Pilələr silsiləsi
Pilələr silsiləsi – Culfa rayonu ərazisində dağ silsiləsi. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-şərq istiqamətli yamaclarının sıldırımlı qoludur. Uzunluğu 10 km-dən artıq, ən yüksək zirvəsinin hündürlüyü 1562,6 m-dir. Paleosen-Üst Oliqosenin çökmə və vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının qırışığa məruz qalmış şimal-şərq qanadında yerləşir.[1]
Pilələr silsiləsi | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1562,6 m |
Yerləşməsi | |
39°04′52″ şm. e. 46°02′53″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | |
|
Həmçinin bax:
İstinadlar
- Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.