Bağayarpağı

HTTPS

Bağayarpağı
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Klad:
Lamiids
Cins:
Bağayarpağı
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  32870
NCBI  26867
EOL  40956
FW  251999

Bağayarpağı (lat. Plantago) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi.Bu çox şeyə xeyirli olur.

Bütün Yer kürəsinə yayılmış 200-ə yaxın növü məlumdur. Onların çoxu alaq otudur. Azərbaycanda 14 növü yayılmışdır, bunlardan təbiətdə ən çox böyük bağayarpağından istifadə olunur. Bağayarpağı adi alaq bitkisi kimi Azərbaycanın bütün rayonlarında bitir.

Botaniki xarakteristikası

İkiillik ot bitkisi olub, qısa vertikal və çoxsaylı sapabənzər lifli kökləri vardır. Gövdə 15–45 sm olub, nazik şırımlı, hamar və dairəvi çiçəklərə malikdir. Yarpaqları dairəvi və ya ellipsəbənzər, bütövkənarlı və ya azdişcikli olub, qanadlıdır. Sünbül çiçəklərinin uzunluğu 5–37 sm- dir. Çiçəkləri kiçik, tacı bozumtul olub, qoltuq tumurcuqlarının üzərində oturur.

Bu bitki dağlıq çəmənliklərdə, həyət və küçələr boyunca yayılmışdır.

Yabanı və mədəni şəkildə əkilən bağayarpağının yarpaqlarını bitki çiçəkləyən dövrdə 3–4 ildən bir toplamaq lazımdır. Dərman məqsədilə bitkinin bütöv, sağlam yarpaqları toplanılmalıdır. Sonra xammalı parça və ya kağız üzərində nazik bir təbəqədə (3–5 sm) yaymalı, yaxşı ventiliyasiya edilən açıq çardaxlarda və ya quruducu şkafda 40–500C-də qurutmaq lazımdır.

Xammal hiqroskopik olduğundan rütublətli, nəmli yerlərdən uzaq tutulmalıdır. İşıqdan qorunan quru yerlərdə, parça kisələrə yığılmaqla saxlanılmalıdır. Saxlanılma müddəti 3 ildir.

Xalq təbabəti

İltihab əleyhinə və antiseptik təsir göstərir, bronx vəzilərinin sekresiyasını artırır, bəlğəmi yumşaldaraq tənəffüs yollarından evakuasiyasını asanlaşdırır. Şirəsinin xora əleyhinə və mədə sekresiyasını artırmaq xüsusiyyəti vardır. Kəskin və xroniki laringit, bronxit, bronxial astma, xroniki qastrit, mədə və onikibarmaq bağırsağın normal və ya sekresiyanın azalması ilə müşayiət olunan xora xəstəliyində, xroniki enterit, kolitdə təyin olunur. Elmi təbabətdə öskürəyə qarşı istifadə olunan preparatların tərkibinə daxil edilmişdir. Tərkibində aukubin adlanan qlikozid, polisaaxaridlər, flavonoidlər, aşı maddələri, alkaloidlərin izi, fitonsidlər, acı maddələri, karotin, askarbin turşusu və s. vardır. Bağayarpağı bitkisi hər bir yerdə bitir. Ot yığanlar ondan çox istifadə edirlər. Ln vitro növlü bağayarpağı sitotoksin keyfiyyətinə malikdir. Bağayarpağın tərkibində lyuteolin var, onun tərkibində fitokimyəvi maddə olduğuna görə yaxşı xərçəng əleyhinə təsiri var. Bağayarpağı sellülozla zəngindir, ona görə də qəbizlikdə faydası var. Bağayarpağı cövhərini heyvanlar üzərində yoxladılar və müəyyən oldu ki, o, sidik kisəsi, yumurtalıq, sümük, ağ ciyərin, mədə və limfo xərçənginin müalicəsində kömək edir.

Bu bitkinin müalicəvi xüsusiyyətləri tək xalq təbabətində deyil, ənənəvi təbabətdə də təsdiq olunub, bağayarpağı əsasında dərman preparatları hazırlanır.

Təsiri və tərkibi

Yarpaqlarının tərkibində aşı və acı, maddələr, karotin, indekan qlükozidi aukubin, askorbin turşusu (42,2mq%), C və K vitamini, alkoloidlər, flavonoidlər, mannit, sorbit, üzvi turşular (olein) vardır. Toxumlarının tərkibində selik (16%-ə qədər), yağ (20%) və karbohidrat (0,17%) vardır.

Yarpaqlarından hazırlanmış plantaqlyusid məhlulu spazmolotik və iltihabsorucu dərman kimi istifadə edilir.

Çiçəkləri yaşıl və ya qonurumtul-yaşıl olub, Spesifik iyə və dada malik. Tərkibində mütləq rütubət 4%, ümumi külün miqdarı 20%, qaralmış və xarab olmuş yarpaqlar 5%, xarab olmuş çiçəklər 1%, üzvi maddələri 1%, mineral maddələri isə 1%-dən çox olmur.

Bədxassəli şişlərin, mədə, bağırsaq, qaraciyər, böyrək, şəkər, sonsuzluq, xroniki xora, göz, qanaxma və ağciyər xəstəliklərinin müalicəsində məsləhət görülür. Bağayarpağın dəmləməsi temperatur və öskürəklə müşayət olunan ağ ciyər vərəmində ağrıkəsici, müxtəlif həşarat və ilan sancmalarında zəhərin orqanizmdən təmizlənməsində əvəzsiz sayılır. Xroniki ishalda bitki və toxumundan istifadə edilir. Yarpaqları elmi təbabətdə dəri xəstəliklərində yaralanma, frunkulyoz və döyənəkli xoralarda, islatma şəklində isə əsasən irinli dəri xəstəliklərində işlədilir.

Bağayarpağı
Böyük bağayarpağı

Bəzi növləri

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.