Peyami Safa

Peyami Safa (2 aprel 1899[1], Fateh15 iyun 1961[2], İstanbul) — əsasən romanları ilə məşhur olan türk yazıçısı. "Sərvər Bədi" təxəllüsü ilə də çıxış etmiş yazıçı jurnalistika sahəsindəki işləri və cəmiyyət həyatına dair fikirləri ilə də tanınır.

Peyami Safa
Peyami Safa
Təxəllüsləri Sərvər Bədi
Doğum tarixi 2 aprel 1899(1899-04-02)[1]
Doğum yeri
Vəfat tarixi 15 iyun 1961(1961-06-15)[2] (62 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin qansızması[d]
Dəfn yeri
Vətəndaşlığı
Atası İsmayıl Safa
Təhsili
  • Vəfa liseyi[d]
Fəaliyyəti jurnalist, tərcüməçi, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Şair İsmayıl Safanın oğlu kimi anadan olub. Atasının Sivasda sürgündə ölməyinin ardınca, 1901-ci ildə — 2 yaşında yetim qalmış və "Yetimi-Safa" adı ilə xatırlanmışdır. 8 yaşından 17 yaşınacan ağır sümük xəstəliyi keçirmişdir. Həkimlər onun qıçını kəsmək istəmiş, amma Peyami buna icazə verməmişdir. Yazıçının "Doqquzuncu cərrahiyyə palatası" romanını həmin günlərindən bəhs edir. Xəstəlik və müharibə səbəbilə təhsilini davam etdirə bilməmiş və anasına baxmaq üçün Vəfa idadiyyəsindəki təhsilini yarımçıq buraxmışdır. Keteon mətbəəsində işləməyə başlamışdır. Daha sonra Rəhbəri-İttihad məktəbində müəllimlik etmişdir. Dörd il bu məktəbdə işləyən Peyami həm öyrətmiş, həm də fransızca öyrənmişdir. Ömrümün bu mərhələsi haqqında bəzi məqamları "Biz insanlar" əsərində qeyd etmişdir. 1918-ci ildə qardaşı İlhami Safanın istəyi ilə müəllimliyi buraxmış və "XX əsr" adlı axşam qəzetində "Əsrin hekayələri" başlığı altında hekayələr yazmağa başlamışdır. Əvvəl bu hekayələri imzasız yazsa da, daha sonra "Sərvər Bədi" təxəllüsünü istifadə edən Peyami Safa 1921-ci ildə "Son teleqraf", oradan da "Təsviri-əfkar" qəzetinə keçmişdir. Bu qəzetdən də ayrılaraq, "Cümhuriyyət" qəzetində 1940-cı iləcən məqalələr, lətifələr, kiçik hekayələr və romanlarını hissələr halında nəşr etdirmişdir. 1950-ci illərdə "Milliyyət" də daxil olmaqla, müxtəlif jurnal və qəzetlərdə yazan Peyami Saf 1961-ci ildə "Son həvadis" qəzetinə keçmişdir. Həmin il Ərzurumda hərbi xidmət çəkən oğlu Mervenin ölümündən sarsılan Peyami 2–3 ay sonra İstanbulda, bir dostunun evində vəfat etmişdir.

Ədəbi yaradıcılığı

İlk romanlarında materialist baxışlarını yaysa da, 1931-ci ildə xəstənin vəziyyətindən bəhs edən yarı-avtobioqrafik romanı olan "Doqquzuncu cərrahiyyə palatası" əsəri çap olundu. İkinci Dünya müharibəsindən sonra yazdığı "Madmazel Noraliyanın kreslosu" (1949) romanı ilə mistisizmə yönəldi. Peyami Safa pul qazanmaq məqsədi ilə yazdığı kitablarda ilk dəfə qardaşı İbrahim Safanın istifadə etdiyi və anasının adı olan "Sərvər Bədi" təxəllüsünü istifadə etmiş və bu təxəllüslə bir çox roman yazmışdır. Bunlar arasında ən tanınmışları "Cingöz Rəcai" obrazının baş qəhrəman kimi çıxış etdiyi macəra romanları olmuşdur. Peyami Safa "Həftə", "Mədəniyyət həftəsi" (1936, 21 say) və "Türk düşüncəsi" (1953–1960, 63 say) kimi jurnalları da təsis etmişdir.

Əsərləri

Roman

  • Sözdə qızlar (1923)
  • Şimşək (1923)
  • Məhşər (1924)
  • Bir axşam idi (1924)
  • Süngülərin kölgəsində (1924)
  • Bir gənc qızın cürmü (1925)
  • Canan (1925)
  • Doqquzuncu cərrahiyyə palatası (1930)
  • Fateh — Hərbiyyə (1931)
  • Attila (1931)
  • Bir tərəddüdün romanı (1933)
  • Madmazel Noraliyanın kreslosu (1949)
  • Tənhayıq (1951)
  • Biz insanlar (1959)

Hekayə

  • Gəncliyimiz (1922)

Pyes

  • Günəş doğur (1937)

Həmçinin bax

Fateh-Hərbiyyə (roman)

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.