Pioner 11

Pioner 11 və ya Pioner G (ing. Pioneer 11, Pioneer G) — NASA tərəfindən 6 aprel 1973-cü ildə göndərilən kosmik gəmi. Gəminin vəzifəsini YupiterGünəş sisteminin xarici səthinə səyahət təşkil edir. Yalnız Yupiterə səyahət edən Pioner 10-dan fərqli olaraq Pioner 11 həmçinin Saturna da səyahət etmişdir. Yupiter səyahətini bitirdikdən sonra Günəş sisteminin xaricinə yol alaraq səyahətini davam etdirən Pioner 11 təxminən 4 milyon il sonra Oxatan bürcünün yaxınlığından keçəcək. Alimlərin təxminlərinə görə gəmi Yer kürəsindən, hətta Günəşdən də daha uzun müddət həyatda qalacaq.

Pioner 11
Ümumi məlumat
Ölkə
Uçuş məlumatları
Buraxılma tarixi 6 aprel 1973[1]
NSSDC ID 1973-019A
SCN 06421
Emblem
Loqonun şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pioner lövhələri

Pioner 10 və Pioner 11 avtomatik planetlərarası stansiyalar vasitəsilə üzərində xüsusi mesajlar qeyd edilmiş lövhələr daşıyır. Hər ikisindəki lövhələr eynidir. Əgər yerdən kənar sivilizasiyalar varsa, onlar bu sonsuz uçuş zamanı Pionerlə qarşılaşacaq və mesajları görə biləcək. Lövhədə insan təsvirlərindən başqa hidrogen atomunun strukturu və Günəş sisteminin qalaktikamızdakı koordinatını göstərən rəsm də mövcuddur.

Missiya

Xronologiya
Tarix Hadisə
6 aprel 1973 Yerli saatla 02:11:00-da qalxış.
19 aprel 1974 Asteroid qurşağını keçdi.
3 noyabr 1974 Yupiterin müşahidəsi başlandı.
Tarix Hadisə
2 dekabr 1974 Yupiter peykləri ilə qarşılaşma.
08:21:00
786.500 km uzaqlıqla Kallisto.
22:09:00
692.300 km uzaqlıqla Qanimed.
3 dekabr 1974
03:11:00
314.000 km uzaqlıqla İo.
04:15:00
586.700 km uzaqlıqla Avropa.
22:29:00
127.500 km uzaqlıqla Amalteya
1 yanvar 1975 Faza başa çatdı.
31 iyul 1979 Saturnun müşahidəsi başlandı.
Tarix Hadisə
29 avqust 1979 Saturn peykləri ilə qarşılaşma.
06:06:10
1.032.535 km uzaqlıqla Yapet.
11:53:33
13.713.574 km uzaqlıqla Feba.
31 avqust 1979
12:32:33
666.153 km uzaqlıqla Hiperion.
1 sentyabr 1979
14:50:55
6.676 km uzaqlıqla Epimetey.
15:06:32
45.960 km uzaqlıqla Atlas.
15:59:30
291.556 km uzaqlıqla Diona.
16:26:28
104.263 km uzaqlıqla Mimas.
16:51:11
228,988 km uzaqlıqla Yanus.
18:25:34
Tethys flyby at 329,197 km.
18:30:14
222,027 km uzaqlıqla Enselad.
20:04:13
109,916 km uzaqlıqla Kalipso.
22:15:27
345,303 km uzaqlıqla Reya.
2 sentyabr 1979
18:00:33
362,962 km uzaqlıqla Titan.
5 oktyabr 1979 Faza başa çatdı.
5 oktyabr 1979 Ulduzlararası missiya başladı.

[2]:61–94[3][4]

Yupiter

Pioner 11 1974-cü ilin noyabr və dekabr aylarında Yupiterin yaxınlığına çatdı.[5] Planetə ən yaxın yaxınlaşması 2 dekabrda baş tutdu. Beləcə Böyük qırmızı ləkənin təfərrüatlı şəkilləri əldə edildi.[6]

Saturn

Hazırkı status

Pioner 11 30 yanvar 2019-cu ildə Yerdən 100,84 au (1.5085×1010 km), Günəşdən 100 au (1.5×1010 km) uzaqlıqda idi; və 11,241 km/s (40,470 km/saat) sürətlə hərəkət edirdi. Kosmik gəmi hazırda Qalxan bürcü istiqamətində hərəkət edir.

Qalereya

İstinadlar

  1. McDowell J. Jonathan's Space Report. 1989.
  2. Fimmel, R. O.; Swindell, W.; Burgess, E. Pioneer Odyssey. SP-349/396. Washington, D.C.: NASA-Ames Research Center. OCLC 3211441. November 7, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 9, 2011.
  3. "Pioneer 11 Mission Information". July 21, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 23, 2011.
  4. Muller, Daniel. "Pioneer 11 Full Mission Timeline". Daniel Muller. September 25, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 9, 2011.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.