Pikə Axundova

Pikə Axundova (Talıblı; 1984, Bakı) — Bəstəkar-pianoçu, pedaqoq, prezident təqaüdçüsü, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Beynəlxalq müsabiqələr və "Gənclər Mükafatı" laureatı.

Pikə Axundova (Talıblı)
Pikə Mirzəağa qızı Axundova
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Azərbaycan Azərbaycan SSR, Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti Bəstəkar, pianoçu
Musiqi aləti fortepiano
Mükafatları Beynəlxalq müsabiqələr və "Gənclər Mükafatı" laureatı

Həyatı

Pikə Mirzəağa qızı Axundova (Talıblı) 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur.

O, ilk musiqi təhsilini 4 yaşında ikən anasından almış, daha sonra fortepiano ixtisası üzrə, 1989-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin hazırlıq, 1990-cı ildə isə 1-ci sinfinə daxil olmuşdur. 2001-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini 3 şöbə üzrə (fortepiano, bəstəkarlıq, nəzəriyyə) əla qiymətlərlə bitirmişdir.

2001-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq və fortepiano şöbələrinə qəbul olmuşdur. Bəstəkarlıq ixtisası üzrə akademik Arif Məlikov, fortepiano ixtisası üzrə isə Dilarə Mirzəquliyevanın sinfində təhsil almışdır.

2005-ci ildə Magistr pilləsinə qəbul olmuş, 2007-ci ildə həm bakalavr, həm də magistr pilləsini fərqlənmə diplomları ilə bitirmişdir. 2007-ci ildə aspiranturaya qəbul olmuş və 2010-cu ildə yenə də fərqlənmə diplomu ilə bitirmişdir. Hal-hazırda Bülbül adına orta ixtisas musiqi məktəbində və G.Şaroyev adına 11 illik musiqi məktəbində bəstəkarlıq və fortepiano ixtisasları üzrə müəllim vəzifəsində çalışır. Bundan başqa Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi və doktorantıdır.[1]

Tarix üzrə fəlsəfə doktoru, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent Sübhan Talıblı ilə evlidir, 2 övladı var. "Azadlıq uğrunda mübariz" fəxri adına layiq görülmüş 20 yanvar qazisi, Qarabağ müharibəsi iştirakçısı, 2 dəfə (2000 və 2011-ci illər) Prezident təqaüdçüsü Ələkbər Talıbovun gəlinidir.

Nailiyyətlər

  • 1998-ci ildə "N.Əliverdibəyov adına 2-ci ümumşəhər müsabiqəsinin diplomantı;
  • 2000-ci ildə Sankt-Peterburqda keçirilən Pianoçu-Bəstəkarların 1-ci beynəlxalq müsabiqəsinin qalibi;
  • 2004-cü ildə Sankt-Peterburqda keçirilən, A.Rubinşteyne həsr olunmuş Gənc Pianoçu-Bəstəkarların 4-cü Beynəlxalq Müsabiqəsində 3-cü yer üzrə laureat; Eyni zamanda A.Rubinşteyn mövzusuna yazılmış ən yaxşı əsərə görə 1-ci dərəcəli xüsusi mükafat;
  • 2004-cü ildə Qırğızıstanda keçirilən "İssık-kul Ulduzları" beynəlxalq festivalının qalibi;
  • "Qızıl Açar-99" mahnı müsabiqəsinin qalibi;
  • 2005-ci ildə "Ilin ən yaxşı kamera əsəri" nominasiyasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Mükafatına layiq görülüb.
  • Mədəniyyət və Turizm, o cümlədən Gənclər və İdman Nazirliklərinin təşkil etdiyi bir çox seminar və konsertlerin fəal iştirakçısı;
  • Dövlət Gənclər Siyasətində keçirilən tədbirlərdə fəal iştirakına görə diplomlarla təltif olunub.[1]

Fəaliyyəti

  • 2001-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı solo-hesabat konserti vermişdir.
  • 2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İncəsənət Muzeyində solo konsertlə çıxış etmişdir (konsertdə Pikə Axundovanın eləcə də Rus və Avropa bəstəkarlarının fortepiano əsərləri səslənmişdir).
  • 2009-cu ildə İstanbul Dövlət Konservatoriyasının konsert salonunda solo konsertlə çıxış etmiş, İstanbul Dövlət Konservatoriyası, eləcə də Memar Sinan adına Konservatoriyada ustad dərsləri vermişdir.
  • 2010-cu il dekabr ayında Azərbaycan Dövlət İncəsənət Muzeyində özünün və Avropa bəstəkarlarının fortepiano əsərlərindən ibarət solo konsert vermişdir.
  • 2011-ci il mart ayında İstanbul şəhəri Mimar Sinan Güzel Sanatlar Üniversitesi Dövlət Konservatoriyasında, Adıgüzel Güzel Sanatlar Lisəsində, Mimar Sinan Güzel Sanatlar Lisəsində solo konsertlər vermişdir.
  • Bundan əlavə bir çox konsertlərdə, eləcə də Bəstəkarlar İttifaqının təşkil etdiyi plenumlarda uğurlu çıxışlar etmişdir.
  • 2012-ci il tədris ilindən başlayaraq Büıbül adına orta ixtisas musiqi məktəbində Nəzəriyyə şöbəsinin müdiri vəzifəsində çalışır.
  • 2013-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv olmuşdur.[1]
  • 2013-cü ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasında müəllim vəzifəsində işləyir.
  • 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Məhsəti Gəncəvinin 900 illik yubileyi münasibətilə işıq üzü görən disk Pikə Axundovanın şairənin sözlərinə yazılmış mahnılarından ibarət olmuş və Fransanın Reyms və Muluz şəhərlərində keçirilən konsert proqramında bu mahnılar uğurla səslənmişlər.[2]
  • 2017-ci il oktyabrın 11-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar Pikə Axundovanın əsərlərindən ibarət konsert proqramı təqdim edilib.[3]

Əsərləri

  1. Muğam dramaturgiyasında qeyri-xətti inkişafın bəzi prinsiplərinə dair // Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri. XIV Beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı, ADMİU-nun mətbəəsi, 2015, s. 154–156
  2. Muğamşünaslıqda bəzi sinergetik anlayışların tədqiqinə dair // ADMİU-nun Elmi əsərləri, Bakı, 2015, № 19, s. 194–198.
  3. "Şərq təfəkkürünün sinergetik aspektləri" I международная научная конференция " Традиционная культура тюркских народов в изменяющемся мире" Казань, "Ак буре" 2017, стр.46–48
  4. К проблеме нелинейной природы восточного мышления// "Фундаментальные и прикладные исследования музыки в XXI веке" международная научно-практическая конференция. Казахстан. 2017
  5. Muğam-qeyri-xətti təfəkkürün təzahürü kimi // Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri. XVI Beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı, ADMİU-nun mətbəəsi, 2017, s. 64–66

İstinadlar

Xarici keçidlər

  1. "Mənimtək yanan harda var" — musiqisi Pikə Axundovanın, sözləri Məhsəti Gəncəvinindir — video
  2. "Qəlbimin səsi" — musiqisi Pikə Axundovanın, sözləri İlham Aslanovundur — klip
  3. Pikə Axundova İctimai TV-nin "Yeni gün" proqramının qonağıdır. — video
  4. Space kanalının "Bazar" proqramında Pikə xanımın Istanbul solo konserti ilə bağlı reportaj.
  5. Bəstəkar Pikə Axundovanın əsərlərindən ibarət konsert
  6. Səda — Pikə Axundovanın əsərlərindən ibarət konsert keçirilib (12.10.2017)- reportaj
  7. Zaur Əmiraslanov "Bakı" — musiqisi Pikə Axundovanın, sözləri Ramiz Heydərindir.- klip
  8. Pikə Axundova "Gənclik albomu"ndan "Qış gecəsi" və "Tokkata" — video
  9. Pikə Axundova (filmin müəllifi: Asif Mirzəzadə) — video
  10. Pike Akhundova piano concerto part 1 (Performed Azerbaijan State Symphonic orcestra Conductor Fakhraddin Karimov Solist Pike Akhundova Gabala III International Music) — video
  11. Pike Akhundova piano concerto part 2 (Performed Azerbaijan State Symphonic orcestra Conductor Fakhraddin Karimov Solist Pike Akhundova Gabala III International Music) — video
  12. Pike Akhundova piano concerto part 3 (Performed Azerbaijan State Symphonic orcestra Conductor Fakhraddin Karimov Solist Pike Akhundova Gabala III International Music) — video
  13. Gabala International Music Festival — Pike Axundovanın çıxışı — reportaj
  14. Pika Akhundova Symphony № 2 Part 1. Performed: Azerbaijan National Symphonic Orchestra — video
  15. Pika Akhundova Symphony № 2 Part 2. Performed: Azerbaijan National Symphonic Orchestra-video
  16. Pika Akhundova Symphony № 2 Part 3. Performed: Azerbaijan National Symphonic Orchestra-video
  17. Pika Akhundova Symphony № 2 Part 4. Performed: Azerbaijan National Symphonic Orchestra-video
  18. Piano Concerto Autor & Solist-Pike Akhundova. part 1. Azerbaijan State Symphonic Orcestra named by Uzeir Hajibeyli. Conductor-Rauf Abdullayev, Solist-Pike Akhundova. — video
  19. Pika Akhundova. Lyric fantasy. Performed by autor. Rehearsal.-video
  20. "Şəhla gözlüm" ifa edir Səbinə Ərəbli — musiqisi Pikə Axundovanın, sözləri Məhsəti Gəncəvinindir.-video
  21. Pike Axundova — "Tam Fərqli" verilişi — Mədəniyyət (08.03.2018)
  22. http://www.kaspiy.az/news.php?id=110258#.XXe_7IFfYwA
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.