Pirəzə
Pirəzə — Azərbaycan Respublikasının Ağdaş rayonunun Pirəzə kənd inzibati-ərazi vahidində kənd. Rayon mərkəzindən 30 km cənubda, Kür çayının sahilində yerləşir.
Pirəzə | |
---|---|
40°24′58″ şm. e. 47°20′56″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdaş rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 10 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0328[1] |
|
Kənddə şəhid Mirzali Əliyar oglu Əliyev adına orta məktəb, şəhid Adil Sirac oglu Eminov adına uşaq bağçası, mədəniyyət evi, kitabxana, 100 yerlik elektron ATS, poct şöbəsi fəaliyyət göstərir.[mənbə göstərin]
Tarixi
Kəndin adi Həsənbəy Zərdabinin 1875-1877-ci illərdə nəşr etdirdiyi "Əkinçi" qəzətində qeyd edilmişdi. 1916-cı il məlumatlarına əsasən kənddə 101 ev olmuşdur.[mənbə göstərin]
Etimologiyası
Kəndin adının Pir (ocaq) və Aza (yer, məskən, şəhər) sözlərindən yaranaraq "ocaq, pir olan yer" mənasında ifadə olunduğu ehtimal edilir.[mənbə göstərin]
Əhalisi
Kənddə 1547 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.[mənbə göstərin]
Şəhidlər
Birinci Qarabağ müharibəsində həlak olanlar
- Mirzali Əliyar oglu Əliyev(1961-1992) adına orta məktəb, şəhid
- Adil Sirac oglu Eminov (1966-1993) adına uşaq bağçası
- Əliyev İmaməddin Əliağa oğlu (1973-1992)
- Dadaşov Rəhman Mirələm oğlu (1969-1994)
- Mustafayev Nüsrət Niftalı oğlu (1970-1994)
İkinci Qarabağ müharibəsində həlak olanlar
İstinadlar
- Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.