Petros Gevondyan
Petros/Peto Gevondyan (erm. Պետրոս Ղևոնդյան; 30 yanvar 1964[1], Proşyan, Əştərək rayonu – 14 fevral 1994[2], Ömər aşırımı, Kəlbəcər rayonu) — Birinci Qarabağ müharibəsində iştirak etmiş Erməni İnqilabi Federasiyası partiyasına mənsub terrorçu, 77-ci özünümüdafiə batalyonun komandiri. Gevondyan, 1994-cü ilin 14 fevral tarixində Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində baş vermiş Kəlbəcər əməliyyatı zamanı Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşərkən öldürülmüşdür.
Petros Gevondyan | |
---|---|
erm. Պետրոս Ղևոնդյան | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 yanvar 1964[1] |
Doğum yeri | |
Vəfat tarixi | 14 fevral 1994[2] (30 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | erməni |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
Erməni İnqilabi Federasiyası Ermənistan Silahlı Qüvvələri |
Xidmət illəri | 1991-1994 |
Rütbəsi | səhra komandiri |
Döyüşlər |
O, erməni mənbələrində Kəlbəcər əməliyyatının əsas səhra komandirlərindən biri kimi təqdim edilir. Gevondyan 1991-ci ilin may ayında Qarabağın Şaumyan, Şuşa, Xocavənd, Hadrut bölgələrində və Ermənistan SSR-in Noyemberyan, Gorus və Tavuş mərzlərində Sovet Daxili qoşunları və OMON-un keçirdiyi Çaykənd əməliyyatından sonra Dağlıq Qarabağa gəlmişdir.
1993-cü ilin 15 yanvar tarixində MiQ-25 qırıcı təyyarəsini 9K38 İqla — daşına bilən zenit-raket kompleksi ilə vurduqdan sonra şöhrət qazanmışdır.[3][4] Ölümündən sonra adı Ermənistanda bir necə küçə və təhsil müəssisələrinin otaq və dinləmə zallarına verilmişdir.
Həyatı
Petros Gevondyan 1964-cü ilin 30 yanvar tarixində Ermənistan Sovet Sosialist Respublikasının Kotayk mərzinə daxil olan Proşyan kəndində anadan olub. İrəvan Dövlət Universitetinin Radiofizika faklütəsində təhsil alıb. 1991-ci ildə baş vermiş Çaykənd əməliyyatından sonra Birinci Qarabağ müharibəsində iştirak etməyə qərar vermişdir. 1990–1994-cü illərdə keçmiş Şaumyan rayonu, Ağdərə, Xocavənd və Hadrut kimi yaşayış yerlərinin işğal olunmasında səhra komandiri kimi önə çıxıb. 1992-ci ilin mayında, Şuşanın işğalı zamanı öz taboruna komandirlik edib.
Gevondyanı Birinci Qarabağ müharibəsində fərqləndirən əsas xüsusiyyətlərdən biri 1993-cü ilin 15 yanvar tarixində MiQ-25 qırıcı təyyarəsini 9K38 İqla — daşına bilən zenit-raket kompleksi ilə vurması ilə bağlıdır. Belə ki, sözgedən tarixdə Gevondyan keçmiş Ağdərə rayonunun Dovşanlı və Sırxavənd kəndlərinin səması üzərində rus əsilli pilotlar Aleksey Plotnikov və Anatoli Çistyakovun idarə etdiyi MiQ-25 qırıcı təyyarəsini vurub. Hər iki pilot katapult edə bilsə də, Aleksey Plotnikov düşmən mövqeyi üzərinə eniş edib və yerindəcə güllələnib.[5]
Anatoli Çistyakov isə sonradan Xankəndi şəhərində yerləşən həbsxanaların birinə aparılıb və ölümünə qədər orada saxlanılıb. Rusiya vətəndaşı olan Anatoli Çistyakov bir müddətdən sonra saxlandığı kamerada sınmış butulkanın şüşəsini yeyərək intihar edib.[6]
O, 1992-ci ilin yayında Manaşid, Buzluq və Erkeç kəndlərinin işğalına cəhd edən zaman Azərbaycan ordusunun müqaviməti ilə qarşılaşaraq geri çəkilmək məcburiyyətində qalmışdır. Petros Gevondyan 1994-cü ilin 14 fevral tarixində Kəlbəcər əməliyyatının gedişatı zamanı Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşərkən həlak olub.
Səhra komandirinin Ömər aşırımı kimi tanınan yerdə öldürülüyü güman edilir. Ölümündən 6 gün sonra Kəlbəcər rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Proşyan və Qamışqut kəndlərindəki orta məktəblərə, İrəvan Dövlət Universitetinin Radiofizika faklütəsinə adı verilmişdir. 2007-ci ildə sözügedən faklütədə Petros Gevondyan adına lektoriya açılıb.
İstinadlar
- Ղևոնդյան Պետրոս Արշալույսի // (unspecified title).
- Ղևոնդյան Պետրոս Արշալույսի // http://am.hayazg.info/index.php?curid=13719.
- "Хроніка Карабаської війни". 18 липня 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 березня 2011.
- "КАРАБАХ. ХРОНИКА ВОЗДУШНОЙ ВОЙНЫ" (rus). 12 October 2012. 27 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 February 2024.
- Мамед Велимамедов. "Боевые самолеты ВВС Азербайджана в Карабахской войне". militarizm.su (Rusca). Militarizm İnformasiya Agentliyi. 0.03.2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fev 2024.
- Sultan Laçın. "Rus milliyyətli Rusiya vətəndaşı Xankəndindəki zindanda intihar edib, yoxsa öldürülüb?.. -FOTO". moderator.az (az.). Moderator - İnformasiya Agentliyi. 07.12.2022. 01.03.2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fev 2024.