Pişik insanlar (film, 1982)
Pişik insanlar (ing. Cat People) – 1982-ci ildə ABŞ rejissoru Pol Şreder tərəfindən çəkilən, 1942-ci ildə Jak Törner tərəfindən çəkilən "Pişik insan" filminin rimeyki olan fantastik film. Filmdə baş rollarda Nastasya Kinski, Malkolm Makduel və Con Hird çəkilmişlər. Filmin sonundakı ifa edilən mahnı Devid Boui tərəfindən ifa edilmişdir. Filmin büdcəsi 18 milyon, gəliri isə 21 milyon ABŞ dollarıdır.[3]
Pişik insanlar | |
---|---|
ing. Cat People | |
Janr | Qorxu filmi |
Əsas mövzu | İnsest |
Rejissor | Pol Şreder |
Prodüser | Cerri Brukhaymer |
Ssenari müəllifləri |
DeUitt Bodin (hekayə) Alan Ormsbi |
Baş rollarda |
Nastasya Kinski Malkolm Makdauell Con Hird Annet O'Tul Rubi Di Ed Beqli Skott Polin Con Larrokett Berri Berenson |
Operator | Con Beyli |
Bəstəkarlar |
Corcio Moroder Devid Boui |
Quruluşçu rəssam | Ferdinando Skarfyotti[d] |
İstehsalçılar |
Universal Pictures RKO Pictures |
Distribütor | Universal Pictures, Netflix |
İlk baxış tarixi | 2 aprel 1982 |
Filmin növü | Erotika |
Müddət | 118 dəqiqə[1] |
Büdcə | $18 milyon |
Gəlir | $21 milyon[2] |
Ölkələr | ABŞ |
Dil | İngilis dili |
İl | 1982 |
Rəng | Rəngli |
Çəkiliş yeri | Nyu-Orlean |
IMDb | ID0083722 |
Məzmun
Filmin əvvəlində, gənc qızların bəbirlər üçün qurban getməsi təsvir olunur. Digər hadisələr isə XX əsrin 80-cı illərində baş verir. Cavan qız İrena Qallier (Nastasya Kinski) qardaşı ilə görüşmək üçün Yeni Orleana gəlir. Onun qardaşının adı Poldur (Malkolm Makduel). Pol Qallier keşişdir. Artıq onlar uzun zamandır ki, bir-birlərini heyvanlar üzrə məşqçi olan valideynlərin ölümündən sonra görmürdülər. İrena qardaşı Polun evində qalır. Bu evdə Femila (Rubi Di) adında bir cavan qaradərili köməkçi qız işləyir.
Gecə vaxtı yaxınlaşır. İrenanın qardaşı Pol evdən çıxır və səhər evə qayıtmır. Məhz Polun gecə vaxtı evi tərk etməsi zamanı küçədə qəribə bir hadisə baş verir. Küçədə gəzən əxlaqsız qadına Bəbir hücum edir. Polislər leoparda yuxu dərmanı vurduqdan sonra onu tutaraq, heyvanların saxlanıldığı yerə — zooparka aparırlar. Bu zaman İrena küçədə gəzməyə başlayır. İrena küçəni gəzə-gəzə zooparka çatır. Bu zooparkda küçədə qıza hücum edən Bəbir saxlanılır. Həmin zooparkın rəhbəri Oliver (Con Hird) İrenaya zooparkda iş təklif edir. İrena Oliverin təklif etdiyi işi qəbul edir. Bu müddətdə İrena ilə Oliver arasında sevgi hissləri yaranır.
İrena zooparkda işləyən Elis (Annet O'Tul) adlı bir qızla tanış olur. Elis İrena kimi Oliverə aşiqdir. Zooparkda qəfəsdə saxlanılan Bəbir gözətçiyə hücum edərək, onu öldürür və qaçır. Bir müddət keçdikdən sonra Pol evə qayıdır və İrenaya keçmiş valideynləri haqqında danışır. Məlum olur ki, onlar qədim Qulyabanilər ailəsinə mənsubdurlar. Onların nümayəndəsi ilə özgə insan arasında məhəbbət əlaqəsi baş verən zaman onlar Bəbirə dönürlər. Bəbir halından insana dönmək üçün onlar, başqa bir insanı öldürməlidirlər. Bu ailəyə mənsub olan nümayəndələrin hamısı öz ailələrini genişləndirmək məqsədilə bir-biriləri məhəbbət əlaqəsində olmalıdırlar. Bunu Pol İrenaya təklif edir. İrena isə buna rədd cavabı verir. Bu zaman Pol İrenaya hücum edir. Lakin İrena qaça bilir. İrena polislərə xəbər verdikdən sonra onlar Polun evinə gəlirlər. Pol gizlənə bilir. Polislər evdə olan zaman Polu tapa bilmirlər. Onlar zirzəmidə olan zaman yalnız insan sümükləri tapırlar. Onlar fikirləşirlər ki, Pol bu zirzəmidə insanlarla qidalanan Bəbirlər saxlayırdı.
İrena gecəni Oliverin evində keçirir. Səhər tezdən Oliver İrenanı şəhərə yaxın adada dostu yaşayan yerə gətirir. İrena gecə vaxtı dovşanların dalınca ov etməyə başlayır. Bir müddət sonra İrenaya elə gəlir ki, artıq dəli olmuşdur. Sabahkı gecə Pol Oliverin evinə gizli gələrək, İrenaya həminki təklifi edir. Pol İrenaya deyir ki, onların valideynləri bacı-qardaş olmuşlar. Buna baxmayaraq İrena ona yenədə rədd cavabı verir. İrenanın rədd cavabından sonra Pol leoparda dönür. Bu zaman Oliver otağa daxil olur. Leopard Oliverin üzərinə hücum etsə də, Elis Leoparda atəş açır və Leopard ölür. Bəbir nəzərədən keçirmək üçün onu müayinə otağına gətirirlər. Lakin Bəbir müayinə otağında əriyir.
İrena şəhəri tərk edir. Lakin İrena qatarda yuxu görür. Bu yuxuda qardaşı və çoxlu leopardlar olur. Bu Bəbirlərdən biri İrenanın anası olur. İrena onu tanıyır. Anası ona geri qayıtmağı söyləyir. Bu yuxudan sonra İrena Oliverin evinə geri qayıdır. Gecə vaxtı İrena ilə Oliver arasında məhəbbət əlaqəsi baş verir. Bu əlaqədən sonra İrena leoparda dönür. Lakin İrena Oliveri sevdiyindən, onu öldürmür və evdən qaçır.
Bəbiri polislər mühasirəyə alan zaman o, körpüdən çaya tullanır. Oliver başa düşür ki, bu Bəbir İrenadır və adaya döğru hərəkət edir. Oliver adaya gələn zaman dostunun öldüyünü görür. İrena onu öldürdüyünü boynuna alır. Lakin İrena bunu ona görə edir ki, insan halına dönsün. İrena Oliverdən ona atəş açmasını xahiş edir. Lakin Oliver bunu etmir. Bu zaman İrena Oliverdən yenidən Bəbirə dönmək üçün xahiş edir. Bu zaman Oliver ilə İrena arasında sevgi hissləri yaşanılır. Ardınca İrena Bəbirə dönür. Bir müddət keçir və Oliver ilə Elis yenidən bir yerdə yaşamağa başlayırlar. Filmin sonu Oliverin Bəbirə yemək verməsi və onu tumarlaması ilə bitir.
Rollarda
Aktyor/aktrisa | Rol |
---|---|
Nastasya Kinski | İrena Qallier |
Malkolm Makdauell | Pol Qallier |
Con Hird | Oliver |
Annet O'Tul | Elis |
Rubi Di | Female |
Ed Beqli | Co Kreyq |
Skott Polin | Bil Sirl |
Con Larrokett | Bronte Cedson |
Berri Berenson | Sandra |
Ron Daymond | Detektiv Ron Daymond |
Mükafatlar
Mükafat | Kateqoriya | Layiq görülüb | Nəticə |
---|---|---|---|
Saturn mükafatı[4] | Ən yaxşı aktrisa | Nastassya Kinski | Namizəd |
Qızıl Qlobus mükafatı [4] | Ən yaxşı saundtrek — Hərəkət filmi | Ciorcio Moroder | Namizəd |
Ən yaxşı orijinal mahnı — Hərəkət filmi | Ciorcio Moroder (musiqi) & Devid Boui (klip) (mahnının adı: "Theme from Cat People") | Namizəd |
Ədəbiyyat
- Rolf Giesen, Ronald M. Hahn, Volker Jansen: Das neue Lexikon des Horrorfilms. Lexikon Imprint Verlag, Berlin 2002, ISBN 3-89602-507-4, S. 357-358
- Gary Brandner: Cat People: A Novelization of the Film. Fawcett Gold Medal, New York 1982, ISBN 0449144704
- Gary Brandner: Katzenmenschen. Roman zum Film. Heyne Verlag, München 1986, ISBN 3-453440552
İstinadlar
- "Cat People". British Board of Film Classification. 1982-04-20. 2020-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-05.
- "Cat People Box Office Data". 2007-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-01-29.
- "Cat People". boxofficemojo.com. 2011-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-19.
- "Cat People: Award Wins and Nominations". IMDb.com. March 9, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2011.