Piano
Piano (it. Piano — sakit) — simli və klavişli çalğı aləti. Pianoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər.
Piano iki formada mövcuddur:
- Royal
- Piano
Royalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eynidir.
Quruluşu
Piano aşağıdakı komponentlərdən ibarətdir:
- Gövdə və dayaqlar (ağacdan): gövdə konstruksiyası, titrəyidici və səsboğucu
pianinonun 7 ağ dili var
- Akustik qurğu
- Tellər (metaldan)
- Titrəyidici (ağacdan): tellərin titrəməsi ilə gücləndirilir
- Səsboğucu (ağacdan),
- Gövdə (metaldan): onun üzərində tellər və onların gərilməsini qəbul edilir (16–25t arasında yük)
- Pianonun quruluşunun sxematik təsviri
- İfa mexanizmi
Xarici keçidlər
Vikianbarda Piano ilə əlaqəli mediafayllar var.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.