Piri Məmmədov
Piri Məmmədov (25 yanvar 1940, Alıkənd, Göyçay rayonu – 25 dekabr 2008, Bakı) —Azərbaycan Respublikasının əməkdar jurnalisti,5 may 1977-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb
Piri Məmmədov | |
---|---|
Doğum tarixi | 25 yanvar 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 25 dekabr 2008 (68 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | SSRİ vətəndaşlığı → Azərbaycan |
Milliyyəti | Azərbaycan türkü |
Dini | İslam |
Fəaliyyəti | jurnalist |
Mükafatları |
Həyatı
Piri Məmmədov 1940-cı il yanvarın 25-də Azərbaycan SSR-də, Göyçayın Alı kəndində anadan olub,Əmək fəaliyyətinə 1965 ildə “Azərbaycan gəncləri” qəzetində başlayıb. Daha sonra S.M.Kirov adına ADU-nun (indiki BDU) Jurnalistika fakültəsini bitirib (1969). 1978 ildən “Kommunist” qəzetində şöbə müdiri vəzifəsində çalışıb. 1992 ildən fəaliyyətini “Xalq qəzeti”ndə davam etdirən Məmmədov 1996 ildən ömrünün sonunadək “Respublika” qəzetində “Sosial problemlər” şöbəsinin müdiri vəzifəsində çalışıb. 1977 ildə “Qızıl qələm” mükafatı ilə təltif edilib.2008-ci il dekabrın 25-də Bakıda vəfat edib.