Piridin

Piridin -bir azot atomundan ibarət altı həlqəli tsiklik quruluşa malik aromatik birləşmədir. Formulu - C5H5N

Piridin
Ümumi
Kimyəvi formulu C5H5N
Molyar kütlə 79,101q/mol q/mol
Fiziki xassələri
Sıxlıq 0,9819q/cm3 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi -41,6 °C °S
Qaynama nöqtəsi 115,6 °C °S
Buxarın təzyiqi 2.133,16 Paskal[1]
Təsnifatı
CAS-da qeyd. nöm. 110-86-1
PubChem
SMILES c1ccccc1
C1=CC=CC=C1
RTECS UR8400000
ChEBI 16227
ChemSpider

Alınması

Piridin hələ əlkimyaçılar dövründən məlumdur. 1851- ci ildə Şotland kimyaçısı Tomas Anderson tərəfindən alınmışdır. Piridin almaq üçün əsas xammal daşkömür qatranıdır. Sənayedə piridini 2:1 nisbətində asetilen və hidrogen sianiddən 2HC≡CH + HC≡N→C5H5N. və ya katalizator iştirakı ilə nitrildən sintez edirlər. Katalizatir olaraq kobalt birləşməsi götürülür

Xassələri

Piridin maye şəklində olub kəskin iyə malikdir, rəngsizdir, suda və digər üzvi həlledicilərdə həll olur. Piridin zəif əsasdır, qüvvətli mineral turşularla duz əmələ gətirir. Həmçinin ikiqat duzlar və kompleks birləşmələr əmələ gətirir.

Piridin alifatik aminlərə nisbətən daha zəif əsasdır. Onun sulu məhlulu lakmusu göy rəngə boyayır.

Piridin üçlü aminlərin xassələrini göstərir: N-oksidlər, N-alkilpiridin duzları əmələ gətirir. Eyni zamanda piridin aromatik xassələrə malikdir.

Tətbiqi

Boyaq madələri , dərman maddələri istehsalında, analitik kimyada, əksər üzvi və qeyri üzvi madələr üçün həlledici kimi istifadə edilir. Piridin toksik madədir, insanın əsəb sisteminə, dərisinə təsir edir.

Mənbə

  • Пиридин — статья из Большой советской энциклопедии.
  • Д. А. Хардин. Пиридин // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
  • Berg. L., Harrison J.M., Montgomery C.W., Ind. Eng. Chem., 1945, v.37, 585.
  • Waldron J.W., пат. США 2454019, ноябрь 16, 1948.
  • Arndt F., Nachtwey P., Ber. deut. chem. Gesell., 1926, 59B, 448.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.