Piza qülləsi

Piza qülləsi (it. Torre pendente di Pisa) — 1360-cı ildə tikilmişdir. Piza şəhərinin zənglərdən ibarət olan bir qalasıdır və Santa Mariya Assunto kilsəsinin şəhər ansamblının əsasını təşkil edir. Qala özünə "Yıxılan qüllə" adını qazanmışdır və bütün dünyaya öz xarici görkəminə görə tanınmışdır. Çünki qüllənin xaricindən diqqət yetirdikdə onun az qala yıxılacağı görünür, lakin yerə yaxşı bərkidilmişdir. Nə qədər yaxşı bərkidilsə belə, İtaliya hökümətinin onu düz saxlamaq üçün xərclədiyi pul onu düzəltmək üçün xərcləyəcəyi puldan çoxdur. Qüllənin təməli 1174 cü ildə qoyulub. Binanın müəllifi Bonnano Pizano olubdur. Qüllənin əyildiyini görən memar,onu yarımçıq buraxmır və onu hissə-hissə tikirlər. Nəhayət, 200 il sonra Pisa qülləsini onun nəvəsi Tomazo Pizano bitirir. Nəvəyə qədər bu işi Memarın iki oğlu Adrano və Françesko Pizono davam etdirir.

Piza qülləsi
Torre pendente di Pisa
43°43′23″ şm. e. 10°23′48″ ş. u.
Ölkə  İtaliya
Şəhər Pizanın gerbi Piza
Yerləşir Toskana
Tikilmə tarixi 1173-1372
Üslubu Roman memarlığı
Hündürlüyü 58 m[1]
Sahəsi
Zəngləri 7
Material mərmər, daş
Rəsmi sayt opapisa.it
Rəsmi adı: Piazza del Duomo, Pisa
TipiMədəni
Kriteriyai,ii,iv,vi
Təyin edilib1987
İstinad nöm.395
Dövlətİtaliya
RegionAvropa
Piza qülləsi (İtaliya)
Piza qülləsi
Qüllənin planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qüllənin ən alçaq tərəfinin torpaqdan hündürlüyü 55,86 metrdir və ən yüksək tərəfi isə 56,7 metr hesablanmışdır. Divarların enliliyi 4,09 metr və yuxarıya doğru istiqaməti isə 2,48 metr olduğu qeyd edilmişdir. Onun ümumi kütləsi 14453 ton hesab olunur. Tikilinin əyilmə meyli 3,97° sayılır. Şaquli vəziyyətindən 3,9 metr uzaq bilinir. Həmçinin qüllənin 294 pilləsi vardır.

Tikilmə mərhələləri

Qüllənin tikilməsi üç mərhələdən ibarət olmuşdur. 9 avqust 1173-cü ildən başlayaraq iki dəfə uzun aralarla təxminən 200 il davam etmişdir. Nəticədə tikinti prosesi 1360-cı ildə başa çatdırıla bilinmişdir. Qüllə katolik kilsəsi olan Campo dei Miracolinin zəngləri kimi yaradılmışdır. Ancaq binanın memarı indiyə kimi məlum deyil. Əvvəllər bəzi mütəxəssislər düşünürdü ki, qüllənin əyilmə meyliliyi onun yaradılma üslubundan asılı olmuşdur, lakin hazırda bu fikir rədd edilmişdir. Qüllə şaquli istiqamətdə layihələndirilmişdir, lakin əyilmə tikinti prosesi gedərkən hiss edilməyə başlanılmışdır.

Həm meylliliyi, həm də memarıq üslubuna görə 1173-cü ildən etibarən indiki dövrümüzə qədər qala diqqət obyektinə çevrilmişdir. Həmişə çalışılır ki, qala daha möhkəm və davamlı vəziyyətə gətirilsin. Məsələn, dağılmış sütunları dəfələrlə dəyişdirilmişdir. Hazırda daha çox yer altı işlər aparılır və tikilinin özülünün daha möhkəm olması üçün səylər göstərilir.

15 dekabr 2001-ci ildə qüllənin qapıları turistlər üçün açıq elan edildi. Aparılmış bir çox tədqiqatlar yeni əfsanələr meydana gətirir. Tədqiqatlar sübut edir ki, qüllənin yıxılmış vəziyyətdə olması və onun daha da sürətlənməsinə tikilinin çəkisi təsir göstərmir. 1564-cü ildə Piza şəhərində anadan olan böyük alim Qalileyo Qaliley öz təcrübələrinin çox hissəsini məhz bu qüllədə aparmışdır. Qalileyo Qaliley əlindəki müəyyən kütlələri Piza qülləsinin başından ataraq, onların düşmə qabiliyyətlərini öyrənmiş və sürətin heç də çəkidən asılı olmadığını sübut etmişdir.

30 dekabr 1986-cı ildə YUNESKO ümummilli abidələrin irs nümunəsi siyahısına həmin ansamblı yəni kafedra kilsəsi olan Piazza del Duomo, zəngləri yəni Piza qülləsi, baptist edilən yer və qəbiristanlıq salınmışdır. Ansamblın memarı XI–XIV əsrlərdə İtaliyada monumental incəsənət nümunələrinin yaradılmasına görə böyük təsir qüvvəsinə malik olmuşdur.

Çikaqonun ətrafında olan Nayls şəhərində, İllinoysda, həmçinin ABŞ-da eyni ilə Piza qülləsi kimi xarici görkəmə malik olan su qülləsi tikilmişdir və təbii həcmi ½ qədər olmuşdur. Baxmayaraq ki, qüllə maili vəziyyətdə əyilib və XIV əsr nümunəsi sayılır, lakin onun başındakı zənglər düzgün qaydada dayanmışdır.

Tikili özü 8 mərtəbədən ibarətdir, xarici görkəminin diametri 8.484 metr hesablanmışdır. Lakin daxili hissəsinin diametri isə 1.368 metrdir. Binanın bütün konstruksiyalarla birlikdə ümumi çəkisi 14.700 ton bilinir. Tikili hazırlanarkən divarların ümumi qalınlığına da diqqət yetirilmişdir və 4,05 metr olacağına qərar verilib. Həmçinin kilsə üçün nəzərdə tutulmuşdur və başında zənglər də var, məhz buna görə də asılmış zənglərin ümumi sayı 7 ədəddir. Ən böyük zəng isə L’Assunto adlanır, çəkisi 3,5 tondur və 1655-ci ildə bura yerləşdirilmişdir. Ən qədim zəngə isə Pasquarreccia adı verilmişdir.

Tikilinin hazırlanması zamanı 100 il sonra onun cənuba doğru əyilməsi nəzərə çatmağa başlanmışdır. 1911-ci ildə isə artıq qüllənin durmadan əyildiyi bilinməyə başlanılır və onun baş hissəsinin hər il 1,2 millimetr aşağı doğru istiqamətləndiyi qərarı 1989-cu ildə Pavia kilsəsi dağıldıqdan sonra yıxılan qüllənin yenidən bərpasına icazə verilmişdir. Həmin qüllənin üzərində memar və mütəxəssislər çox işləyir, onun yer altından heç olmasa 20 sm ölçüsündə əyriliyini düzəltmək üçün bir sıra tədbirlər görünür. Lakin bütün bunlar bir daha təsdiq edir ki, 800 illik qüllə yıxılmış vəziyyətdə də qalacaqdır.

Həmçinin binanın memarları haqqında irəli sürülən fərziyyələrə görə Bonanno Pizano və Vilhelm fon İnnsburq olmuşdur, lakin onlar da tikilinin tam hazır vəziyyətini görə bilməyiblər. Onu da qeyd edək ki, XIV əsrə qədər qüllənin zəngləri hələ bitirilməmiş vəziyyətdə qalmışdır.

Tikili özünün silindr forması ilə bütün dünya ölkələrində tanınmışdır. Bina xaricdən səkkiz yaruslu görünsə də, daxildən altı mərtəbədən ibarət olduğu da irəli sürülən faktlar içərisindədir. Həmçinin qüllənin tikilişində arkalardan istifadə edilmişdir və bu bizans yaxud müsəlman memarlıq nümunələrinin incilərini özündə birləşdirdiyinin bariz əksidir. Lakin bəzi fikirlər də deyilir ki, ola bilərmi hər hansı memar müsəlman memarlıq ənənələri ilə xristian zənglərini birləşdirməyi bacarsın.

Ümumilikdə isə Piza qülləsinin memarlığı italyan abidələri içərisində ilkin yer tutur və bu ansambl 1063-cü ildən hazırlanmağa başlanmışdır. Hətta Piza kilsəsində İtaliya tarixində mühüm rol oynayan bir neçə şəxsin qəbri də vardır. Bunlardan ən tanınmışı isə alman imperatoru VII Henrikdir.

1275-ci ildə memar Covanni Simonun başçılığı ilə binanın düzəldilməsinə mühüm səylər göstərilsə də mümkün olmamışdır. Zənglərin uzunluğu 48 metr hesablanırdı və onlar üçüncü mərtəbəyə qədər aşağıya doğru sallanırdı. Ümumilikdə isə tikilinin üzərində 15 komissiya işləmiş və bir sıra tədqiqatlar aparmışlar. 1935-ci ildə bənd işlərinin gücləndirilməsi üçün sementdən istifadə edilmişdir. 1992-ci ildə isə qüllənin başına 18 ədəddən ibarət polad dairələr qoyulmuş, xüsusi plastiklə üzəri örtülmüşdür. Pizanın şimal hissəsinə 600 ton qurğuşun tökülmüş, lakin 1993-cü ildə bünövrəyə tökülən bu qurğuşun platformaya qədər gətirilmişdir. Dairəvi formada olan qüllə daşdan və mərmərdən hazırlansa da insanların diqqətini cəlb etməyi bacarır. Buradakı mərmərlərin rəngi ağ və açıq sarıya çalır. Giriş hissəsində vəhşi heyvan şəkilləri ilə təsvir edilmiş barelyef qoyulmuşdur, yuxarı hissəsində isə Madonnanın balaca Andrey Qvardi ilə heykəli yaradılmışdır.

Demək olar ki, Piza qülləsinin yıxılması meyliliyi bizim dövrümüzdə durmadan yoxlanılır.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.