Noxud

Noxud (Cicer arietinum L.) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar.

Noxud
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superrosids
Klad:
Klad:
Fabids
Fəsilə:
Yarımfəsilə:
Faboideae
Triba:
Fabeae
Cins:
Noxud
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  26866
NCBI  3887
EOL  27825
Noxud

Yaşıl noxud

Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır.

Qida və yem dəyəri

Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir. Bunun sayəsində noxud qarışıq yem sənayesi üçün dəyərli bitki proteini təchizatçısıdır.

Yaşıl noxud bir çox yeməkdə və şorbalarda istifadə edilir.

Növləri

Ərzaq və yarma noxudu, həmçinin konserv sənayesi üçün yetişdirilən noxud təyinatından asılı olaraq tiplərə və alttiplərə bölünür. Birinci tip — ərzaq noxududur, ikinci tip – yem noxudu. Birinci tipdə alttiplər seçilir: birinci – onun toxumları müxtəlif sarı rənglidir, ikinci tip – müxtəlif yaşıl rənglidir. İkinci tipə yem noxudu aiddir, onun toxumlarının rəngi qonur-yaşıl, qəhvəyi, bənövşəyi, müxtəlif çalarlı qara və ya ləkəli görünməyən qabıqlı mərmər və nöqtəli şəkillidir. Yarma sənayesində noxudun birinci tipi və ikinci alttipi istifadə edilir, onların qarışıqlığı yol verilməzdir. Toxumların ölçülərindən asılı olaraq, iriliyinə görə noxud üç kateqoriyaya ayrılır: iri, orta və xırda; keyfiyyətindən asılı olaraq iki sinifə bölünür. Hər sinifdə hər kateqoriya üçün iriliyi üzrə qarışıqlar və zərərvericilərlə yoluxması üzrə normalar müəyyənləşdirilmişdir.

Noxudun becərilmə aqrotexnikası

Noxudun səpini üçün ən yaxşı sələf payızlıq taxıllar və cərgə arası becərilən bitkilərdir. Taxıl məhsulu toplandıqdan sonar kövşən üzlənir. Səpinə 30–35 gün qalmış 25–30 sm dərinlikdə əsas şum aparılır. Şum altına hektara 200–250 kq superfosfat gübrəsi verilir. Səpin qabağı 75–100 kq gübrə kultivasiya zamanı vermək lazımdır. Sonra sahə malalanır və səthi hamarlanır. Toxum materialı kimi təmizlənmiş və çeşidlənmiş toxumdan istifadə olunur. Toxum standarta cavab verməlidir. Səpin dağətəyi bölgələrdə noyabr ayınm 1–2 dekadasında, aran bölgələrdə isə dekabr ayının 1–2 dekadasında və ya erkən yaz qabağı fevral ayının 2–3 dekadasında, və ya mart ayının 1 dekadasında aparılmalıdır. Noxudun ən yaxşı səpin üsulu iki cərgəli lent-zolaq üsuludur. Bu zaman zolaqlar arasında 45–60 sm, zolaqda cərgələr arasında 15–20 sm ara qoyulur. Dəmyə şəraitində cərgə arası 30–45 sm olmaqla bir başa səpin üsulu da yaxşı nəticə verir. Səpin normasına gəldikdə hektara səpilən cücərən toxumların sayına görə müəyyən edilir. Lentvari səpin üsulunda payız səpini üçün 400 min, yaz səpini üçün isə 300–350 min cücərən toxum effektiv nəticə verir. Başdan-başa səpində isə hektara 0.3–0.4 milyon cücərən toxum səpilir.

Noxud toxumları orta hesabla 5–6 sm dərinliyə bastırılır. Ağır toıpaqlarda dayaz, yüngül torpaqlarda dərin bastırılır. Səpinə qulluq işlərinə gəldikdə isə sahəyə cücərtilər alındıqdan sonra erkən yazda 75–100 kq (f.ç) ammonium şorası verilir. Alaq otlarına qarşı (2–4 yarpaq fazasında) əsas bitkinin inkişaf fazasından asılı olmayaraq Fyuzilad Forte 0–75-1.0 1/hek. və ya Fyuzilad Super 1–2 1 hek. Çilənir. Cərgə araları vaxtaşırı kultivasiya edilir. Məhsulun toplanmasına gəldikdə paxlalar tam yetişdikdən sonra bir başa kombaynla həyata keçirilir. Bunun üçün kombaynın iş rejimi dəyişdirilir və müvafıq olaraq paxlalı bitkilərin yığımı üçün nizamlanır. Toplanmış məhsul təmizləyici və çeşidləyici maşınlardan keçirilir. Azərbaycanda noxudun yerli Ağdənli, Astarxanbazar yerli, AzNİİZ 303, Nərmin və s. sortları rayonlaşmışdır.

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.