Hələb şamı

Pinus halepensis (lat. Pinus halepensis) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.

Hələb şamı
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Gymnosperms
Şöbə:
Pinophyta
Yarımsinif:
Fəsilə:
Yarımfəsilə:
Pinoideae
Cins:
???:
Hələb şamı
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  506601
NCBI  71633
EOL  1033600
Pinus halepensis

Yayılması

Aralıq dənizi ölkələri, İspaniya, Fransa, Almaniya, o cümlədən Şimali Afrika, Suriya, Fələstində yabanı halda bitir. Hündürlüyü 25 m-ə, diametri 50 sm-ə çatan, düz və ya əyrigövdəli ağacdır. Cavan ağacların çətiri sıx, oval-konusvarı və ya piramidaldır. Budaqları uzun elastik, iynəyarpaqlarla örtülmüşdür, zoğları nazikdir, tumurcuqların uzunluğu 5–10 mm-ə çatır. İynəyarpaqları cüt-cüt yerləşir, yumşaq və nazikdir, cavan iynəyarpaqlar açıq-yaşıl, yaşlı iynəyarpaqlar isə tünd yaşıl olub, kənarları hamar, ucları sivriləşmişdir. Yarpaq qını 5–8 mm uzunluqdadır. Qozaları meyvə saplaqlarından asılı halda yerləşir. 2-6 ədədi bir yerdə və ya tək-təkdir. Cavan qozaları uzunsov-konusşəkilli və ya yumurtavarı, kürəvi formalıdır, yetişmiş qozaları isə sallaqdır. Bu qozalar qonurumtul-qəhvəyi və ya qırmızı-qonur rəngdə olub, uzunluğu 7-10 sm, eni 3-5 sm-dir. Yetişmiş qozaların qalxancıqları iridir, ön hissəsi enli-dəyirmi, yastı və ya azca qabarıqdır, ortasında ellipsşəkilli və azca irəli çıxmış iri, boz göbəyi var, köndələn tili sivridir, boylama tili az nəzərə çarpır. Qozalar aprel-may aylarında əmələ gəlir, üçüncü ilin yayında yetişir. Toxumları açıq-boz rəngdə, 5–7 mm uzunluqda, 4–5 mm enində, yumurtavarı, qeyri-müntəzəm romb və ya üçbucaq şəkilli, bir qədər yastılaşmışdır. Qanadı pərdəyəoxşar, açıq qonur rəngli, 2-3 sm uzunluqda və 6–9 mm enindədir. Quraqlığa, istiyə, şaxtaya davamlı, işıqsevən və torpağa qarşı tələbkar olmayan ağacdır. Külək vasitəsilə tozlanır. Toxumla çoxalır. Hələb şamı sıra, qrup və tək əkinlərdə istifadə edilir. Hələb şamının qabığında 15 % tannin maddəsi vardır. Azərbaycanda mədəni şəraitdə Abşeron, Kürdəmir, Yevlax, Ucar, Sabirabad, Beyləqan, Şirvan, Biləsuvar, Lənkəran və s. yerlərdə rast gəlinir.

Məlumat mənbələri:

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.