Peyk zavodu

Peyk zavoduAzərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə.

Tarixi

Çoxlaylı çap lövhələri istehsal edən "PEYK" zavodu 1993-cü ildə Fransanın M. U. P. İndustrie G. İ. E. konsorsiumunun iştirakı ilə tikilmişdir.

1993–2005-ci illər ərzində "PEYK" zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur.

2006-cı ildən "Peyk" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.

Sifarişçi ölkələr – Fransa, İngiltərə, ABŞ və ölkələrdir. Müəssisənin istehsal etdiyi məhsulların 95%-i xarici ölkələrə ixrac olunur.[1]

Fəaliyət sahələri

"PEYK" zavodunun istehsalat fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

  • Birüzlü, ikiüzlü və çoxlaylı (40 laya gədər) çap lövhələrinin istehsalı;
  • Əyilgən çap lövhələrinin istehsalı;
  • Sərt-əyilgən çap lövhələrinin istehsalı

Müəssisənin illik istehsal gücü 60 000 m² çap lövhəsi.

Texnoloji imkanları

Müəssisənin əsas istehsalat sahələri:

  • "BARCO" işçi stansiyası;
  • Fotoşablonların hazırlanması sahəsi;
  • Pəstah sahəsi;
  • Mexaniki sahə;
  • Fotomexanika sahəsi;
  • Qalvanik örtük sahəsi;
  • Qoruyucu örtükləmə sahəsi;
  • Setkoqrafiya sahəsi;

Müəssisənin köməkçi istehsalat sahələri:

  • Mikroiqlim sahəsi;
  • Elektrik stansiyası;
  • Təmir və texniki xidmət sahəsi;
  • Təmizləmə qurğuları.

İstinadlar

  1. "Müəssisə haqqında". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-13.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.