Pirəbədil
Pirəbədil — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati-ərazi vahidində kənd.
Pirəbədil | |
---|---|
41°12′22″ şm. e. 48°47′55″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Şabran rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 510 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 (353-70) |
Poçt indeksi | AZ1718 |
|
Əhalisi
1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan (azərbaycanlılardan) ibarət hər iki cinsdən toplam 507 nəfər yaşayırdı.[1]
13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Pirəbədil kənd iznibati ərazi dairəsində 887 nəfər yaşayır.[2]
Kəndin əhalisi 834 nəfər təşkil edir. Kəndin keçmiş sakinləri tatlar olmuşlar.[3] Şamaxı şəhərində baş vermiş dağıdıcı zəlzələdən sonra bura azərbaycanlılar köçməyə başlamışdır. Xruşovun perspektivsiz kəndləri daha böyük kəndlərə köçürmə siyasətindən sonrs isə kəndə Əhmədbulağı kəndinin əhalisi köçürülmüşdir. Dindarları müsəlman-sünnülərdir.
Tanınmış şəxsləri
- Ayna Sultanova - Azərbaycanlı qadın kommunist siyasi xadimi, Qəzənfər Musabəyovun bacısı
- Qəzənfər Musabəyov - SSRİ, ZSFSR və Azərbaycan SSR-də yüksək dövlət vəzifələri tutmuş dövlət xadimi.
- Sündüz Babayeva - Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətinin başçısı (1995-2007).
Tədris
Kəndə tam orta məktəb fəaliyyət göstərir. Məktəb 100 ildir ki, fəaliyyət göstərir. 1912-ci ildə Dəvəçibazar nahiyəsinin ziyalılarının gərgin fəaliyyəti nəticəsində Peterburqdan alınmış razılığa əsasən Dəvəçibazar, Pirəbədil və Kilvar kəndlərində beş illik təhsil verən rus-tatar məktəbləri açılmışdır. Bu məktəblərdə dünyəvi dərslər rus dilində, şəriət dərsləri isə ərəb dilində tədris olunmuşdur.
İnfrastruktur
Kənd 19 iyul 2013-cü ildə ölkə Prezidentinin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.[4]
İstinadlar
- "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 171
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Şabran rayonu
- Aleksandr Qrünberq. "Şimali Azərbaycan tatlarının dili". SSRİ Elmlər Akademiyasının nəşriyyatı, 1963, s. 6
- "İlham Əliyev Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun açılışında iştirak etmişdir". president.az. 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.06.2014. (az.)