Pikrobazalt
Pikrobazalt - əsasi tərkibli vulkanik süxur. 40–60% olivin, 30%-ə qədər piroksen, 20–25% plagioklazdan, 5–6% filiz minerallarından və şüşəli əsas kütlədən ibarətdir. Narındənəli quruluşla səciyyələnir. Pikrobazalt şenfelzit növü intersertal quruluşlu olub, tərkibində olivin (53%), piroksen (16%), əsasi plagioklaz və qlobulit kristallarından (28%) ibarət şüşəli bazis, filiz mineralı və apatit (3%), bəzən biotit və bronzit iştirak edir. Sinonim: Ankaramit, Okeanit, Pikritli bazalt. Növ müxtəlifliyi: şenfelzit.
Həmçinin bax
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.