Pioner proqramı

Pioner proqramı-planetar kəşfiyyat üçün nəzərdə tutulan Amerika Birləşmiş Ştatlarının pilotsuz kosmik uçuşlar seriyasından biridir.Proqramda bu cür missiyaların sayı var, amma ən məşhuru xarici planetləri tədqiq edən və Günəş sistemi ni tərk edən Pioner 10Pioner 11 idi.Pioner 10 və Pioner 11 bəlkə bir gün yadplanetlilər tərəfindən tapılacağı ümidi ilə üzərində kişi və qadın təsviri və kosmik zondların mənşəyi və yaradıcıları haqqında informasiya olan qızıl lövhə daşıyırlar.

Pioner 10,1971-ci il,hazırlanması,Pioner 10 və 11 Pioner proqramının ən məşhur kosmik raketləridir.
Pioner 10 və 11 in daşıdığı qızıl lövhə

İlk zondu adlandırmaq Air Force eksponatlarının baş dizayner kimi tanınan Stiven A.Saliqaya həvalə edilmişdir.O brifinqdə olanda kosmik gəmi infraqırmızı yoxlama cihazı olan alət kimi təsvir edilmişdir.Saliqa ad üçün çox fikirləşdi və Pioner adını təklif etdi.[1]

Erkən Pioner missiyaları

Pioner 2

Ən erkən pioner missiyalarının məqsədi birinci kosmik sürəti əldə edərək Yer kürəsini tərk edilməsi və Ayın müəyyən qədər öyrənilməsindən ibarət idi.Bu köhnə NACA nın təşkil ediyi NASA tərəfindən həyata keçirilən ilk iş idi.Bu missiya ABŞ Hərbi Hava Qüvvələri və Ordusu tərəfindən həyata keçirilmişdir.

Able kosmik zondları (1958-1960)

Pioner 3
Rəssam tərəfindən çəkilmiş Pioner 6-9 kosmik gəmiləri
Rəssam tərəfindən çəkilmiş Pioner 10–11 kosmik gəmiləri

Əsas missiyalar və mötərizədə onların alternativ adları aşağıda verilmişdir.

  • Pioner 0 (Tor-Able 1,Pioner) məhv oldu (Buraxılışdan 77 saniyə sonra) 17 avqust 1958
  • Pioner 1 (Tor-Able 2,Piner I) Aya çatmadı (üçüncü mərhələ uğursuz oldu) 11 oktyabr 1958
  • Pioner 2 (Tor-Able 3,Pioner II) geri qaytarıldı (üçüncü mərhələ uğursuz oldu) 8 Noyabr 1958
  • Pioner P-1 (Atlas-Able 4A, Pioner W),zond itdi 24 Sentyabr 1959
  • Pioner P-3 (Atlas-Able 4, Atlas-Able 4B, Pioner X) Ay zondu,buraxılışın yerinə yetirilməməsi uğursuz oldu 26 Noyabr
  • Pioner 5 (Pioner P-2, Tor-Able 4, Pioner V) Yer və Venera arasındasındakı planetlərarası kosmik fəzanın tədqiqi 11 Mart 1960 [2]
  • Pioner P-30 (Atlas-Able 5A, Pioner Y) Ayın orbitinə çata bilmədi 25 Sentyabr 1960
  • Pioner P-31 (Atlas-Able 5B, Pioner Z) (yuxarı mərhələ uğursuz oldu) 15 Dekabr 1960

Juno II Ay zondları (1958–1959)

  • Pioner 3—buraxılış səhvi səbəbi ilə Aya çatmadı 6 Dekabr 1958
  • Pioner 4—birinci kosmik sürət əldə edildi 3 Mart 1959

Son Pioner missiyaları (1965–1978)

Beş il sonra erkən Pioner missiyaları sona çatdı və NASA-nın Ames Tədqiqat Mərkəzi yeni missiyalar seriyasını adlandırmaq üçün Pioner adını istifadə etdi.Bu missiyada Yupiter və Saturn missiyalarından əvvəl ilkin olaraq daxili günəş sistemi hədəflənmişdir.Missiya uğur əldə edərək 5 il sonra olacaq Voyacer proqramına nəzərən çox aşağı keyfiyyətli şəkillər göndərdi.1978-ci ildə proqramın sonunda, Pioneer Venus OrbiterMultiprobe zondları ilə daxili günəş sistemindən geri döndü.

Yeni missiyalar Pionner 6-dan başlayaraq nömrələndi (mötərizədə alternativ adları sonra buraxılış tarixləri verilmişdir).

Pioner 6,7,8 və 9-planetlərarası fəza "hava şəbəkəsi"

Pioner 6,7,8 və 9 kosmik aparatları

  • Pioner 6 (Pioner A) 1965-ci il Dekabr
  • Pioner 7 (Pioner B) 1966-cı il Avqust
  • Pioner 8 (Pioner C) 1967-ci il Dekabr
  • Pioner 9 (Pioner D) 1968-ci il Noyabr
  • Pioner E-uğursuz buraxılış 1969-ci il Avqust

Pioner 6 və Pioner 9 Günəşdən 0.8 a.v məsafədə Günəşin orbitindədir.Ona görə də orbital orbital periodları Yer ilindən qısadır.

Pioner 7 və 8 günəşdən 1.1 a.v məsafədə Günəşin orbitindədir.Ona görə də onların orbital periodları Yer ilindən uzundur.

Xarici Günəş sistemi missiyaları

2007-ci il Aprelin 4-ə kimi Pioner 10 (mavi), Pioner 11 (yaşıl), Voyacer 1 (qırmızı) və Voyacer 2 (bənövşəyi) kosmik gəmilərinin yerləşdiyi məkanı və trayektoriyasını əks etdirən xəritə
  • Pioner 10 (Pioner F)—Yupiter,Ulduzlararası mühit 1972-ci il Mart ayında buraxılıb
  • Pioner 11 (Pioner G)—Yupiter,Saturun,Ulduzlararası mühit 1973-cü il Aprel ayında buraxılıb
  • Pioner H Pioner 10 və 11-ə oxşar idi.Heç vaxt buraxılmadı.[3]

Pioner Venera layihəsi

  • Pioner Venara orbiter (Pioner Venera 1, Pioner 12) 1978-ci May ayında buraxılıb.
  • Pioner Venera multizond (Pioner Venera 2, Pioner 13) 1978-ci il Avqust ayında buraxılıb.

İstinadlar

  1. "Origins of NASA Names" Arxivləşdirilib 2017-12-25 at the Wayback Machine NASA History. www.history.nasa.gov. Retrieved 2006-10-16.
  2. "Aeronautics and Astronautics Chronology, 1960" Arxivləşdirilib 2021-07-14 at the Wayback Machine NASA
  3. "Pioneer H, Jupiter Swingby Out-of-the-Ecliptic Mission Study" Arxivləşdirilib 2017-05-04 at the Wayback Machine 20 August 1971. Retrieved 2 May 2012.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.