Pfals-Çvaybrükgen hersoqluğu
Pfals-Çvaybrükgen (alm. Pfalz-Zweibrücken) və ya Çvaybrükgen Qraf-Palatinliyi, Müqəddəs Roma İmperiyasının tərkibinə daxil olmuş tarixi dövlətdir. Paytaxtı Çvaybrükgen (fr. Deux-Ponts) idi. Onun idarə edən Pfals-Çvaybrükgen sülaləsi, Vittelsbax sülaləsinin bir qolu, eyni zamanda 1654–1720-ci illərdə İsveçi idarə edən hakim sülalə idi.
Tarixi dövlət | |||
Pfals-Çvaybrükgen hersoqluğu | |||
---|---|---|---|
|
|||
←
|
|||
Rəsmi dilləri | |||
Sülalə | Pfals-Çvaybrükgen sülaləsi |
Qurulması
Pfals-Çvaybrükgen, 1444-cü ildə, Zimmern-Çvaybrükgen qrafı Stefan onun ərazisini, Pfals-Zimmern və Çvaybrükgen'i iki oğlu arasında bölüşdürdükdə, ayrıca bir knyazlıq olaraq qurulmuşdu.[1] Stefanın qərarına görə kiçik oğlu I Lüdviq Çvaybrükgün qraflığını və Veldenz qraflığını aldı. Böyük oğlu Frederik isə Pfals-Zimmerni almışdı. Bu torpaqlar Stefana 1453-cü ildə atası Almaniya kralı III Rupert sayəsində keçmişdi. Həmin ildə Stefan Veldenz qraflığını qayınatası III Fridrixdən miras almışdı. Stefanın titulları arasında "Bavariyada hersoq" da var idi ki, hər iki oğul bu titullardan istifadə etmək hüququnu miras aldılar, buna görə də yeni yaranan qraflıqlar bəzən hersoqluq kimi təsvir edilirdi. Pfals-Çvaybrükgen 1797-ci ildə Fransa tərəfindən ilhaq edildikdən sonra mövcudluğunu dayandırdı. 1815-ci ildə Vyana Konqresindən sonra onun bəzi hissələri sonuncu kürfürst, Bavariya kralı Maksimilian I İosifə qaytarıldı.
Ərazisi
Pfals-Çvaybrükgen 1444-cü ildə yaradılanda Veldenz qraflığından çıxarılmış Armshaym, Landsburq, Lauterekken, Lixtenberq, Mayzenhaym və Veldenz bölgələrini ibarət idi. Bu ərazilərə 1459-cu ildə Pfalz-Zimmerdən Falkenburq qalası, Quttenberq, Hasslox, Kirkel, Lambshaym, Oqqershaym, Vacenhaym, Veqelnburq və Çvaybrükgen əlavə edildi.
Qraf və hersoqları
- Stefan (1410–1459)
- I Lüdviq (1459–1489)
- Kaspar (1489–1490)
- Aleksandr (1489–1514)
- II Lüdviq (1514–1532)
- Volfqanq (1532–1569)
- I İohann (1569–1604)
- II İohann (1604–1635)
- Fridrix (1635–1661)
- Fridrix Lüdviq (1661–1681)
- I Karl (1681–1697) — həmçinin İsveç kralı (XI Karl adı ilə)
- II Karl (1697–1718) — həmçinin İsveç kralı (XII Karl adı ilə)
- Qustav (1718–1731)
- I Kristian (1731/34–1735) — həmçinin Pfals-Çvaybrükgen-Birkenfeld qrafı (III Kristian adı ilə)
- II Kristian (1731/34–1735) — həmçinin Pfals-Çvaybrükgen-Birkenfeld qrafı (IV Kristian adı ilə)
- Karl Avqust (1775–1795)
- Maksimilian İosif (1795–1805)
İstinadlar
- Huberty, Michel; Giraud, Alain; Magdelaine, F. and B. L'Allemagne Dynastique, Tome IV Wittelsbach. France: Laballery. 1985. 37–40, 43–45, 54–57, 64–65, 73, 80–88, 101, 104, 108–109, 119, 123, 140–141, 143–147, 202–208, 275–279, 336–337, 340–348. ISBN 2-901138-04-7.