Pilləkən
Pilləkən və ya Pilləkən marşı — kiçik şaquli məsafələrə bölünməklə iri şaquli məsafəyə qalxmaq üçün tikilinin bir hissəsi. Pilləkənlər düz, dəyirmi, yaxud bucaq altında birləşdirilmiş iki və ya daha artıq düz hissədən ibarət ola bilər.
Ümumi məlumat
Binalarda pilləkənin standart hündürlüyü 150 mm, eni isə 300 mm olur. Bunun səbəbi insanın pilləkənlə rahat çıxması üçün ayağını 45 dərəcədə yuxarı qaldırmasıdır. 15 sm + 30 sm də 45-ə bərabərdir. Əgər yer problemi varsa memar 1-2 sm ölçülərdə dəyişiklik edə bilər ancaq bu fərq cəmin 45 olmasına mane olmamalıdır. Yəni hündürlüyü 160 mm etmək üçün mütləq en 290 mm olmalıdır. Və ya 140 mm hündürlük üçün en 310 mm olmalıdır[1].
Materialı
Pilləkən materialları müxtəlif ola bilər. Beton, taxta, şüşə və başqa. Əsasən fasadda görsənən daxili pilləkənlər şüşədən olmalıdır ki, fasada ağırlıq verməsin[1].
Qalereya
- Addinqton sarayının pilləkəni
- Vatikan muzeyinin pilləkəni
- Kopenhagendə metro eskalatoru
İstinadlar
- Urfan Məmmədov. "Pilləkənlər". Memarlıq bloqu (az.). memarliq.com. 2014. 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09.
Xarici keçidlər
- Neufert, Ernst; Neufert, Peter. Architects Data (3rd). Blackwell Science. 2000. səh. 191. ISBN 0-632-05771-8.