Pirəkəşkül palçıq vulkanı

Pirəkəşkül palçıq vulkanı – Bakı şəhərindən 39–41 km qərbdə, Bayanata dağından 7–9 km məsafədə yerləşir.[1]

Pirəkəşkül palçıq vulkanı
Ümumi məlumatlar
Növü Palçıq vulkanı
Yerləşməsi
40°28′50″ şm. e. 49°26′53″ ş. u.
Ölkə  Azərbaycan
Pirəkəşkül palçıq vulkanı xəritədə
Pirəkəşkül palçıq vulkanı
Pirəkəşkül palçıq vulkanı

Haqqında

Pirəkəşkül palçıq vulkanı Bakı-Şamaxı şose yolunun hır iki tərəfində yerləşən üç qrup sopka və qrifonlarla təmsil edilir. Vulkanın mütləq yüksəkliyi 321 m, nisbi yüksəkliyi isə 55 m-dir. Qrupların birində qrifonlardan neft ayrılır. Brekçiya örtüyü ölçüsü 240*100 m olan sahəni tutur. Vulkan eosenin əzilmiş suxurları üzərində yerləşir və Gültəmin antiklinalının tektonik pozulması ilə əlaqədardır. Qobustan botaniki və coğrafi ərazisində yerləşən Pirəkəşkül palçıq vulkanının bitki növlərinin tərkibi müəyyənləşdirilərək təhlil edilmişdir. Vulkanın bitki örtüyü 16 cins və 7 fəsiləyə aid 18 növdən ibarət olan floristik müxtəliflik ilə xarakterizə olunur. Geobotaniki profilləmə üsulu ilə Pirəkəşkül palçıq vulkanına bitişik ərazidə bitki birliklərinin və qruplarının yayılma qanunauyğunluqları aşkar edilmişdir. Fitosenozda olan növlərin sayı və onların ümumi proyektiv örtüyü periferiyadan orta hissəyə qədər artır, mərkəzdə bir növə qədər kəskin şəkildə azalır. Temperatur qradiyenti, küləyin istiqaməti, substratın rütubət rejimi və üfüqün cəhətləri ilə əlaqəli bitki örtüyünün aydın mozaikası müşahidə olunur. Palçıq vulkanının bitki örtüyü spesifikdir, lakin ərazinin bitki örtüyündən kəskin fərqlənmir.[2]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.