Philips
Koninklijke Philips N. V. (Filips, ing. Royal Philips) — elektronika[8], tibb avadanlıqları[9], işıq texnikası[10] sahəsində çalışan Niderland konqlomeratıdır. Şirkət 1891-ci ildə Eyndxovendə, Cerard Filips və atası Frederik Filips tərəfindən qurulub. Hal-hazırda baş qərargahı Amsterdamda yerləşən Philips, 100 müxtəlif ölkədən olan təxminən 78,000 insan üçün iş yeridir. Öz tarixi boyu Philips bir neçə prioritet fəaliyyət sahəsini dəyişib. Elektrik lampasının istesalı ilə bazara daxil olan, sonradan məişət avadanlıqlarına yönələn Niderland şirkəti, 2011-ci ildən səhiyyədə ixtisaslaşmağa başlamışdır.
Philips | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | ictimai şirkət |
Sənaye | Elektronika, Səhiyyə |
Məhsulları | Məişət texnikası, İşıqlandırma, Tibbi avadanlıq |
Təsis tarixi | 15 may 1891 |
Bağlanma tarixi | 1891[1][2] |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri | €21.4 milyard (2019)[6] |
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı | 78,000 (2019)[6] |
philips.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
Philips 1891-ci ildə Cerard Filips və onun atası Frederik Filips tərəfindən icra olunmuşdur. Zaltbommell şəhərindən olan bankir, Frederik, Eyndxovendə boş bir zavodun alışını və quruluşunu maliyyələşdirib, burada elektrik lampalarının və digər elektrik və texniki avadanlıqların istehsalının 1892-ci ildə təməlini qoymuşdur[11]. Alman istehsalçıları tərəfindən rəqabəti sayıq qiymətləndirməmə səbəbindən, 1894-cü ildə Philips iflas olma təhlükəsilə qarşı-qarşıya qaldı. Vəziyyəti yaxşılaşdırmaq üçün, Cerardın balaca qardaşı, London birjasında broker vəzifəsində işləmə təcrübəsi olan Anton Filips, şirkətə satış təcrübəçisi kimi gətirildi. Antonun müxtəlif ideyalarnan qatqıları tezliklə ailə biznesini inkişaf etdirdi. 1907-ci ildə Philips zavodu volfram filamenti lampası istehsal etməyə başlamışdı. 1912-ci ildə, şirkət ailə biznesindən ictimai şirkətə çevirilmişdi (NV Philips Gloeilampenfabrieken), səhmləri Amsterdam fond birjasında satılmağa başladı. Hələ birinci dünya müharibəsi başlamamış, Phillips ABŞ'da və Fransada nümayəndəliklərin açdı, müharibədən sonra isə fəaliyyətini digər Avropa ölkələri, Çin, Braziliya və Avstraliyaya genişləndirdi. 1939-cu ildə Abş'da "North American Philips Corporation" adlı törəmə şirkət yaradıldı. ikinci dünya müharibəsində Niderlandın Nasist işğalı zamanı, Phillips'in əsas fəaliyyəti bu şirkət tərəfindən aparılırdı. Niderlanddakı zavodları idarə etmək Anton Filipsin oğlu, Fris Filipsin öhdəliyində idi. Müharibə zamanı bu zavodlar Britaniya bombardmanları və geri çəkilən Nasist qüvvələri tərəfindən ciddi şəkildə zərər gördü. Müharibədən əvvəlki istehsal səviyyəsinə 1946-cı ildə nail olundu. Fris Filipsin rəhbərliyi altında şirkət sürətli inkişaf dövrünə qədəm qoydu. Bu tendensiya 1970-ci ilə, yapon elektronika istehsalçıları tərəfindən güclü rəqabət yaranana qədər davam etdi. 1950-ci ildə Philips Record adlı səsyazma şirkəti açıldı. 1963-cü ildə audio kasetlər, 1971-ci ildə öz videomaqnitofonu təqdim edən Philips, 1979-cu ildə isə Sony şirkəti ilə əməkdaşlıq çərçivəsində yığcam disk nümayiş etdirdi.
1982-ci ildə şirkətin başına Visse Dekker keçdi. Bir neçə aydan sonra Avropadakı zavodların dörddə biri bağlanmış, işçilərin kütləvi ixtisarı baş tutmuşdur[12]. Tədqiqat xərclərini azaltmaq üçün AT&T, Siemens və Whirlpool kimi şirkətlərlə əməkdaşlıqlar quruldu. 1984-cü ildə Philips Almaniyada ən böyük elektronika istehsalçısı olan Grundig'in səhmlərinin üçdə birin əldə edib, idarə etməni ələ keçirdi. Həmən il, şirkət fotolitoqrafik inteqral sxemləri üçün avadanlıqların istehsalı fəaliyyətini ASM International şirkəti ilə birgə müəssisə çərcivəsində davam etdirdi. Sonradan, bu birgə müəssisə, Nikon və Canon kimi rəqibləri geridə qoymaqla, dünyanın ən qabaqcıl çip istehsalçısına çevrilmişdir.
Sony ilə daha bir əməkdaşlıq quran Philips, bu dəfə "interaktiv" Philips CD-I məhsulunu inkişaf etdirmiş və bu məhsulun "televizorla əlaqə üçün yeni bir üsul" olduğunu bildirmişdir[13].
1991-ci ildə şirkətin adı N. V. Philips Gloeilampenfabrieken'dən Philips Electronics N. V'ə dəyişdirilmişdir[11]. Eyni zamanda, North American Philips rəsmi olaraq ləğv edilmişdir, əvəzində ABŞ-də Philips Electronics North America Corp. adlı korporativ bölmə yaradılmışdır.
1997-ci ildə şirkət rəhbərləri baş qərargahı Eyndhovendən Amsterdama köçürtmə, korporativ adı Koninklijke Philips Electronics N. V'ə dəyişmə qərarlarını aldılar. Ad dəyişmə rəsmi olaraq 16 mart 1998-ci ildə baş tutmuşdur.
2000-ci illər
2000-ci ildə Philips "Sonicare" elektrik diş fırça istehsalçısı, Optiva Corporation'u əldə etdi və şirkətin adı Philips Healthcare'ə dəyişdirildi. 2001-ci ildə, Agilent Technologies' Healthcare Solutions Group Philips tərəfindən 2 milyard avro qarşılığında alındı. Eyni ildə, Philips LG ilə birliktə kompüter monitorları istehsalına qədəm qoydular.
Baş qərargahın Amsterdama köçürdülməsi də 2001-ci ildə baş tutdu.
2006-cı ildə Philips yarımkeçirici istehsalı bölümünün 80,1% səhmini özəl kapital fondu investorlar konsorsiumuna satdı[12]. Yeni yaranan şirkət NXP Semiconductors adlandırıldı
2010-cu illər
2013-cü ildə şirkətin adı Koninklijke Philips N. V. olaraq dəyişdirildi, "Elektronika" sözü 2012-ci ildə televizor istehsalı ilə əlaqəli aktivlərin, növbəti il isə audio və video avadanlıqların satılması ilə əlaqədar olaraq çıxarıldılmışdır. Hal-hazırda, Philips markası altında televizorların istehsalı ilə Honkonq şirkəti, TP Vision Technology məşquldur[14].
2015-ci ildə tibbi avadanlıqlar bölümü Volcano Corporation adlı şirkəti 1,2 milyard dollara əldə etməklə tamamlanmışdır[15].
27 may 2016-cı ildə Philips'in işıqlandırma texnikaları bölümü, Philips Lighting ayrılaraq, Signify adlı şirkətə çevrildi, səhmləri Amsterdam fond birjasında yerləşdirildi. 2017-ci il ərzində Philips Signify'dakı payının böyük hissəsini satdı[12].
Məhsullar
Philips'in əsas məhsulları istehlakçı elektronikası və elektrik məhsullarıdır: kiçik məişət texnikası, qırxıcılar, gözəllik cihazları, ana və uşaq baxımı texnikası, elektrik diş fırçaları və qəhvə maşınları (ağıllı telefonlar, səs qurğuları, blu-ray pleyerləri, kompüter aksesuarları və televizorlar Philips'in lisenziyası ilə başqa şirkətlər tərəfindən satılır); və səhiyyə məhsulları: kompüter tomoqrafiyası, EKQ avadanlığı, mamoqrafiya avadanlığı, monitorinq avadanlığı, MRT skanerləri, radioqrafiya avadanlığı, reanimasiya avadanlıqları, ultrasəs avadanlıqları və rentgen avadanlıqları[12].
- Süngü lampası
- "Chapel" adlı radio qəbuledici, model 930A
- Erkən portativ kompakt kaset
- Yarımkeçiricisi şmit triggeri
- Barmaq batareyası
- Qulaqcıq
- Səs paneli
- Elektric ülgücü
- Elektric diş fırçası
- MRT aparatı
- Kardiotokoqrafiya aparatı
- Defibrilyator
Fəaliyyət
2011-ci ildə Philips öz vizyonunu "2025-ci ilə qədər 3 milyard insanın sağlamlığını yaxşılaşdırmaq" kimi təsdiqləmişdir[16]. Şirkətin fəaliyyət göstərdiyi əsas seqmentlər bunlardır:[6]:
- Diaqnostika (Diagnosis & Treatment) — diaqnostik avadanlıqlar (maqnetik rezonans görüntüləmə, kompüter tomoqrafiyası, rentgenoqrafiya, ultrasəs).
- Monitorinq (Connected Care) — xəstələrin monitorinqi üçün avadanlıq və xidmətlər (qabaqcıl analitika; xəstəxana daxilində və xaricində xəstə və iş axınının optimallaşdırılması).
- Şəxsi sağlamlıq (Personal Health) — şəxsi istifadə üçün tibbi və məişət texnikası.
- Digər (Other) — innovasiya, royality, mərkəzi xərclər və digər.
İstinadlar
- http://www.nationaalontwerparchief.nl/ontwerper/Philips.
- RKDartists (nid.).
- https://www.koninklijkhuis.nl/onderwerpen/onderscheidingen/predicaat-koninklijk/overzicht-predicaat-koninklijk. 2019.
- https://studio040.nl/nieuws/artikel/voormalig-philips-hoofdkantoor-boschdijk-wordt-rijksmonument.
- Philips Annual Report 2021.
- https://www.results.philips.com/publications/ar18#/
- Philips Annual Report 2021 SEC 20-F.
- http://www.consumer.philips.ru%5B%5D
- "Philips səhiyyə". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-24.
- "Philips İşıq texnikası". 2015-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-24.
- https://www.philips.com/a-w/about/company/our-heritage.html
- "Arxivlənmiş surət". 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
- https://archive.org/details/ACE_Issue_33_1990-06_Future_Publishing_GB/page/n27
- "Arxivlənmiş surət". 2019-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
- "Arxivlənmiş surət". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
- https://www.results.philips.com/publications/ar11#/