Pişik Feliks
Pişik Feliks (ing. Felix the Cat) — səssiz kino dövründə meydana çıxmış insanabənzər pişik, cizgi filmi qəhrəmanı. Qara bədən, ağ gözlər, geniş gülüşü və sürrealist situasiyalar Feliksi multiplikasiya tarixində ən tanınan personajlardan biri etmişdir. Pişik Feliks tamaşaçının diqqətini adi filmlərə cəzb edə bilən ilk animasiya personajıdır.
Obraz
Bütün zaman ərzində Feliksin görünüşündə dəyişilməz hissə onun rəngi idi: ağ sifətli və ağ gözlü qara bədən. İlk əvvəl, Feliks ağırtərpənən və əsl pişiklərə çox oxşayırdı. Onun qeyri-proporsional şəkildə dayanmaları amerikan animasiyasının insanabənzər personajları üçün ənənə oldu: Mikki Maus, Baqz Banni, Vudi Vudpeker və başqaları.
Onun daha girdə forması Bill Nolanın işə qarışmasından sonra peyda oldu. Rəssam hesab edirdi ki, bu komiksin ənənələrinə uyğun olaraq, onu cəld şəkildə şəkməyə icazə verirdi.
Səssiz kinolar dövründə Feliks pişiyini multiplikasiya personajlarının Çarli Çaplini adlandırırdılar. Çaplinin qəhrəmanları kimi, o da avara , laqeyd dünyada yaşamağa məcbur idi.
1950-ci illərdə serialın yaranması Feliksin görkəminin yenidən dəyişilməsinə səbəb oldu. Co Oriolo pişiyin arxa ayaqlarını uzatdı. O eyni zamanda, demək olar ki, nəzərə çarpmadan öz bığlarından məhrum olmuşdu.
Tarixi
Pişik Feliksi kimin yaratdığı anlaşılmaz olaraq qalır.Avstraliyalı multiplikator və sahibkar Pet Sallivan personajın özü müəllifi olduğunu iddia edirdi. Amma uzun illər amerikan tədqiqatçıları pişik Feliksin müəllifi kimi Sallivanın şirkətində aparıcı animator kimi çalışan amerikalı multiplikator Otto Mesmerin adını çəkirdilər. Amma pişik Feliksin Sallivanın şirkətində yaradılması və 1920-ci illərdə özünün populyarlıq zirvəsinə çatmasının dürüst olması sübut olunmuşdur. 1920-ci illərin əvvəlində pişik Feliks pop-mədəniyyətə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. 1923-cü ildə Feliks haqda komikslər yaranmış və onu açıqcaların və keramikanın üzərində təsvir edirdilər.
1920-ci illərin sonunda səsli kinoların yaranması nəticəsində Feliksin populyarlığı getdikcə azalmağa başladı. Buna baxmayaraq, 1953-cü ildə amerika televiziyasında pişik Feliks haqda cizgi filmlər translyasiya olunmağa başladı.
Yaradılması
Personajın Feliks adını alması haqda bir neçə versiya vardır. Birincisi, bu adı Otto Mesmer Sallivana təklif etmişdir. İkinci versiya odur ki, pişiyə adı prodüser Con Kinq latın sözləri olan felis (pişik) və felixin (xoşbəxt) bir-birinə səslənməsində çox oxşar olduğuna görə fikirləşmişdir. "Feliksin macəraları" (The Adventures of Felix) cizgi filmi 14 dekabr 1919-cu ildə olmuşdur. Pet Sallivan isə bu adın Avstraliyanın Viktoriya ştatının məhsuldar torpağı olan Feliksin adından götürüldüyünü bildirmişdir.
Feliksin adının latın dilindən tərcüməsinin "xoşbəxt" mənasını verməsi, onun bir çox tanınmış şəxsiyyətlər və təşkilatların talismanı qismində çıxış etməsinə səbəb olmuşdur. 1927-ci ildə Atlantik okeanı üzərindən təyyarə ilə keçməyə çalışan Rut Edler özü ilə Feliksin kuklasını götürmüşdür. (Səhvən Çarlz Lindberqin Transatlantik uçuşu zamanı bu cür etdiyi hesab olunsa da, amma o sadəcə üzərində pişik Feliksin təsviri olan döyüş təyyarəsində uçuş etmişdir) Feliks Böyük Britaniyada geniş populyarlıq qazanmışdır. Uels şahzadəsi Eduard onu polo komandasının talismanı etsə də, kraliça Meri Feliks fiqurunu kral VI Georqa hədiyyə vermişdir.
İndiana ştatında məktəblər arasında talisman adəti yarananda, Feliks onlardan birincisi oldu.
1928-ci ilin dekabrında Britaniya Hava Qüvvələrinin 2-ci Bombardman eskadrilyası bombanın yanan fitilini əlində tutan Feliksi öz emblemləri kimi seçmişdilər.
Pop-mədəniyyətdə
Feliks Milli Hokkey Liqası qolkiperlərindən biri olan Feliks Potvenin Boston Bruins komandasına qarşı oyunda dəmir papağında təsvir olunmuşdur.
Kirpi Sonikin pişik Feliks və Mikki Maus əsasında yaradıldığı güman edilir.
Felix- pişiklərin yemi olan avropa markasıdır.