Peyğəmbər
Peyğəmbər — İslam dinin ənənəsinə görə Allahın elçisi, digər dinlərin ənənələrinə görə Allahın göstərişlərini, buyruqlarını, vəhylərini insanlara çatdıran mömin şəxs, vaiz, gələcəyi öncədən xəbər verən şəxs.
Peyğəmbərlik
Qədim yəhudi dinində nəvi (ərəb dilində nəbi) adlandırmışlar. Qədim Fələstində ekstatik vəziyyətdə Allahın adından danışan vaizə, VIII əsrdən isə belə dini natiqlərə və vaizlərə Peyğəməbər deyilirdi. İsrail-Yəhudi cəmiyyətində sosial-siyasi ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermiş hərəkat Peyğəmbərlər hərəkatı adlandırılmışdır.
“Peyğəmbər” sözü fars dilindən çevrilmişdir. Peyam xəbər, peyğəmbər “elçi” deməkdir.
Peyğəmbər ərəbcə rəsul sözünün qarşılığıdır. Ərəbcə “Rəsul” (رسول) oxşar məna daşır .“Nəbi” (نبي) sözü də “nəbə” kökündən törəmiş, xəbər verən, “elçi” mənasını verən sözdür. Ərəbcə Nebi sözünün mənşəyinin Nabuya əsaslandığı güman edilir. Bundan əlavə yalvaç sözü peyğəmbər deməkdir.
İlkin cəmiyyətlərdə ilahi əmrlərə əsaslanaraq kitabələrə yazılan qanunların qəbulu ənənəsi mövcud idi. Bu padşah öldükdən sonra tanrılardan biri olacaqdı. Bəzən bir elçi-tanrı bu çapı öz üzərinə götürərdi (Nabu). Bu ənənə qanunlara tabe olmayanların inanılan tanrılar tərəfindən cəzalandırılacağına inamla birlikdə qanunların təsirini artırmaq funksiyasını yerinə yetirirdi.
Yazı və yazı materiallarının inkişafı ilə bu təcrübə ilahi ilhamla kitab yazma iddiaları və diktə edilən/ilham edilən şəxsin xüsusi, seçilmiş, göndərilmiş şəxs olması iddiaları ilə davam etdi. Bu gün də bu iddia ilə qanunlar, kitablar, korpuslar yaradılmağa və özlərinə tətbiq sahəsi tapmağa davam edir. Mustafa İslamoğlu, bu gün İslam dünyasında Qurandan sonra Allah tərəfindən diktə olunduğuna inanılan və İslamdan ayrı dinlər sayıla biləcəq 6 kitabı (-korpus) qeyd edir.
Peyğəmbərlər insanları aşağı sosial təbəqəyə edilən zülmə qarşı çağırır, müharibələrə son qoymağa, qılıncı döyüb kotan eləyib və bərabər yaşamağa çağırır. Onların dini-siyasi nitqləri, moizələri, vəhləri əvvəlcə şifahi yazılır sonralar məcmuə şəklində toplanır. Peyğəmbərlərin moizələri, kəlam və göstərişləri dinlərin ideologiyasında böyük təsir edib. Orta əsrlərdə baş vermiş xalq hərəkatlarında utopik sosialistlər peyğəmbərlərin ideyalarından istifadə etmişlər.
İslama görə Məhəmməd peyğəmbər Allahın göndərdiyi sonuncu peyğəmbər olub və peyğəmbərlərin möhürü sayılır.
İslam peyğəmbəri
İslam inanclarına görə, bəşər tarixində 124 min peyğəmbər olmuşdur. Amma vəhyalma xüsusiyyətlərinə görə onlar bir-birindən fərqlənmişlər. Məhz bu deyilən xüsusiyyətə görə biri digərindən üstün olmuşdur. Onların əksəriyyəti nəbidirlər. Yəni həm qeybdən gələn səslər vasitəsilə, həm də yuxuda vəhy almaqla vəhy mələyini gözləriylə görə biliblər.
Rəsul mübarək adını daşıyan peyğəmbərlər isə bu deyilən xüsusiyyətlərlə yanaşı, ayrılıqda mələklə görüşüb vəhylər almışlar. Mötəbər mənbələr bu sayı 313 göstərirlər ki, onların sırasından da 5 peyğəmbər ulul-əzm adlanır — yəni əzm və iradə sahibləri.
- Həzrət Nuh (Nuh peyğəmbər)
- Həzrəti İbrahim (İbrahim peyğəmbər)
- Həzrəti Musa (Musa peyğəmbər)
- Həzrəti İsa Məsih (İsa peyğəmbər)
- Həzrəti Məhəmməd (Məhəmməd peyğəmbər).
Ulul-əzm peyğəmbərlər xalqı tamam yeni şəriətə dəvət etmələri və məhdud, konkret toplu üçün deyil, bütün dünya insanları üçün göndərilmələri ilə seçiliblər (Bax: Qurani-Kərimdə Məhəmmədə (s) ünvanlanmış Allah kəlamı: "Biz səni bütün dünya əhalisinə mərhəmət və rəhm nişanəsi kimi göndərdik". (Ənbiya, 107).
Türk ənənəsində peyğəmbər
Türklər peyğəmbərə yalvac deyərdilər. Türklər tarix boyunca müxtəlif dinlərə və bunların fərqli məzhəblərinə tabe olmuşlar. Amma əsas; Buddizm və onun Lamaizm məzhəbi, Maniheizm, Xristianlıq, Yəhudilik və İslam (Sünni və Şiə məzhəbləri) ən çox rəğbət görmüş dinlər olaraq sayıla bilər. Bunun nəticəsində hər birindən müxtəlif ünsürlər alınaraq Türk mədəniyyətinə qatılmış və hər dinin qurucusu / yalvacı müxtəlif anlatılarda iştirak etmişdir. Əlbəttə ki, mədəni mənada bənzər anlayışlar daha böyük bir sürətlə yerləşmiş və bütünleşmiştir. Məsələn Mani dinindəki İşıqlıq və Qaranlığın əzəli və əbədi döyüşü (Türkcədə Yaruk və Karanuk adlı iki güc olaraq yer tapmışdır), mədəniyyətimizin digər elementləriylə sürətlə uyğunlaşma təmin etmişdir. Türklər ən son olaraq İslam dinini qəbul etmişlər və bu din bütün türk dünyasının ortaq dəyərlərindən biri halına gəlmişdir. Əlbəttə ki, başqa dinlər də müxtəlif yoğunluklarda və fərqli Türk birlikləri içərisində varlığını davam etdirir. Ancaq bu an üçün ortaq mədəni məxrəc olaraq İslam dininin varlığı yadsınamaz bir gerçəkdir. İslama görə Allahın varlığına və birliyinə inanmaq ilk və ən əhəmiyyətli şərtdir. Bundan sonra da Məhəmmədin onun elçisi olduğuna, ardından da Tanrının göndərdiyi (Quran-ı Kərimdə adı istər sayılmış olsun istəsə olmasın) digər bütün elçilərə iman etmək lazımdır. Kəlmeyi-şəhadət "Şahidlik Sözü" bu şəkildədir:
"Şahidlik edərəm ki Allahdan başqa Tanrı yoxdur. Və yenə şahidlik edirəm ki, Məhəmməd onun qulu və yalvacıdır."
Yalvac sözü (Yal) kökündən yaranır. Yalvamaq felindən gəlir. Yalvarmaq, xəbər vermək mənalarını daşıyır. Yal monqolcada cəzalandırmaq deməkdir[3].
Mənbə
- http://www.irs-az.com/archive/gen/n3/n3_18.htm Arxivləşdirilib 2017-03-17 at the Wayback Machine
İstinadlar
- "Arxivlənmiş surət". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-28.
- http://kitaplar.ankara.edu.tr/dosyalar/pdf
- "Türk Söylence Sözlüğü, Deniz Karakurt" (PDF). 2011-12-13 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-12-03.