Pipistrellus nathusii
Pipistrellus nathusii (lat. Pipistrellus nathusii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin pipistrellus cinsinə aid heyvan növü. Bu növ cırtdan şəbpərəyə çox bənzəyir, ancaq ölçülərinə görə ondan böyükdür (kütləsi 5,1–9,5 q, bədəninin uzunluğu 41,5–52-0 mm, bazusu 31,0–35,5 mm). Qulağı nisbətən iri və itiucludur.
Pipistrellus nathusii | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Dəstə: Yarımdəstə: Yangochiroptera Fəsiləüstü: Vespertilionoidea Fəsilə: Yarımfəsilə: Vespertilioninae Triba: Pipistrellini Cins: Növ: Pipistrellus nathusii |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Yayılması
Arealı Avropa və Qafqazı əhatə edir. Azərbaycanda Kiçik Qafqazdan başqa bütün təbii vilayətlərdə aşkar edilmişdir. Düzənliklərdə, xüsusən bütün Xəzəryanı ovalıqda üstünlük təşkil edir. 1000 m-ə qədər dağlarda qeydə alınmışdır.
Yaşayış yeri və həyat tərzi
Tapıntıların əksəriyyəti meşə və antropogen landşaftlara uyğunlaşmışdır. Aşkar edilmiş yığınların sayı istər meşələrdə, istərsə də yarımsəhralarda eynidir (1–48 heyvan). Çox vaxt tək fərdlərə də rast gəlinir. Əsas tapıntılar qışda və yazda (mayın ortalarına qədər) edilmişdir. Yayda ancaq erkəklər aşkar edilmişdir. Bir sıra göstəricilərinə görə (yaydan başqa bütün mövsümlərdə aşkar edilməsi; apreldən mayın ortalarına qədər Xəzər sahili boyunca nəzərəçarpacaq dərəcədə yığılması; böyük piy ehtiyatları) Pipistrellus nathusii köçəri növlərə aiddir. Güman edilir ki, bu heyvanlar yayı Rusiyanın şimal vilayətlərində (Volqaboyu, Qaratorpaq) keçirirlər. Başlıca olaraq tikililərdə və ağac boşluqlarında məskunlaşırlar. Bütün mövsümlərdə sığınacaqlarda temperatur xaricdəki temperatura bərabər olub, ya da ondan 1–4 C (payızda və qışda), 8–10 °C (yazda) yüksək olur.
Çoxalması
Oktyabr, yanvar və fevralda tədqiq edilmiş dişilərin balalığında sperma olmuş, apreldə isə embriogenezin erkən mərhələləri qeydə alınmışdır. Qışda və yazda yığınların cinsi tərkibi dişilərin üstünlüyü ilə qarışıq olmuşdur. Dişilər yoxa çıxdıqdan sonra erkəklər çox vaxt tək-tək rast gəlinmişdir. Qruplarda 1–2 yaşlılar 90%-dən artığı təşkil etmişdir.
Gündəlik fəallığı
Bu yarasalarınfəallığı alaqarnlıq vaxtı – günəş batdıqdan 40–60 dəqiqə sonra başlayır. Öz sığınacaqlarının yanında ov edərək tez-tez onlara yaxın uçub gəlir və yenidən uzaqlaşırlar. Uçuşları sınıqdır: 1–2 m-ə qədər yerin səthinə enərək yenidən 10–12 m hündürlüyə şığıyırlar. Çox vaxt cüt-cüt, sanki bir-birini qovaraq, tez-tez çıxarılan cingiltili səsi ilə uçurlar. Sığınacaqdan uçduqdan 2,5 saat sonra yemlənən fərdlərin sayı azalır, gecə yarısı isə yalnız tək fərdlər uçur. Günəşin doğmasına 1,5 saat qalmış yenidən uçurlar. Dan yeri sökülərkən – quşların görünməsinə az qalmış gizlənirlər.
Qidalanması
Əsas qidasını ikiqanadlılar (ağcaqanadlar, hünülər, cingirəklər, milçəklər), gündəcələr, bulaqçıqlar, qarışçılar, sikadkimilər, taxtabitilər və s. təşkil edir.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2004.
- Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0