Pircahan

PircahanAzərbaycan Respublikasının Laçın rayonu Pircahan kənd inzibati ərazi dairəsində kənd.[1]

Pircahan
39°43′34″ şm. e. 46°26′08″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Pircahan xəritədə
Pircahan
Pircahan

Etimologiya

Qədim pir olan yerdə salındığına görə Pircahan adlandırılmışdır.[2]

Tarixi

Bu ərazidə XI əsrə aid "Gavur qalası" adlanan tarixi abidə var. Laçının tarixi abidələri içərisində XVIII əsrin axırı və XIX əsrin əvvəllərində inşa edilmiş Pircahançay üzərindəki Məşədi Mehralı tağbənd körpüsü kəndin 4–5 km-də yerləşir, Həkəri çayının yuxarı hövzəsindədir. Pircahanlı Behbudalıyev Məşədi Mehralı Məşədi Mərdan oğlu bu körpünü öz şəxsi vəsaiti hesabına tikdirmişdir.[2]

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının CavanşirZəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmiş, Pircahan kəndi isə qəza mərkəzi elan edilmişdir.[3] Sonradan Abdallar kəndinə köçürülmüşdür.[4] Kürdüstan qəzası ləğv edildikdən sonra Pircahan Laçın rayonunun tərkibinə daxil edilmişdir.[5]

Pircahan 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[6] Kəndin əhalisi daha sonra kəndi tərk etmək məcburiyyətində qalmış, bura etnik ermənilər köçürülmüşdür. Bakının Binə qəsəbəsində Pircahan orta məktəbi fəaliyyətini davam etdirmişdir.[7] Kənd əhalisinin bir hissəsi Ağcabədi rayonunun Taxtakörpü məcburi köçkünlər qəsəbəsində yerləşdirilmişdir. Burada Pircahan kəndinin mədəniyyət evi yerləşir.[8]

Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[9]

Mədəniyyəti

Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana, çörəkbişirmə sexi, pendir zavodu, rabitə şöbəsi və iki mağaza var idi.[2]

Coğrafiyası

Pircahan kəndi Laçın rayon mərkəzindən təxminən 35 km qərbdə yerləşir.[2]

Əhalisi

1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi Azərbaycan dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.[10] "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Seyidlər kənd qəzasının Pircahan kəndində 27 evdə 181 şiə kürd yaşayırdı. Onlardan 19 nəfər dövlət kəndliləri, qalanları isə mülkiyyətçi kəndliləri idi.[11] 1912-ci ilin "Qafqaz təqvimi"nə görə kənddə etnik tərkibi əsasən kürdlərdən ibarət olan 135 nəfər yaşayırdı.[12] 1983-cü ildə kənddə 504 nəfər yaşayırdı.[13]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və bağçılıq olmuşdur.[13] 2022-ci ildə "Azərişıq" ASC tərəfindən 17 km-lik 35 kV-luq "Bozlu–Pircahan" hava xəttinin tikintisi yekunlaşdırılmışdır.[14]

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. "Laçına qar yağıb — Pircahan Kəndindən son görüntülər". Ens.az - 4 dildə xəbərlər və ensiklopediya, ən son xəbərlər, en son xeberler. 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  3. Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об.
  4. "Красный Курдистан: геополитические аспекты создания и упразднения". 2009-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-14.
  5. Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года (4-е изд.). Баку: Азербайджанское гос. изд-во. 1979. 7.
  6. Vendik, Yuri. "Армяне оставляют Лачин, несмотря на конец войны в Карабахе и прибытие российских миротворцев". BBC Russian Service (rus). 17 November 2020. 16 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
  7. "Laçın rayon təhsil müəssisələrinin 2019-2020-ci tədris ili üçün". Laçın rayonu İcra Hakimiyyəti. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-06.
  8. Şərif. ""...O dağın, o üzünə mütləq qayıdacağıq"". Vətənin səsi.
  9. "Azərbaycan Müdafiə Nazirliyi Laçında dövlət bayrağının asılması barədə video yayıb". BBC Azerbaijani Service (az.). 1 December 2020. 30 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
  10. Кавказский календарь на 1856 год (rus). Tiflis: Tipografiya kantselyarii Ye.I.V. na Kavkaze, kazenny dom. 1856. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-16.
  11. Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. Тф. 1893. 249.
  12. "Кавказский календарь на 1912 г.— Тифлис: Типография канцелярии наместника Кавказского,1912 г. с. 212". 2018-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
  13. Пирҹаһан // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 540.
  14. "Laçın rayonunda 35 kV-luq yeni elektrik xətti çəkilib". Azerishiq.az. 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.