Pirdirəyi
Pirdirəyi — Şamaxı şəhərindən şimal-qərbdə, Gülüstan qalasının qalıqlarından şərqdə yerləşən dağ. Dəniz səviyyəsindən hündürlüyü 1049,4 m[1], şəhər səviyyəsindən isə 350 m.[2]
Pirdirəyi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Böyük Qafqaz |
Dağ silsiləsi | Baş Qafqaz silsiləsi |
Mütləq hündürlüyü | 1049,4[1] |
Yerləşməsi | |
40°39′16″ şm. e. 48°37′40″ ş. u. | |
Ölkə | Azərbaycan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
X əsrin birinci rübündə Şamaxının Şirvanşahların paytaxtı və Şirvanın mühüm və vacib şəhərlərindən biri olduğu zaman, Pirdirəyi dağının zirvəsində "pir" ziyarətgahı var idi ki, həmin dövrdə şəhərlərdə və kəndlərdə müasir Azərbaycanın ərazisində onlara tez-tez rast gəlmək olardı.[2]
Arxeoloji tədqiqatlar
Dağın dibindəki arxeoloji tədqiqatların materialları bu ərazinin erkən orta əsrlərə qədər olan tarixini əks etdirir.[3] Dağın şərq dibinin yaxınlığında erkən orta əsrlər dövrü üçün səciyyəvi olan keramik qabların çoxsaylı parçaları tapılmışdır. Sara Aşurbəylinin sözlərinə görə, bu tapıntılar vaxtilə Şamaxı yaxınlığında böyük yaşayış məskəninin olduğunu göstərilər.[2]
1967-ci ildə arxeoloqlar dağın dibində yastı qapaqlı və qulpları qabağa çıxan keramik qabların çoxsaylı qırıntılarını yığmışdılar. Taxıl ovma, həvəngdəstəni və üzüm sıxma vannaları şəklində daş alətlər aşkar olunmuşdur. Bu tapıntılar orta əsrlərə xarakterik olan istehsal texnikasının tənəzzülünü göstərir. Arxeoloq Hüseyn Ciddinin sözlərinə görə, bu tənəzzül Bizans, xəzərlilər və sasanilərin arasında olan müharibələr kimi xarici amil və feodal cəmiyyətinin formalaşması kimi daxili amil ilə bağlı idi.[4]
Şamaxı şəhərindən 1 kilometr şimalda yerləşən Piridirəyin geniş yaşayış məskəni Kür-Araz mədəniyyəti materiallarıyla zəngindir. Bu məskən şumlanıb və üzümlüklərlə tutulub. 1970-ci ilin arxeoloji qazıntılar zamanı yaşayış məskəninin ərazisində əkinçilik məhsullarının emalı üçün istifadə olunan daş alətlər, nalşəkilli ocaq altlıqları və keramik qablar aşkar edilmişdir. Yığılmış keramika arasında bəzəkli olanı da var, həmçinin açıq-kremli çalarlı maye gil örtüklü olan saxsı qırıqlar tapılmışdır. Arxeoloq İdeal Nərimanovun sözlərinə görə, Piridirəyi yaşayış yeri Kür-Araz mədəniyyətinin ilkin məskənlər sırasına aiddir.[5]
Qalereya
- Şamaxı şəhərindən görüntü
- Adam Olearinin kitabındaki rəsmdə
- Yan Streysin kitabındaki rəsmdə
- Engelbert Kempferin çəkdiyi rəsmdə
İstinadlar
- Топографическая карта К-39-122, Шемаха, 1985. (rus)
- Sara Aşurbəyli Государство Ширваншахов. — Б.: Элм, 1983. — səh.. 105. — 341 səh. (rus)
- Джидди, 1981, səh. 25 (rus)
- Hüseyn Ciddi О памятнике Пирдиреки // Доклады Академии наук Азербайджанской ССР. — 1968. — Т. XXIV, № 12. — səh. 54–57.
- İdeal Nərimanov. Поселения Пирдереки и Девечи // Археологические открытия 1970 года. — М.: Nauka, 1971. — səh. 392.
Ədəbiyyat
- Hüseyn Ciddi О памятнике Пирдиреки // Доклады Академии наук Азербайджанской ССР. — 1968. — Т. XXIV, № 12. — səh. 54–57. (rus)
- Hüseyn Ciddi Средневековый город Шемаха (IX–XVII века). — Б.: Элм, 1981. — 174 səh. (rus)