Pirqos şəhəri
Pirqos — Yunanıstanda, Peloponnes yarımadasının qərbində şəhər. Elida nomunun inzibati mərkəzi.
Haqqında
Pirqos şəhəri dənizdən 4 km, qədim Olimpdən 19 km, Afinadan 315 km aralı məsafədə yerləşir. Katakolon limanı bu şəhərdə yerləşir. 2001-ci il əhalinin siyahıya alınmasına əsasən şəhərdə 45 min əhali yaşayır, şəhər ətrafı ərazi ikə birlikdə əhalinin sayı 50681 nəfər olmuşdur. Katakolon limanı sayəsində Pirqos şəhəri regionun əsas ticarət mərkəzinə çevrilmişdir.
Pirqos şəhəri XVII əsrdə meydana gəlmişdir, Yorqos Tsernoyas bu şəhərin banisi hesab olunur. 1821-ci il üsyanı zamanı Pirqos şəhəri Yunanıstanın müstəqilliyi uğrunda mübarizədə mühüm rol oynamışdır. Bu şəhər osmanlılar tərəfindən dağıdılmış ilk yunan şəhəridir.
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.