Pir Həsən
Pir Həsən — Qaraqoyunlu hökmdarı.
Pir Həsən | |
---|---|
Qaraqoyunlu hökmdarı | |
1389 – 1391 | |
Əvvəlki | Qara Məhəmməd |
Sonrakı | Qara Yusif |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Atası | Hüseyn bəy |
Uşağı | Hüseyn |
Həyatı
1389-cu ildə Qara Məhəmmədə qarşı üsyan qaldırdı. Tərəflər arasında baş vermiş döyüşdə Qara Məhəmməd həlak oldu. Qara Məhəmməd üzərində qələbəsinə baxmayaraq Qaraqoyunlu əmirləri onun yox, Qara Məhəmmədin oğlu Misir xocanın ətrafında toplaşdılar. Daha sonra Qara Məhəmmədin digər oğlu Qara Yusif Pir Həsənə qarşı Mardin hökmdarından və digər qonşu hökmdarlardan kömək istədi. Lakin Cəbər hakimi Döyər Salim bəyin müdaxiləsi ilə tərəflər arasındakı münaqişə sona çatdı.[1][2]
Pir Həsən bəy 1391-ci ildə vəfat etdi.[1]
İstinadlar
- islamansiklopedisi.org.tr. "Karakoyunlular" (türk). Faruk Sümer. 2001. 2018-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2021.
- anl.az. "Azərbaycançılıq və dövlətçilik tarixində Azərbaycan Qaraqoyunlu dövlətinin rolu və yeri" (az.). Vahid Ömərov. 26 sentyabr 2012. 2022-03-28 tarixində arxivləşdirilib.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.