Pitkern adaları dolları
Pitkern adaları dolları (ing. Pitcairn Islands dollar) — Britaniyanın xarici əraziləri hesab edilən Pitkern adaları, Henderson, Dyusi və Oeno adalarının pul vahididir. Valyuta yalnız kolleksiya sikkələri şəklində buraxılır.
Pitkern adaları dolları | |
---|---|
Pitcairn Islands dollar | |
Dövriyyə ərazisi | |
Emitent ölkə | Pitkern adaları |
Əvəzedici və paralel vahidlər | |
Kiçik | sent (1⁄100) |
Dövriyyədə olan sikkə və əsginaslar | |
Sikkələr | 5, 10, 20, 50 sent və 1, 2, 5, 10, 25, 50, 250 dollar |
Əsginas | Buraxılmır |
Tarixi | |
Dövriyyəyə buraxılma | 1988 |
Sikkə və əskinasların buraxılması və istehsalı | |
Mərkəzi bank | Pitkern adaları Mərkəzi Bankı |
government.pn |
1967-ci ildən əsas valyuta kimi müraciətində (sərf edilməsində) Yeni Zelandiya dolları istifadə olunur.
23 iyun 1988-ci ildən qanunla qəbul edilmişdir ki, əsginaslar, Yeni Zelandiyanın sikkələri və Pitkern adaalrı sikkələri adalarda ödənişin qanuni vasitəsidir. Şəxsi sikkələrin buraxılışı həmin ildən başlanmışdır. Əvvəlcə sikkələr 1 dollar və ondan yuxarı nominalla buraxılırdı, 2009-cu ildən isə həmçinin sentlərlə də sikkələr buraxılmağa başladı.
Mis-nikel ərintisindən hazırlanan metallardan 5, 10, 20, 50 sent nominallı sikkələr kəsilir. Bundan əlavə 1, 2, 5, 10, 25, 50, 250 nominallı dollarlar da buraxılır.[1][2].
Ədəbiyyat
- Krause, Chester L. and Clifford Mishler (1991). Standard Catalog of World Coins: 1801–1991 (18th ed. ed.). Krause Publications. ISBN 0-87341-150-1.
İstinadlar
- Cuhaj 1901-2000, 2011. səh. 1717-1718
- Cuhaj 2001-, 2011. səh. 553
Xarici keçidlər
- Монеты на сайте Правительства Питкэрна Arxivləşdirilib 2016-08-16 at the Wayback Machine
- Laws of Pitcairn, Henderson, Ducie and Oeno Islands (Revised Edition 2001): Chapter XXV. An Ordinance Relating to Currency. 23rd June, 1988