Peykər xan İyirmi Dörd

Peykər xan İyirmi Dörd — XVI əsrin sonları XVII əsrin əvvəllərində Səfəvi imperiyası üçün xidmət etmiş Qızılbaş tayfa başçısı. Fəaliyyətinin əsas hissəsi Cənubi Qafqazla bağlıdır. O, bu zaman BərdəninKaxetiyanın hakimi vəzifəsində xidmət etmişdir. Sonuncu vəzifəsindən Şah Abbas dövründə 1625-ci ildə Gürcü üsyanı ilə getmişdir.

Peykər xan İyirmi Dörd
Şəxsi məlumatlar
Vəfat tarixi XVII əsr
Hərbi fəaliyyəti
Mənsubiyyəti Səfəvi imperiyası
Qoşun növü Süvari
Rütbəsi Xan
Vəzifəsi Bərdə hakimi
Kaxetiya hakimi
Döyüşlər Gürcülərin Səfəvi dövlətinə qarşı üsyanı

Canişinliyi

Gələcəkdə xan olacaq Peykər xan İyirmi Dörd tayfasının başçısı kimi Qarabağda hakimiyyət uğrunda Qacar tayfası ilə rəqabətdə idilər. Şah II İsmayılın əmri ilə Peykər xan bəylərbəyi təyin olunması üçün öz qohumu və Qarabağ bəylərbəyisi olan Yusif xan Şahverdi Ziyadoğlunu, onun anasını, qardaşlarını qətlə yetirdi. Lakin II Şah İsmayıl vəzifəni rəqib Qacar tayfası mənsubuna verdi.[1]

Peykər xan 1608-ci ildə Şah Abbas tərəfindən Bərdənin hakimi təyin edildi. 1620-ci ildə vəzifəsi daha da yüksəldi və şahın tam hakimiyyəti altına almaq istədiyi Kaxetiyanın hakimi təyin edildi. Bundan sonra şahın əmri ilə o, gürcü kraliyyət ailəsindən olan Fatma Sultan Bəgüm ilə evləndi.[2] Fatma Sultan Bəgüm Kartli çarı II Luarsabın bacısı idi və şah onu qardaşını edam etdirdikdən sonra öz hərəmindən qovmuşdu.[3][4]

Kaxetiyaya göndərildikdən sonra Peykər xan Qarlanquç qalasına yerləşdi və qalanın ətrafında gözəl evlərlə və hamamlar tikdirdi. Şahın əmri ilə o, Azərbaycandan 15 min evlik İyirmi Dörd, Zülqədər, Süleyman Hacılı tayfalarından insanları Kaxetiyaya köçürdü.[5] Bu zaman bölgə demək olar ki, insansız və dağıdılmış halda idi. Minlərlə gürcü imperiyanın daxili bölgələrinə sürgün edilmiş, yerdə qalanları isə dağlara və meşələrə qaçıb gizlənmişdilər. Peykər xanın vəziri olan Fəzli İsfahani Xuzani bu zaman Əfzal əl-Təvarix adlı kitab yazmışdı. Bu kitab indi də Şah Abbasın Gürcüstan və Qafqaz səfərlərini öyrənmək üçün əsas mənbələrdən biri olaraq qalmaqdadır.[1][6]

Canişinliyinin sonu

Peykər xanın Kaxetiyadakı hakimliyi 1625-ci ilin sonlarında şahın gürcü əsilli məmuru Giorgi Saakadzenin (Murav bəy) üsyanı ilə sonlandı. Saakadze üsyan qaldıraraq Səfəvi komandanı Qaraçaqay xanı öldürdü və onun ordusunu Martqopi döyüşündə darmadağın etdi. Saakadze Araqvi hakimi Zurab ilə ittifaqda idi və ona Peykər xanın gürcü əsilli arvadı Lelannı yardımını söz vermişdi. Bu zaman Peykər xan dağlardakı gürcü qaçqınlara qarşı yürüşdə idi. Gürcü üsyançı qoşunlarının yaxınlaşdığı xəbərini eşidən Peykər xan dərhal qalaya geri döndü, buuradakı qiymətli var dövlətini, tayfasını və arvadını götürərək geri çəkildi. Kür çayını təhlükəsiz formada keçsələr də, gürcülərin hücumları nəticəsində onun tayfasından olan bir çox şəxs həyatını və ya mal-qarasını itirdi.[3][5]

Həmçinin bax

İstinadlar

  1. Maeda, Hirotake. The forced migrations and reorganisation of the regional order in the Caucasus by Safavid Iran: Preconditions and developments described by Fazli Khuzani // Ieda, Osamu; Uyama, Tomohiko (redaktorlar ). Reconstruction and interaction of Slavic Eurasia and its neighbouring worlds (PDF). Slavic Eurasian Studies, No.10. Sapporo: Slavic Research Centre, Hokkaido University. 2006. 243–246. ISBN 4938637391. 2020-11-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-11-27.
  2. Dumin, S.V., redaktor Дворянские роды Российской империи. Том 3. Князья [Noble families of the Russian Empire. Volume 3: Princes] (Russian). Moscow: Linkominvest. 1996. səh. 41.
  3. Rayfield, Donald. Edge of Empires: A History of Georgia. Reaktion Books. 2012. 191–193. ISBN 978-1780230306.
  4. Floor, Willem; Herzig, Edmund, redaktorlar After the conquest: The rise of gholams of Kartlian noble origin // Iran and the World in the Safavid Age. I.B. Tauris. 2012. səh. 481. ISBN 978-1780769905.
  5. Abrahams, Simin. A historiographical study and annotated translation of volume 2 of the Afzal al-Tavarikh by Fazil Khuzani al-Isfahani (PhD). University of Edinburgh. 1999. 16–19. hdl:1842/6906. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-27.
  6. Melville, Charles. New Light on the Reign of Shah 'Abbas: Volume III of the Afzal al-Tawarikh // Newman, Andrew J. (redaktor ). Society and Culture in the Early Modern Middle East: Studies on Iran in the Safavid Period. Brill. 2003. səh. 89. ISBN 9004127747.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.