Piyer Mişein

Piyer Françoiz Andre Mişein(Fransızca tələffüz: [pjɛʁ fʁɑ̃swa ɑ̃dʁe meʃɛ̃];16 Avqust 1744 – 20 Sentyabr 1804)— səma obyektlərinin və kometlərin öyrənilməsinə böyük töhfələr vermiş Fransız astronomumərz çəkəni

Piyer Mişein
Pierre Méchain
Doğum tarixi
Doğum yeri Laon, Fransa
Vəfat tarixi (60 yaşında)
Vəfat yeri İspaniya
Vəfat səbəbi Sarı qızdırma
Milliyyəti Fransız
Elm sahələri riyaziyyat, geodeziya, astronomiya
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Piyer Mişein Laonda tavan dizayneri və suvaqçı Piyer François Mişein və Mariya-Marqarita Rozanın oğlu olaraq anadan olub. RiyaziyyatFizikaya yüksək istedadı olmasına baxmayaraq o imkansızlıq səbəbindən təhsilini davam edə bilmir. Buna baxmayaraq onun Astronomiya sahəsinə olan istedadı dostu və ikinci kitabının sınaq oxucusu olduğu Jerom Laland tərəfindən aşkar olunur. Laland daha sonra Onu Versaldakı Xəritələr və Diaqramlar Dəniz Deposunda hidroqraf köməkçisi vəzifəsində çalışmasını təmin edir, burada O, 1770-ci illərdə hidroqrafik iş və sahil xəttinin tədqiqi ilə məşğul olur. Məhz bu müddət ərzində (təxminən 1774-cü ildə) o, Çarlz Mesye ilə tanış olur və daha sonra onlar dost olurlar. Elə həmin il O, ilk astronomik işi olan Əldebaranın Ay tərəfindən örtülməsi məqaləsini hazırladı və Elimlər Akademiyasına təqdim etdi. 1777-ci ildə Versaldakı işindən tanıdığı Barbi-Terez Marjou ilə evləndi. Onların 1780-ci ildə doğulan Jerom ve 1784-ci ildə doğulam Avqustin adında iki oğulları ve bir kızları oldu. Piyer Mişein 1782-ci ildə Frana Elmlər Akademiyasına qəbul edilmiş və 1785-1792-ci illərdə "Connaissance des Temps" jurnalının redaktoru olmuşdur; Bu jurnal digər qabaqcıl işləri ilə yanaşı, həmdə ilk dəfə Messier obyektlərinin siyahısını dərc edən jurnal idi.1789-cu ildə O, London Kral Cəmiyyətinin üzvü seçildi [1].

Kəşfləri

  Açıq ulduz topaları   Kürəvi ulduz topaları   Dumanlıq   Planetar dumanlıq   İfratnəhəng qalığı   Qalaktika   Digər

Messier nömrəsi NGC/IC Nömrəsi Ümumi adı Kəşf olunma tarixi Spektral sinifi Məsafə (i.i.) Bürc Görünən ulduz ölçüsü
M63 NGC 5055 Günəbaxan qalaktikası 14 İyun 1779 Qalaktika, spiral 37,000 Tazılar 8.5
M72 NGC 6981   30 Avqust 1780 Ulduz topası, kürəvi 53 Dolça 10.0
M74 NGC 628   Sentyabr 1780 Qalaktika, spiral 35,000 Balıqlar 10.5
M75 NGC 6864   27 Avqust 1780 Ulduz topası, kürəvi 58 Oxatan 9.5
M76 NGC 650, NGC 651 Kiçik Qantel Dumanlığı 5 Sentyabr 1780 Dumanlıq, planetar 3.4 Persey 10.1
M77 NGC 1068 Balina A 29 Oktyabr 1780 Qalaktika, spiral 60,000 Balina 10.5
M78 NGC 2068   Begin 1780 Dumanlıq, diffuz 1.6 Orion 8.0
M79 NGC 1904   26 Oktyabr 1780 Ulduz topası, kürəvi 40 Dovşan 8.5
M85 NGC 4382   4 Mart 1781 Qalaktika, Linzaşəkilli 60,000 Veronikanın Saçları 10.5
M94 NGC 4736   22 Mart 1781 Qalaktika, spiral 14,500 Tazılar 9.5
M95 NGC 3351   20 Mart 1781 Galaxy, buğumlu spiral 38,000 Şir 11.0
M96 NGC 3368   20 Mart 1781 Qalaktika, spiral 38,000 Şir 10.5
M97 NGC 3587 Bayquş dumanlığı 16 Fevral 1781 Dumanlıq, planetar 2.6 Böyük Ayı 9.9
M98 NGC 4192   15 Mart 1781 Qalaktika, spiral 60,000 Veronikanın Saçları 11.0
M99 NGC 4254   15 Mart 1781 Qalaktika, spiral 60,000 Veronikanın Saçları 10.5
M100 NGC 4321   15 Mart 1781 Qalaktika, spiral 60,000 Veronikanın Saçları 10.5
M101 NGC 5457 Fırfıra qalaktikası 27 Mart 1781 Qalaktika, spiral 27,000 Böyük Ayı 7.9
M102 (Not conclusively identified)            
M103 NGC 581   Marr–Aprel 1781 Ulduz topası, açıq 8 Kassiopeya 7.0

İstinadlar

  1. "Library and Archive". London Kral Cəmiyyəti. 14 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2012.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.