Pişiklər (müzikl)

Pişiklər (ing. Cats) Endryu Lloyd Vebber tərəfindən revyu üslubunda yazılmış müzikl. Tamaşa öz məzmununu Tomas Sternz Eliotun "Qoca Possum tərəfindən yazılmış pişiklər haqqında elm" (ing. "Old Possum's Book of Practical Cats") adlı uşaq şerləri məcmuəsindən götürmüşdür. Tamaşa ilk dəfə 11 may 1981 ci ildə yeni London teatrında 7 oktyabr 1982 ci ildə isə Brodveydə oynanılmışdır. Müziklın əsas məğzini Qrizabella adlı personaj tərəfindən ifa edilən ing. "Memory" "Yaddaş" nəğməsi təşkil edir. Yaddaş nostalgik bir nəğmədir. Bu nəğməsi ilə Qrizabella keçmiş üçün kədərlənir. Bu parçanı bəzən "Qrizabella ariyası" adlandırırlar.

Pişiklər
ing. Cats
Ölkə Böyük Britaniya Birləşmiş Krallıq
Dil İngilis
Bəstəkar Endryu Lloyd Vebber
Librettoçu Tomas Sternz Eliotun
Premyera
İfaçılar Endryu Lloyd Vebber

Məzmunu

RumTumTugger adında çevik, ağıllı digər pişikləri qoruyan bir pişikdir. "Black Cat" (Qara pişik), "White Cat" (Ağ pişik) və tənbəl Jennyanydots ("Lazy Cat" = Tənbəl pişik) kimi tanınan digər pişiklər. Bundan başqa uzun müddət səsiz qalmış pis niyyətli bir "Jellicle" pişik vardır. Pişiklərin böyüyü - kralı "Heaviside"yə - göylərə səyahətə gedəcək pişiyi seçən zaman "Macavity" adlı bu pis niyyətli pişik öz dostları ilə gəlib kralı qaçırırlar. Bu haldan pişiklər çox pərişandırlar və "Rum Tum Tugger"dən bir çarə tapmasıını istəyirlər. O, isə öz növbəsində "Mr. Mistoffelees" adlı sehirbaz pişiyi köməyə çağıırır. O isə kralı geri qaytarır. Hadisələrin gedişində məlum olur ki, vaxtilə öz məlahətli səsi, gözəl rəqsləri ilə məşhur olan, hal-hazırda qocalıb əldən düşmüş bir pişik də mövcuddur. Qrizabella adlı bu pişiyi indi hamı lağa qoyub ələ salır. Qrizabella isə öz "Memory" (Xatirə) adlı nəğməsi ilə onlara keçmiş günləri xatırlatmış olur. Bu xatirələrdən pişiklər və onların kralı çox təsirlənərək onu göylərə səyahətə yola salırlar.

Musiqi nömrələri

I akt

  1. Overture — Orchestra
  2. "Prologue: Jellicle Songs for Jellicle Cats" — cəmi pişiklər
  3. "The Naming of Cats" — cəmi pişiklər
  4. "The Invitation to the Jellicle Ball" — Victoria, Quaxo, Munkustrap
  5. "The Old Gumbie Cat" — Jennyanydots, Munkustrap, Bombalurina, Jellylorum, Demeter
  6. "The Rum Tum Tugger" — Rum Tum Tugger və cəmi pişiklər
  7. "Grizabella: The Glamour Cat" — Grizabella, Demeter, Bombalurina
  8. "Bustopher Jones: The Cat About Town" — Bustopher, Jennyanydots, Jellylorum, Bombalurina
  9. "Mungojerrie and Rumpleteazer" — Mungojerrie, Rumpleteazer
  10. "Old Deuteronomy" — cəmi pişiklər, Munkustrap, Rum Tum Tugger, Old Deuteronomy
  11. "The Awefull Battle of The Pekes and the Pollicles" — Munkustrap, Rumpus Cat və cəmi pişiklər
  12. "The Song of the Jellicles" — cəmi pişiklər
  13. "The Jellicle Ball" — Orchestra
  14. "Grizabella, The Glamour Cat" (Reprise) — Grizabella
  15. "Memory" — Grizabella

II akt

  1. "The Moments of Happiness"/"Memory" — Old Deuteronomy, Jemima
  2. "Gus: The Theatre Cat" — Asparagus, Jellylorum
  3. "Growltiger’s Last Stand", incorporating either 'The Ballad Of Billy M’Caw' or the Italian aria 'In Una Tepida Notte' — Growltiger, Griddelbone, Ghengis, the Siamese, экипаж корабля
  4. "Gus: The Theater Cat" (Reprise) — Asparagus
  5. "Skimbleshanks: The Railway Cat" — Skimbleshanks və cəmi pişiklər
  6. "Macavity: The Mystery Cat" — Demeter, Bombalurina
  7. "Macavity Fight" — Macavity, Munkustrap, Alonzo
  8. "Mr. Mistoffelees" — cəmi pişiklər, Quaxo, otherwise known as Mr. Mistoffelees, Rum Tum Tugger
  9. "Jellicle Choice"/"Daylight"— Munkustrap и Jemima
  10. "Memory" (Reprise) — Grizabella, Jemima
  11. "The Journey to the Heaviside Layer" — cəmi pişiklər
  12. "Finale: The Ad-Dressing of Cats" — Old Deuteronomy
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.