Pirrotin

Pirrotin (maqnitli kolçedan) — heksaqonal sinqoniya (heksapirrotin – Fe1-xS); monoklinik sinqoniya (klinopirrotin – Fe7S8). Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Pirrotin
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Fe₇S₈
Strunz təsnifatı II/C.19[1]
Xüsusiyyətləri
Zolaq rəngi qara
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xassələri

Rəng – qırmızımtıl və ya şabalıdı çalarlı bürüncü-sarı, bəzən oksidləşmə rəngləri müşahidə olunur; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,6-4,7; S – 3,5-4,5; Kövrəkdir; Ayrılma – {1010} üzrə qeyri-mükəmməl; Bölünmə – {0001} üzrə mükəmməl; Başqa xassələr – klinopirrotin güclü, heksapirrotin isə zəif maqnitlik xassəsinə malikdir; elektriki yaxşı keçirir; Morfologiya – kristallar: nadir hallarda rast gələn heksaqonal kəsilişli lövhəvari və bipiramidal kristallar; İkiləşmə: {1011} üzrə ikiləşmələr, hərdənbir – üçləşmələr; Mineral aqreqatları: bütöv kütlələr püruzlar.

Mənşəyi və yayılması

Maqmatik mənşəli mis-nikel sulfid filizlərinin əsas mineralı olan pirrotinin ən iri yataqları ultraəsasi və əsasi maqmatik süxurlar içərisində yerləşir. Kolçedan filizlərində, skarn tipli və hidrotermal yataqlarda, bəzən qranit peqmatitlərində, çökmə və metamorfik süxurlarda rast gəlir. Birlikdə rast gəldiyi minerallar: xalkopirit, pentlandit, pirit, maqnetit, sfalerit, qalenit, arsenopirit, kalsit, kvars. Mineralın tapıldığı yerlər: Sedberi (Kanada); Buşveld kompleksi (CAR); Maunt-Ayza (Avstraliya); Outokumpu (Finlandiya); Qreya (Rumıniya); Qızıl-Dərə, Norilski, Talnax, Xolodninski, Dalneqorski (Rusiya); Adanqe (Gürcüstan). Azərbaycanda Filizçay, Katsdağ, Cixix-Saqator, Mazımçay, Gədəbəy, Çıraqdərə, Toğanalı yataqlarında, Böyük Qafqazın cənub (Çuqak, Tenros, Qudurdağ) və Kiçik Qafqazın şimal-şərq yamaclarında yerləşən bir sıra filiz təzahürlərində (Əsrikçay, İtqırılan, İsakənd) və bəzi başqa məntəqələrdə qeyd edilir.

Tətbiqi

Bəzən sulfat turşusu almaq üçün xammal kimi istifadə edilir.

İstinadlar

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.