Qırqovul
Qırqovul (lat. Phasianus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Qırqovul | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Pangalloanserae Dəstəüstü: Galloanserae Klad: Pangalliformes Dəstə: Fəsiləüstü: Phasianoidea Fəsilə: Yarımfəsilə: Triba: Phasianini Cins: Qırqovul |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Növləri
- Adi qırqovul (P. colchicus)
- Yapon qırqovulu (P. versicolor)
Azərbaycanda yayılan yaşlı fərdlərin qanadının uzunluğu 22–25 sm, kütləsi 0,8–1,3 kq-dır. Quyruğu uzun, ucuna tərəf tədricən nazikləşir. Lələk örtüyü erkəklərdə yaşıl, qırmızı, narıncı, qarışıq əlvan və metal parlaqlı, dişilərdə az parlaq bozumtul rəngdədir. Dimdiyi möhkəm olub üst hissəsi aşağıya doğru bir az əyridir; qanadı qısa və enlidir. Ön Qafqaz, Şimali Qafqaz, Volqa çayının deltası, Orta və Mərkəzi Asiyadan tutmuş Primorye və Cənub-Şərqi Çinə qədər yayılmışdır. 30-a yaxın coğrafi forması var. Azərbaycanda düzənliklərdən dağətəklərinə qədər əlverişli yerlərdə: su hövzələrinə yaxın meşələrdə, kolluqlarda, mədəni landşaftlarda yaşayır. Yerdə düzəltdiyi yuvaya 8–18 yumurta qoyur. Yalnız dişisi 24–25 gün kürt yatır. Oturaq həyat keçirir. Toxum, bitki, giləmeyvə, cücülər və onurğasız heyvanlarla qidalanır. Qiymətli ov quşudur. Son illərdə sayı çox azaldığından ovlanması qadağan edilib. Azərbaycanda Əyricə Dövlət Damazlıq qırqovul yetişdirmə məntəqəsində yetişdirilir.