Peyvənd

Peyvənd və ya Vaksin (fr. Vacca) — orqanizmin xəstəliklərə qarşı immun müqavimətini qüvvətləndirən bioloji maddə.

Peyvənd
Çiçək peyvəndi və onun vurulması üçün avadanlıq
Çiçək peyvəndi və onun vurulması üçün avadanlıq
MeSH D014612
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Vaksin həmçinin gen mühəndisliyi ilə də alına bilir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti ilə, yəni T limfositlər vasitəsi ilə məhv edir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Bu prosses isə aktiv immunizasiya adlanır. Belə spesifik əks cisimlər hazır şəkildə heyvanlardan və ya donor insanlardan alınıb orqanizmə yeridilməsi passiv immunizasiyadır. Qədim dövrlərdən müşahidə olunub ki, ağır yoluxucu xəstəlikləri bir dəfə keçirən, bu xəstəliyə daha tutulmur və ya xəstəliyi yüngül keçirir. Ona görə də pandemiya və epidemiyalar zamanı belə şəxslərdən müəyyən qruplar yaradılırdı və onlar xəstələrə qulluq edirdilər.

Vaksin terminini elmə ilk dəfə ingilis həkimi Edvard Cennerin şərəfinə Lui Paster gətirmişdir. Cenner ilk dəfə olaraq insanları təbii çiçəkdən qorumaq məqsədi ilə onları inəyin təbii çiçək virusu ilə immunizə etmiş və onun 100% effektliyini göstərmişdir. Lui Paster onun davamçısı olmuş və diri mikrobları zəiflətməklə onların təbii antigenliyini zəiflədərək, onlardan vaksin hazırlamışdır. Bu məqsədlə o, yüksək temperaturdan isdifadə etmiş və buradan da "pasterizasiya" termini əmələ gəlmişdir. Toyuq vəbası, quduzluq və qarayaraya qarşı vaksinlər təklif etmişdir. Vaksinasiyanın əsas məqsədi orqanizmdə erkən dövrdə güclü immunitet yaratmaqdır. Vaksinasiyaya əsas göstəriş kimi yoluxucu xəstəliklərin yayılma təhlükəsinin artması, eləcə də əhali arasında epidemiyaların baş verməsi hesab edilir. Kütləvi profılaktika tədbirləri aparılarkən Vaksinasiyaya əks göstərişlər, həmçinin insanın ümumi vəziyyəti nəzərə alınmalıdır.

Vaksinasiyalara qarşı nəzərdə tutulan əks göstərişlərə aşağıdakılar aid etmək olar:

  • kəskin yoluxucu və somatik xəstəliklər;
  • kəskin allergik reaksiyalar;
  • mərkəzi sinir sistemin orqan xəstəlikləri;
  • parenximatoz orqanların (qaraciyər, böyrək) çatışmazlıqları
  • kəskin ürək-damar sistemi xəstəlikləri;
  • ağır immunçatışmazlıqlar;
  • bəd xassəli xəstəliklər və s.

Vaksin tətbiq olunduqdan sonra əgər orqanizmin temperaturu qısa müddətli qalxarsa, yerli əlamətlər (hiperemiya, inyeksiya nahiyyəsində şişkinlik) qəbul olunmuş norma həddində isə peyvəndin təyini əks göstəriş hesab edilməməlidir.

Hal-hazırda 5 yaşına çatmış Amerika uşaqlannın 98%-dən çoxu planlaşdırılmış immunizasiyaya məruz qalırlar. Belə ki, bunsuz uşaqlar məktəbə qəbul edilmirlər. Göyöskürək vaksininin tərkibindən hüceyrə, komponentinin çıxarılması və bu vaksinin xoşagəlməz təsirlərini aşağı saldı. Bir çox inkişaf etmiş ölkələrdə əlavə olaraq hepatit B-yə qarşı vaksinasiya aparılır.

Erkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur. Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib, lakin uşağın immunitet sistemi aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər.

Əks təsir

Peyvəndlər aşağı temperaturda qızdırma, infeksiya yerində qızartı və şişkinlik kimi təsirlər yarada bilir. Bəzi peyvəndlər müvəqqəti olaraq baş ağrısı, başgicəllənmə, halsızlıq və iştahasızlıq meydana gətirir. Nadir hallarda rast gəlinən bu kənar təsirlər əndişəyə səbəb olsa da, peyvəndlər uşaqları ölümcül xəstəliklərə yaxalanmaqdan qoruyur. Allergiyaya meyilli uşağa peyvənd olmaz.

Uşaqlar kiçik yaşlarında təhlükəli xəstəliklərə daha çox məruz qaldıqlarından və onları bu xəstəliklərdən qorumaq üçün peyvənd erkən yaşlarda aparılmalıdır. Peyvəndsiz keçinmək yaxşı fikir deyil. Çünki belə halda uşaq ciddi xəstəliklər qarşısında müdafiəsiz qalır. Tibbi səbəblər üzündən, eləcə də peyvəndə qarşı allergiyası olan uşaqların dəhşətli xəstəliklərdən qorunması ətrafındakı insanların immunitet sisteminin möhkəm olmasından asılıdır.

Milli peyvənd təqvimi

Milli profilaktik peyvənd təqvimi yoluxucu xəstəliklərin immunoprofilaktikası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş peyvəndləmə təqvimi.[1]

Milli profilaktik peyvənd təqvimi (qrafik)
Milli profilaktik peyvənd təqvimi (01.06.2022-ci ildən)
Yaşı Peyvəndlər Xəstəliklərin profilaktikası
Doğumdan sonra 12 saat ərzindəHepB
BSJ
Hepatit B xəstəliyinə qarşı peyvənd
Vərəm əleyhinə peyvənd
2 aylıqdaGDT-Hib-HepB
OPV
PK
B tipli hemofil infeksiya; göyöskürək, difteriya, tetanus; və hepatit B-yə qarşı kombinəedilmiş peyvənd
Oral poliomielit peyvəndi
Pnevmokok infeksiyalarına qarşı peyvənd
3 aylıqdaGDT-Hib-HepB
OPV
İPV
B tipli hemofil infeksiya; göyöskürək, difteriya, tetanus; və hepatit B-yə qarşı kombinəedilmiş peyvənd
Oral poliomielit peyvəndi
Poliomielitə qarşı inaktivləşdirilmiş peyvənd
4 aylıqdaGDT-Hib-HepB
OPV
PK
B tipli hemofil infeksiya; göyöskürək, difteriya, tetanus; və hepatit B-yə qarşı kombinəedilmiş peyvənd
Oral poliomielit peyvəndi
Pnevmokok infeksiyalarına qarşı peyvənd
6 aylıqdaPK
İPV
Pnevmokok infeksiyalarına qarşı peyvənd
Poliomielitə qarşı inaktivləşdirilmiş peyvənd
12 aylıqdaQPM
Vit A
Qızılca, parotitməxmərəyə qarşı peyvənd
Vitamin A
18 aylıqdaGDT
OPV
Vit A
göyöskürək, difteriya və tetanusa qarşı kombinəedilmiş peyvənd
Oral poliomielit peyvəndi
Vitamin A
6 yaşındaQPM
DT
Vit A
Qızılca, parotit və məxmərəyə qarşı peyvənd
Difteriya və tetanus əleyhinə peyvənd
Vitamin A

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.