Pianoçu (kitab)
Pianoçu — Polşa-yəhudi pianoçusu və bəstəkarı Vladislav Şpilmanın İkinci Dünya Müharibəsi zamanı işğal olunmuş Polşada, Varşavadakı həyatını təsvir edən xatirə kitabıdır. Ailəsi ilə birlikdə Varşava gettosunda yaşamağa məcbur edildikdən sonra, Şpilman Treblinka ölüm düşərgəsinə deportasiya edilməkdən yayınmağa müvəffəq olur və şəhər ətrafındakı gizləndiyi yerlərdən 1943-cü ildə Varşava gettosu üsyanının və Varşava üsyanının şahidi olur. O, pianoda ifasına heyran olan alman ordusunun kapitanı Vilm Hosenfild də daxil olmaqla, dostları və yad adamlarının köməyi ilə xaraba şəhərdə sağ qalır.
Pianoçu | |
---|---|
ing. The Pianist | |
Müəllif | Vladislav Şpilman |
Janr | Xatirə |
Mövzu | İkinci dünya müharibəsində sağ qalan pianoçunun hekayəsi. |
Orijinalın dili | polyakca |
Ölkələr | Polşa |
Orijinalın nəşr ili | 1946 |
Tərcüməçi | Kifayət Haqverdiyeva |
Nəşriyyat | Altun Kitab |
Səhifə | 224 |
Tiraj | 300 |
ISBN | 978-0312263768 |
Kitab ilk dəfə 1946-cı ildə "Śmierć Miasta" adı ilə polyak dilində nəşr edilmişdir.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.