. 484s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.