Sabirabad rayonu
Sabirabad rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Sabirabad şəhəridir.
Bu məqalə Sabirabad rayonu haqqındadır. Sabirabad şəhəri üçün Sabirabad səhifəsinə baxın. |
Rayon | |
Sabirabad rayonu | |
---|---|
39°59′39″ şm. e. 48°36′15″ ş. u. |
|
Ölkə | |
Daxildir | Mil-Muğan |
İnzibati mərkəz | Sabirabad |
İcra başçısı | Siraqəddin Cabbarov[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-SAB |
Telefon kodu | 994 21 |
Poçt indeksi | AZ 5400 |
Avtomobil nömrəsi | 54 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi ərazisi 1469,6 km². Əhalinin ümumi sayı 180 290. Kəndlərin sayı 74.
Şəhərdə Dövlət sosial iqtisadi kolleci, peşə liseyi, 85 ümumtəhsil məktəbi, 22 uşaq baxçası, məktəbdənkənar tərbiyə müəssisələri fəaliyyət göstərir. 126 mədəniyyət və 77 səhiyyə müəssisəsi əhaliyə xidmət göstərir.
Bakı şəhərindən məsafəsi 170 km-dir.
Şəhərin iqtisadiyyatının əsasını kənd təsərrüfatı və sənaye təşkil edir.[2]
Tarixi
Sabirabad ərazisi qədim və orta əsr yaşayış yerləri və qədim abidələri ilə zəngindir. Bölgədə aparılmış arxeoloji tədqiqatlar nəticəsində rayonun Surra, Cavad, Abdulyan, Qaratəpə, Quruzma, Qaraqaşlı, Bulaqlı, Zəngənə, Qalaqayın kəndləri ərazisində qədim yaşayış yerləri və nekropollar e.ə.V-I, V–II,e.ə I və eramızın III əsirlərinə aid etmək olar. Quruzma kəndinin "Bud Təpəsi" adlanan yeri, Kovlar yaxınlığında Ağ-qoyunqışlaq yeri, Sığrılı yolu üzərində Təpəqışlaq yeri (Qalacıq), Quruzma kəndi yaxınlığında Puttəpə, Qaratəpə yaxınlığında Binə, Yastıqobu yaşayış yerləri, Kürkəndidə yurd və oba yerləri, Baba-Samid piri müxtəlif tarixi dövrlərə aid yerində qədim dövrə aid saxsı qablar və müxtəlif əmək alətləri tapılmışdır. Cavad orta əsr yaşayış yerini IX–XV əsrlərə, kəndin "Şəhərgah" adlanan ərazisində tapılmış materiallar isə bu mədəni təbəqənin XI–XII əsrlərə aid olduğu sübut edir. "Xavər zəmin", yəni "Günəşli torpaq" adı ilə tanınan Muğan torpağı bir çox illər ərəblərin, türklərin, farsların və digər yadelli işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilmişdir. O vaxtlardan da "Xavər zəmin" Qalaqayın adı ilə əvəz olunmuşdur. Hazırda rayonun Qalaqayın kəndi bu adı daşıyır.[3]
- Cavad (Tzawat) və Qalaqayın (Cellan).1730-cu il.
Muğanın şimal hissəsində Kürlə Arazın qovuşduğu Suqovuşanda aparılmış arxeoloji tədqiqatlar bölgənin e.ə. VI minillikdən başlayaraq tarixi keçmişini, məişət və təsərrüfatını işıqlandırmağa imkan verir. Sabirabad rayonunun ərazisi tarixən Muğan düzünə daxildir. Muğan düzü qədimdə Midiyanın, e.ə. IV əsrdən Atropatenanın əyaləti idi. Albaniya dövləti Kürün Arazla birləşdiyi yerdən Xəzərə qədər olan hissəsindən cənubdakı ərazini, o cümlədən indiki Sabirabad rayonunun ərazisini əhatə edirdi.
Muğan erkən süni suvarma sisteminin yarandığı bölgələrdən biridir. E.ə.III-II minilliklərdə burada yaşayan əhalinin əsas məşguliyyəti əkinçilik və maldarlıq olmuşdur. Burada sənətkarlıq və xalçaçılıq da geniş inkişaf etmişdi. Tunc dövrünə aid sənətkarlıq əşyaları içərisində şarşəkilli və armudvarı gövdəli küplər diqqəti cəlb edir. Onlardan ən çox təsərrüfat məqsədi ilə istifadə olunmuşdur. Arxeoloji qazıntılar zamanı tapılan çoxsaylı küp qəbirlərin bəziləri dairəvi formadadır. Bu küplər yerli istehsala məxsusdur. Bölgənin orta əsr yaşayış yerlərindən xeyli miqdarda saxsı məmulatları da aşkar edilmişdir. Yazılı mənbələrdə Muğanda xalça, çuval, xurcun və palaz istehsal edildiyi barədə qiymətli məlumatlar verilmişdir. Rayonun Zəngənə kəndi yaxınlığında tapılmış Şəhərgahda numuzmatik materiallar da aşkar edilmişdir. 1926-cı ildə həmin ərazidən tapılmış, sonradan Azərbaycan tarixinə "Sabirabad dəfinəsi" kimi daxil olan sikkələri alimlər Şirvanşah-Kəsranilərə məxsus olduğunu müəyyən etmişlər. Həmin pul vahidləri I Axsitana (XII əsrin sonu), III Toğrula (1177–1194), II Fəribürzə məxsusdur. Bu bölgədə Eldəgiz və Şirvanşahlara məxsus pullar sonralar da aşkar edilmişdir.
IX əsrdə ərəb xilafətinin zəifləməsi nəticəsində Azərbaycanda bir neçə müstəqil feodal dövləti meydana gəlir. Onların içərisində Muğanşahlıq kimi nisbətən kiçik feodal dövləti də yaranır. Həmin dövrə aid ərəb mənbələrində Muğanda Allan şahın(Amuxan şah) Sasanilər dövründə hakimiyyətdə olduğu göstərilir və Muğanın ərəb xilafətinə daxil olduğu bildirilir.
Müasir Sabirabad-tarixi torpaqlarının mühüm tərkib hissəsi olan Cavad torpaqları IX–X əsrlərdə Sacilər dövlətinin, X əsrin ortaları və sonunda Salarilərin (941–981-ci illər), XI əsrin ortalarında Məzyədilər dövlətinin tərkibində olmuşdur. Cavad bölgəsi XV əsrdə Şirvanşahlar dövlətinin tərkibində olsa da, həmin dövrlərdə sərhədlərdə tez-tez dəyişikliklər baş verirdi. Muğan torpaqlarının əsas hissəsi 1410–1468-ci illərdə Qaraqoyunlu dövlətinin, sonralar Ağqoyunlu və Səfəvilər dövlətlərinin tərkibinə daxil olmuşdur. XVII əsrdə Cavad Şirvan bəylərbəyliyinə, Muğanın qərb hissəsi Qarabağ bəylərbəyliyinə daxil idi.
- Cavad və Qalaqayın.1804-cü il.
Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Kür və Araz çaylarının qovşağında yerləşən Cavad kəndi Şirvan bəylərinin əsas şəhərlərindən birinə çevrilmiş, Səfəvilər dövlətinin də tərkib hissəsi olaraq, sənətkarlıq və ticarətin inkişaf etdiyi bir diyar olmuşdur. Görkəmli tarixçi Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində yazırdı ki, "1606-cı ildə Şah Abbas Azərbaycandakı Cavada (Arazın Kürə töküldüyü yerin yaxınlığındakı bir kənddir) tərəf hərəkət etdi. Bəzi çətinliklərlə o biri tərəfə keçərək Şah yüksüz Şamaxıya tərəf irəlilədi. Şah Abbas Şirvan və Dağıstanın bütün məsələlərini həll etdikdən sonra Əli bəy Cavanşirə qoşunları Ərdəbilə keçirməkdən ötrü Cavadda Kürün üzərində ponton körpü salmaq tapşırığı verdi". Qeyd edək ki, Səfəvi-Osmanlı müharibəsi dövründə Cavad Osmanlılar tərəfindən işğal edilmiş, 1607-ci ildə Osmanlılar Səfəvilərin Şirvana daxil olmalarının qarşısını almaq məqsədi ilə Cavad bərəsini dağıtmışlar.
- Şirvan sərhədləri yaxınlığında ticarət kəsişməsi. Kür və Araz çaylarının birləşməsi. Cavad və Qalaqayın. (1714-cü il)
Abbasqulu Bakıxanov "Bakı xanlıqları tarixindən" adlı əsərində yazırdı: "15 yanvar 1148-ci ildə (yeni təqvimlə 1736-cı il) Nadir Dağıstanda üsyana qalxmış tayfaları yatırıb Muğan düzündə Cavad keçidi yaxınlığındakı ordugahına qayıtdı. Burada persiyanın bütün əyanları onu gözləyirdilər. Əyanlar arasında bir aydan çox sürən mübahisələrdən sonra burada Nadir 25 fevral 1148-ci ildə (1736-cı il) şah elan edildi".
- Cavad şəhəri.1724-cü il.
XVIII əsrin 40-cı illərində Nadir şahın hakimiyyəti və onunla birgə farsların ağalığı tənəzzülə uğradı və 17 xanlıq yarandı. Kiçik xanlıqlar içərisində Cavad xanlığı xüsusilə diqqəti cəlb edirdi. Bu xanlığın mərkəzi Cavad şəhəri idi. Xanlığın əsas ərazisi Kür çayının sağ sahilində, az bir hissəsi isə çayın sol sahilində yerləşirdi.
- Cavad xanlığının ərazisi.
- Cavad və Qalaqayın.1818-ci il.
Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Cavad XVIII əsrin ortalarında Cavad xanlığının mərkəzi olmuşdu. 1768-ci ildə Cavad Quba xanlığına tabe edilmişdir. Azərbaycanın Rusiyanın tərkibinə qatılmasından sonra çarizmin köçürmə siyasəti ilə əlaqədar Cavada xeyli rus əhalisi köçürülmüşdür. 1888-ci ildə indiki rayonun ərazisi Petropalovka adlandırılmışdı. Petropalovka Bakı quberniyası Cavad qəzasının tərkib hissəsi idi.
Azərbaycanın yenidən Rusiyanın tərkibinə qatılmasından sonra 1920-ci il may ayının 1-dən Petropavlovka Salyan qəzası dairə inqilab komitəsinin yeni dövlət hakimiyyəti orqanı kimi ilk dəfə fəaliyyətə başladı. 1921-ci il may ayının 1-dən 1929-cu il aprel ayının 8-ə kimi Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi kimi fəaliyyət göstərmişdir. 1929-cu il aprel ayını 8-də VI ümumazərbaycan sovetlər qurultayının qəzaları ilə bura Muğan mahalının Petropavlovka dairəsi adlandırılmışdır. 1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 476№-li qərarına əsasən mahal sistemi ləğv edilmiş və Petropavlovka müstəqil rayon olmuşdur.[4]
1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə Petropavlovkaya Azərbaycanın böyük şairi klassik ədəbiyyatımızda ictimai satiranın banisi M.Ə Sabirin adı verilmişdir. 1959-cu ildən Sabirabad rayonu adlandırılmışdır.
Qalaqayın ərazisində Petropavlovka yaşayış məntəqəsinin yaranması, Sabirabad şəhərinin əsasının qoyulması
Əvvəllər buraya 1747-ci ildə yaranmış Cavad xanlığının mərkəzi olan Cavad şəhəri nəzarət edirdi. 1768-ci ildə Quba xanlığından asılı vəziyyətə düşdü. 1778-ci ildə şəhər Quba xanı Fətəli xana qarşı çıxan Gilan xanı Hidayətullah xan tərəfindən tutuldu və talan edildi. Əsir götürülən sakinlərdən bəziləri kənd təsərrüfatı işlərini yerinə yetirmək üçün Rəşt və Ənzəliyə aparıldı. Cavad məhv edildi və bir daha əvvəlki mövqeyinə və əhəmiyyətinə qayıtmadı. 1805-ci ildə Cavad xanlığının ərazisi Rusiya imperiyasına birləşdirildi. 1868-ci ildə şəhəri bərpa etməyə cəhdlər edildi. Həmin il burada qəza hökuməti fəaliyyətə başladı, idarə binalarının tikintisi üçün yer ayrıldı və işlərə başlandı. Cavadı tez bir zamanda dirçəltmək və pravoslavları cəlb etmək üçün Cavad yaxınlığında (Kür-Araz qovşağının sağ sahilində, Qalaqayın ərazisində) pravoslav kilsəsinin tikilməsi qərara alındı və Bakı hərbi qubernatoru, general-leytenant N. N. Kolyubakin 1870-ci il dekabrın 4-də Gürcüstan ekzarxı arxiyepiskop Yevsebiydən məbəd tikmək üçün icazə istədi. Ekzarxın, eləcə də Qafqazdakı qubernatoru, böyük hersoq Mixail Nikolayeviçin razılığını aldıqdan sonra tikinti başlandı. 26 fevral 1871-ci ildə müqəddəs həvarilər Pyotr və Pavelin şərəfinə məbədin təməl daşı qoyuldu. Memar Çijovun hesablamalarına görə, kilsənin tikintisi üçün xəzinədən 11587 rubl ayrıldı. Kilsə layihəsinin müəllifi əyalət mühəndisi A.İ.Bardin idi və tikinti onun nəzarəti altında aparıldı. 1875-ci ildə tikilmiş kilsə uzun müddət təqdis olunmamış qalmışdır. Qəza hökuməti bir çox inzibati səbəblərdən Salyana köçürüldü və Cavadda hələ də pravoslav xristianlar yox idi. Yalnız 1887-ci ildə ilk məskunlaşanlar Cavadda peyda oldular, bir neçə ailə məbədin təqdis olunmasını xahiş etməyə başladı. O vaxta qədər bina artıq müəyyən təmir tələb edirdi və məbəddə hələ də ikonostaz yox idi. Bakı quberniya idarəsi Cavad kilsəsinin ehtiyacları üçün 671 rubl 64 qəpik ayırdı. Bu pulla Moskva rəsmindən nişanlar olan bir qatlı taxta ikonostaz alınmış, cökə qurbangahı quraşdırılmış, üç zəng və kilsənin təqdis edilməsi üçün lazım olan əşyalar alınmışdır. 1888-ci il mayın 9-da məbədi Bakı quberniyasının dekanı, protoyehni Aleksandr Yunitski Müqəddəs Möcüzəyaradan Nikolayın şərəfinə təqdis etdi. Köçürülənlər özləri məbədə yeni ad vermək istəyirdi.[5] Kilsənin kiçik olması səbəbindən yeni təqdis olunan kilsəyə daimi keşiş təyin edilmədi.
Qafqazda mülki hissənin baş komandanı A.M.Dondukov-Korsakovun əmri ilə 1887-ci ildə Cavad qəza şəhəri ləğv edildi.[6] Onun yerində yeni köçkünlər dəstəsinin məskunlaşmasına icazə verildi. 1892-ci ildən mərkəz kimi Cavadın əvəzində Qalaqayın ərazisində yaranan rus kəndi Petropavlovka (qovşağın sağ sahili) adlandırılmağa başladı. Müqəddəs Möcüzəyaradan Nikolay kilsəsi ziyarətçilərinin sayı artdı və müstəqil kilsə təşkil edilməsi zərurəti yarandı. 1892-ci ildə keşiş İohan Meiparianov kilsənin ilk keşişi oldu. Məzmur oxuyan da təyin olundu. Xəzinədən alınan maaş ildə keşiş üçün 450 rubl, məzmur oxuyan üçün isə 150 rubl idi.
Mühüm hadisələrin tarixi
1) Mərkəzi Qalaqayın olmaqla (III -XX əsrlər) Sasanilər dövlətinin şəhərindən Muğan mahalı,[q 1] Cavad xanlığı (xanlığın ikinci mərkəzi olaraq) və Petropavlovka rayonunun mərkəzinə qədər olan dövr.
2) 1778-ci ildə bölgənin ilk mərkəzi Cavad şəhəri Quba xanı Fətəli xana qarşı çıxan Gilan xanı Hidayətullah xan tərəfindən tutuldu və talan edildi. Əsir götürülən sakinlərdən bəziləri kənd təsərrüfatı işlərini yerinə yetirmək üçün Rəşt və Ənzəliyə aparıldı. Cavad məhv edildi və bir daha əvvəlki mövqeyinə və əhəmiyyətinə qayıtmadı.
3) Çar höküməti 1868-ci ildə Cavad şəhərini bərpa etməyə cəhdlər etdi. Həmin il burada qəza hökuməti fəaliyyətə başladı, idarə binalarının tikintisi üçün yer ayrıldı və işlərə başlandı. Cavadı tez bir zamanda dirçəltmək və pravoslavları cəlb etmək üçün Cavad yaxınlığında (Kür-Araz qovşağının sağ sahilində, Qalaqayın ərazisində) pravoslav kilsəsinin tikilməsi qərara alındı.
4) 26 fevral 1871-ci ildə Kür-Araz qovşağının sağ sahilində, Qalaqayın ərazisində müqəddəs həvarilər Pyotr və Pavelin şərəfinə məbədin təməl daşı qoyuldu.
5) Qafqazda mülki hissənin baş komandanı A.M.Dondukov-Korsakovun əmri ilə 1887-ci ildə Cavad qəza şəhəri ləğv edildi. Muğana 1887-ci ildə ukraynalı kəndlilər köçürüldükdə 26 ailə Qalaqayının bu məntəqəsində məskunlaşdırılır və bu yeni kəndə Petropavlovsk (indiki Sabirabad şəhəri) adı verilir.
6) 1888-ci il mayın 9-da məbədi Bakı quberniyasının dekanı, protoyehni Aleksandr Yunitski Müqəddəs Möcüzəyaradan Nikolayın şərəfinə təqdis etdi. Köçürülənlər özləri məbədə yeni ad vermək istəyirdi.
7) 1921-ci il may ayının 1-dək indiki Sabirabad rayonunun ərazisi Muğan mahalı adlanmışdır.
8) 1921-ci il may ayının 1-dən 1929-cu il aprel ayının 8-ə kimi Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi[q 2] kimi fəaliyyət göstərmişdir.
9) 1929-cu il aprel ayını 8-də VI ümumazərbaycan sovetlər qurultayının qəzaları ilə bura Muğan mahalının[q 3] Petropavlovka dairəsi adlandırılmışdır.
10) 1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 476№-li qərarına əsasən mahal sistemi ləğv edilmiş və Petropavlovka müstəqil rayon olmuşdur.
11) 1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə Petropavlovkaya Azərbaycanın böyük şairi klassik ədəbiyyatımızda ictimai satiranın banisi M.Ə Sabirin adı verilmişdir.
12) Saatlı rayonu rayon statusu aldığı 1943-cü ilin mayın 25-dək Sabirabad rayonun tərkib hissəsi olmuşdur.
13) 1952-ci il noyabrın 7-də rayon mərkəzinə şəhər tipli qəsəbə statusu verilmişdir.
14) 1959-cu ildən Sabirabad rayonunun mərkəzi Sabirabad şəhəri adlandırılmışdır.
15) 1963-cü il yanvarın 4-də Saatlı rayonu yenidən Sabirabad rayonuyla birləşdirilmiş, bu 1965-ci ilin yanvarın 14-dək davam etmişdir.
Coğrafi mövqeyi
Sabirabad rayonu Kür və Araz çayının qovuşduğu yerdə yerləşir. Rayonun ərazisinin bir hissəsi Kür çayının sağ sahilində yerləşən Muğan düzündə, bir hissəsi Kür çayının sol sahilində Şirvan düzündə, bir hissəsi də Araz çayının sol sahilində Mil düzündə yerləşir.Rayon şimaldan Kürdəmir, şərqdən Şirvan, cənub-şərqdən, cənubdan Biləsuvar, qərbdən Saatlı və İmişli rayonları ilə sərhədi vardır. Sabirabad rayonu dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir.
Relyefi
Sabirabad rayonu Muğan, Şirvan və qismən Mil düzlərində yerləşir. Ərazisi okean səviyyəsindən aşağıdadır.
Geoloji quruluşu
Antropogen çöküntülər yayılmışdır.
Çayları və su hövzələri
Azərbaycan Respublikasının ən uzun iki çayı — Kür və Araz rayonun Suqovuşan kəndi yaxınlığında eyniadlı yerdə qovuşur. Sarısu gölünün bir hissəsi Sabirabad rayonu ərazisindədir. Bundan əlavə, regionun bəzi magistral su kanalları rayonun ərazisindən keçir.
Landşaftları və bioloji xüsusiyyətləri
İqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqliminə aiddir. Əsasən, boz-çəmən torpaqlar yayılmışdır. Ərazidə yarımsəhra bitkiliyi üstünlük təşkil edir. Ayrı-ayrı sahələrdə səhra bitkiliyi də mövcuddur. Səhra bitkiliyində şoran torpaqlarda rast gəlinir. Şoran yarımsəhralarında çox vaxt halofit kolcuqlara: qara soğan , xəzər sarıbaşı rast gəlinir. Onlar yumru təpəciklər əmələ gətirir. Burada, həmçinin, Xəzər şahsevdisi , kolvari dəvəayağı , çərən , həmçinin birillik lətli şorangələr — duzlaq coğanı və s. bitkilərə rast gəlinir.
- Xəzər səhləbi
- Xəzər sarıbaşı
- Qara soğan
- Dəvəayağı
- Çəmənlik üçyarpaq yoncası
Regionda yarımsəhra qruplaşmalarında yovşanlı , şorangəli efemerli və az sahədə kəvər yarımsəhraları geniş yayılmışdır.[7] Yovşan yarımsəhrasının geniş sahələri pambıq və taxıl bitkiləri altında istifadə olunur.[8]
Efemer qruplaşmaları üçün soğanaqlı qırtıc daha xarakterikdir. Çəmən yarımsəhrasının tərkibinə taxıl otları — yabanı arpa, bülbülotu üstünlük təşkil edir. Sabirabad rayonunda Kür və Araz çayları boyu tuqay meşələrində ağyarpaq qovaq, qaragac, söyüd, yulğun və iydə üstünlük təşkil edir.
- Ağcaqovaq
- Qarağac
- Söyüd
- Yulğun
- İydə
Faunası
Ərazi, əsasən, su-bataqlıq quşları ilə zəngindir. Burada boz qaz , ağqalın qaz , ağqaş qaz , qırmızıdöş kazarka , harayçı ququ quşu , fısıldayan ququ quşu , anqut və s. quşlara rast gəlinir. Burada məməlilərdən canavar,adi tülkü və s. canlılar yaşayır.[9]
- Boz qaz
- Ağqalın qaz
- Qırmızıdöş qaz
- Harayçı qu quşu
- Fısıldayan qu quşu
- Anqut
- Canavar
- Adi tülkü
Mədəniyyət
Tarixi memarlıq abidələri
Rayonun ən qədim tarixi memarlıq abidəsi Baba Samid türbəsidir. Türbə Şıxlar kəndi ərazisində magistral yolun kənarında yerləşir. XVI əsr tarixi memarlıq abidəsi haqqında Azərbaycan Tarix İnstitutunun professoru, tarix elmləri doktoru xanım Nemətova araşdırmalar aparmış və türbənin kitabəsini oxuyaraq açıqlamalar vermişdir. Alim "Əsrlərin daş yaddaşı" və "Azərbaycanda pirlər" adlı kitabında maraqlı fikirlər irəli sürmüşdür.
Köhnə hamam adı ilə tanınan memarlıq abidəsi Füzuli küçəsi, 27-də yerləşir. Bina 1901-ci ildə inşa olunmuşdur. Hazırda tarixi memarlıq abidəsi olaraq qorunur və təmirə böyük ehtiyacı var.
Şamaxı məscidi adı ilə tanınan abidə Şamaxıda baş vermiş zəlzələdən sonra Sabirabada köçüb gəlmiş Şamaxı sakinləri tərəfindən 1903-cü ildə inşa edilmişdir.
Qalaqayın məscidinin daş kitabəsi bu gün də qorunub saxlanılır. Kitabənin üstündə 1657-ci tarixi məscidin inşa olunması qeyd olunmuşdur. Məscid isə özü müasir tiplidir.
Əfsanələr
Əfsanəyə görə Həzrəti Əli (ə)-ın yolu Cavad kəndindən keçir və o yolüstü süfrə açıb nahar edir. Süfrəsini bu yerlərə səpdiyi üçün indi də Cavadda bu yerlər "süfrə çala" kimi qalmaqdadır. Bu yerlərin ruzi-bərəkətli olmasını da bu əfsanə ilə bağlayırlar.
Tarixi faktlar
- "13 yanvar 1148/1736/-cı ildə Nadir Dağıstanda üsyana qalxmış tayfaları yatırıb Muğan düzündə Cavad keçidi yaxınlığındakı (qovşağın sağ sahili, Qalaqayında) ordugahına qayıtdı. Burada Persiyanın bütün əyanları onu gözləyirdilər. Əyanlar arasında bir aydan çox sürən mübahisələrdən sonra burada Nadir 25 fevral 1148 /1738/ cı ildə şah elan edildi". 1747-ci ildə isə şah üsul idarəsi süquta uğradı. (A.Bakıxanov. Bakı xanlığının tarixindən. Bakı: 1983, səh 165.)
- 1606-cı ildə şah Abbas Azərbaycandan Cavada (Arazın Kürə töküldüyü yerin yaxınlığında bir kənddir) tərəf hərəkət etdi. Bəzi çətinliklərlə o biri tərəfə keçərək şah heç bir yüksüz Şamaxıya tərəf irəlilədi.
- Şah Abbas Şirvan və Dağıstanın bütün məsələlərini həll etdikdən sonra Əli bəy Cavanşirlə, qoşunları Ərdəbilə keçirməkdən ötrü Cavadda Kürün üzərində ponton körpü salmaq tapşırığı verdi. (A.Bakıxanov. Gülüstani İrəm. Bakı: 1991, səh 114, 118.)
- Şirvandan hərəkət edərək Teymur Kür çayının sahilinə gələrək buranı ordugah etdi. O, Şeyx İbrahimə hökmdar geyimi təltif etdi. Burada bir neçə gün xoşbəxtlik taxt-tacında eyş-işrətlə məşğul oldu. (Nizam əd-Din Şami XV əsr. / Qızıl orda tarixinə aid sənədlər toplusu. P.M-L.1941. səh. 124)
- Mukan əhalisi bunu Muğan kimi tələffüz edir. Ərəb sözü deyil. Mukan–çoxlu kəndi və otlağı olan bir vilayətdir. Bura öz sürülərini otaran türkmənlər məskunlaşmışdır və türkmənlər əhalinin çox hissəsini təşkil edir. (Yaqut əl-həmavi XIII əsr. Mujam əl-Buldan. Bakı: 1983, səh 20).
Sənətkarlıq
Sabirabadın ən qədim yaşayış məskənlərindən biri Cavad kəndidir. Adı XVI əsr mənbələrində çəkilsə də arxeoloji tədqiqatlar təsdiq edir ki, kəndin əsası daha 500 il əvvəl XI əsrdə qoyulmuşdur. Buradan böyük ticarət və karvan yolları keçmişdir. XVII əsrdə Nadir şahın və onunla birgə farsların ağalığı tənəzzülə uğradıqdan sonra Kür, Araz çaylarının ərazisi və digər ərazilərdə böyük və kiçik xanlıqlar yarandı. Kiçik xanlıqların içərisində Cavad xanlığı diqqəti cəlb edir. Kür və Araz çaylarının sahillərində yaşayan əhalinin əsas məşğuliyyəti əkinçilik olmuşdur. Cavad kəndi qəza kimi fəaliyyət göstərdiyi dövrdə maldar tayfalar qış aylarında bu yerlərə qışlağa gəlirdilər. Taxılçılıq, tütün, bostançılıq, heyvandarlıq da əhalinin əsas məşğuliyyəti idi. Oturaq əhali qustar əl əməyi ilə məşğul olur, saxsıdan, metaldan, şüşədən, müxtəlif məmulatlar düzəldir, həsir, xalça, palaz, çuval və s. əşyalar toxuyurdular. Muğan bölgəsində yaşayan Sabirabad əhalisinin məşğuliyyətini əks etdirən materiallar rayonun tarix-diyarşünaslıq muzeyində qorunub saxlanılır.
- Muğan xalçası
- Palaz
- Həsir
- Papaq
Bu gün də bir çox sənətkarlıq növləri ilə bir qisim əhali məşğul olur. Taxta işi, dəmirçilik, qalayçılıq, papaqçılıq, pinəçilik, toxuculuq, tikişçilik və s. sahələr inkişaf etdirilir.
Milli geyimlər
Ötən əsrlərdə qadınlarımız əsasən qırçınlı və büzməli tuman, köynək, yundan əl ilə sırınmış sırıqlı geyinər, başlarına ağ, noxudu kəlağayı, qrebdişin və tirmə şallar örtər, zərbafta ilə işlənmiş yay və qış arxalıqları geyinərdilər. Kişilər və uşaqlar ətəkləri büzməli şalvarlar geyinər, qışda altdan dizlik, əyinlərinə gödəkçə, sırıqlı, ayaqlarına yun corab və başlarına isə papaq geyinərdilər.
- Kəlağayı
Milli folklor
Sabirabadda yerli əhali ilə yanaşı Mexseti türkləri və Ermənistan torpaqlarından qovulmuş soydaşlarımız da yaşayır. Onların adət-ənənələri artıq el-oba arasında kütləvi hal almışdır. Türk folklor ansamblı rayonun ictimai tədbirlərində həmişə yaxından iştirak edir. Rayonda Dönüş, Qulami Quliyev adına Xalq Çalğı Alətləri Ansamblı və Ailə ansamblı fəaliyyət göstərir.
Kulinariya
Bu gün Sabirabad bostan bitkisi olan qarpızı ilə məşhurdur. Hətta onun qabığından belə mürəbbə bişirirlər. Qarpız çox yeyilən həm də müalicəvi məhsuldur. Məclislərdə və evlərdə ən çox bişirilən ət yeməkləri piti, qovurma, dolma, çığırtma, cız-bız, kabab, bozartma, kələfur və s. lobyalı, balqabaqlı plov, qaralı aş, tutmac, kəsmə əriştə, ovduğ, dovğa, ayran, təndir çörəyi, lavaş, fətir rayonun mili kulinariyasının əsasını təşkil edir.
Qış aylarında müxtəlif turşular, şorabalar da qoyulur, tut və qarpızdan doşab və bəkməz hazırlanır.
- Piti
- Dolma
- Kabab
- Plov
- Əriştə hazırlanması
- Dovğa
- Ayran
- Təndir çörəyi
- Lavaş
- Fətir çörəyi
- Şoraba
Baba Samid məqbərəsi
Türbə Sabirabad rayon Şıxlar kəndi ərazisində magistral yolunun kənarında yerləşir. Türbənin tarixi haqqında Azərbaycan Tarix institutunun professoru, tarix-elmləri doktoru Məşədixanım Nemətova araşdırmalar aparmış və bu haqda fikirlərini dəfələrlə nəşr etdirmişdir. Baba Samid türbəsinin ərəb-fars dillərində yazılmış 9 sətrlik 1-ci 3 sətrində Qurandan XIX surə, 31–32-ci ayələr yazılmışdır. 4–5-ci sətrlər Həzrəti Əlinin tərifinə həsr olunmuş, qalan 4 sətrdə türbənin səfəvi padşahı I Şah Təhmasib vaxtında Şirvan bəylərbəyisi Abdulla xanın əmri ilə 993-cü ildə hicri ilinin zülqəddə ayında "xoşbəxtliklər mənbəyi olan seyidlərin (burada seyid "böyük" mənasındadır) başçısı Baba Samid ibn Bektaş ibn Sultan Əli ibn Həzrəti Musa Ərriza üçün bina olunmuşdur" sözləri yazılmışdır. Kitabədən göründüyü kimi Baba Samid Hacı Bektaşın oğludur. Onu da İmam Rza (ə.s) (765–818-ci illər) ilə bağlayırlar. Hacı Bektaşın İmam Rzanın oğlu kimi (yəni təriqət övladı) verilməsi onun rəhbərlik etdiyi cəmiyyətin şiəliklə məşğul olmasına işarədir.
Maraqlı guşələr, mənzərələr
Qədim Azərbaycanın bərəkətli torpaqları olan Şirvanla Muğanı birləşdirən Kür çayı ilə həsrət, ayrılıq simvolu olmuş Araz çayı Sabirabadda bir-birinə qovuşur. Bu yer "SUQOVUŞAN" adlanır. Rayonun ən böyük kəndlərindən biri və rayonda çıxan qəzet bu adı daşıyır. Şəhərin mərkəzində Kür-Araz mehmanxana kompleksi və şadlıq sarayı fəaliyyət göstərir. Kür çayının öz məcrasını dəyişməsi nəticəsində rayon ərazisində bir çox göllər, o cümlədən Sarısu gölü yaranmışdır.
Meşəliklər
Sabirabad rayonun 3287 ha meşə fondu torpaqları vardır. Bulduq, Həşimxanlı, Kürkəndi, Ətcələr, Axtaçı, Qaratuğay, Güdəcühür, Şıx Salahlı, Salmanlı, Poladtuğay kəndlərindəki meşəliklərdə qovaq, söyüd, tut, iydə, ağcaqayın, şeytan ağacı, göyrük ağacları üstünlük təşkil edir.[10]
Mədəni və arxeoloji abidələr
# | Abidələrin inventar nömrəsi | Abidələr | İstismara verildiyi tarix | Ünvanlar |
---|---|---|---|---|
1 | 1661 | Cavad Şəhərgahı | III-XVIII əsrlər | Cavad kəndi |
2 | 1662 | Cavad nekropolu | e.ə III və e.ə II əsrlər | Cavad kəndi |
3 | 1663 | Yastıqobu küp qəbirləri nekropolu | Antik dövr | Əhmədabad kəndindən 1.5 km şərqdə |
4 | 1664 | Nekropol | Antik dövr | Abdulan kəndi |
5 | 1665 | Surra küp qəbirləri nekropolu | e.ə V və I əsrlər | Surra kəndi |
6 | 1666 | Surra yaşayış yeri | e.ə V və I əsrlər | Surra kəndi |
7 | 1667 | Qaratəpə nekropolu | e.ə V və II əsrlər | Qaratəpə kəndi |
8 | 1668 | Qaratəpə yaşayış yeri | III və VII əsrlər | Qaratəpə kəndi |
19 | 1669 | Bulaqlı nekropolu | e.ə II minillik | Bulaqlı kəndi |
10 | 1670 | Qalaqayın yaşayış yeri | I və III əsrlər | Qalaqayın |
11 | 1671 | Şəhərgah yaşayış yeri | IV və XVII əsrlər | Zəngənə kəndi |
12 | 4952 | Şamaxı məscidi | XIX əsr | Sabirabad şəhəri, İsmət Qayıbov küçəsi |
13 | 4953 | Qəzli məscidi | Qəzli məscidi | |
14 | 4954 | Baba Samid məqbərəsi | 1582-ci il | Şıxlar kəndi |
17 | 4955 | Qalaqayın məscidi | 1657-ci il | Qalaqayın kəndi |
16 | 5680 | Böyük Vətən Müharibəsində həlak olmuş həmvətənlərimizin abidəsi | Sabirabad rayonu, Mərkəzi mədəniyyət və istirahət bağı | |
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilib.[11] [12]
Təhsil
Ümumtəhsil məktəblərinin sayı: 85
- 1) Şəhərdə: 9
- 2) Kəndlərdə: 76
Tam orta məktəblər: 65
- 1) Şəhərdə 8
- 2) Kəndlərdə 57
Ümumi orta məktəblər: 15
- 1) Şəhərdə 1
- 2) Kəndlərdə 14
- İbtidai məktəblər: 5
- Rayon üzrə şagirdlərin sayı: 24606
- Rayon üzrə müəllimlərin sayı: 2688
- Rayon üzrə texniki işçilərin sayı: 1084
- Məktəbdənkənar tərbiyə müəssisələrinin sayı: 1
- Bu müəssisələrə cəlb olunmuş şagirdlərin sayı: 348
Sabirabad rayon Təhsil şöbəsinin binası 2009-cu ildə istifadəyə verilmişdir.
Son illərdə tikilən, təmir olunan və istifadəyə verilən məktəblər
Axtaçı Muğan və Çığırğan kənd tam orta məktəbləri H.Əliyev Fondunun vəsaiti hesabına 2005-ci ildə tikilib istifadəyə verilmişdir.
Mürsəlli və Qasımbəyli kənd tam orta məktəbləri 2011-ci ildə əsaslı təmir olunmuş və istifadəyə verilmişdir. Hər iki məktəbin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
Ulacalı, Əsgərbəyli, Muradbəyli kənd tam orta məktəbləri 2011-ci ildə əsaslı təmir olunmuşdur.
Sabirabad şəhər 2 saylı uşaq bağçası əsaslı təmir edilmiş, Qasımbəyli kəndində qəza vəziyyətində olan uşaq bağçası sökülərək yerində yeni müasir bağça binası tikilmişdir.
2012-ci ildə N.Gəncəvi adına 5 saylı şəhər, Z.Tağıyev adına 6 saylı şəhər tam orta məktəblərində bərpa-gücləndirmə işləri başa çatdırılmışdır.
E.Nadirov adına 8 saylı şəhər tam orta məktəbi üçün 480 şagird yerlik, Yuxarı Axtaçı kənd tam orta məktəbi üçün 240 şagird yerlik, Nərimankənd kənd tam orta məktəbi üçün isə 480 şagird yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir.
2013-cü ildə M.Ə.Sabir adına 1 saylı tam orta məktəb tikilib istifadəyə verilmişdir. 29 avqust 2013-cü il tarixə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbdə aparılan tikinti işləri ilə tanış olmuşdur. Qaraağac, Kovlar, 1 saylı Qaragüney və Xəlfəli kənd tam orta məktəbləri də əsaslı təmir edilmişdir. Qeyd olunan məktəblərin hamısı lazımi inventar və avadanlıqlarla təmin olunmuşdur. Nəriman Nərimanov adına 2 saylı beynəlmiləl məktəb-liseydə və Yastıqobu kənd ümumi orta məktəbində də təmir işi aparılmışdır.
2014-cü ildə Səməd Vurğun adına 3 saylı şəhər və 2 saylı Cavad kənd tam orta məktəblərinin dam örtüyü dəyişdirilmiş, fasad hissəsi təmir olunmuşdur. 460 şagird yerlik Çöl Beşdəli kənd tam orta məktəbi əsaslı təmir olunmuşdur.
2016-cı ildə Moranlı kənd tam orta məktəbi şagirdlərin istifadəsinə verilmişdir. Yaxa Dəllək kənd tam orta məktəbində son tamamlanma işləri gedir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sabirabad rayonundə 3 saylı uşaq bağçasının yeni binası tikilmiş, 15 dekabr 2014-cü ildə 100 yerlik uşaq bağçasının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. 2015-ci ildə Sabirabad rayonu 1 saylı, Axısxa və Çöl Beşdəli kənd uşaq bağçalarının da binalarında əsaslı təmir işi başa çatdırılmışdır. 2016-cı ildə Ulacalı kənd uşaq bağçasının yeni binası tikilmişdir. 2017-ci ildə Qaraağac kənd uşaq bağçasının binası əsaslı təmir edilmişdir.
Sabirabad Dövlət Sosial İqtisadi Kolleci
Sabirabad Dövlət Sosial İqtisadi Kolleci orta ixtisas təhsili şəbəkəsinin təkmilləşdirilməsi məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən Sabirabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. Kollecdə 40 nəfər pedaqoji işçi çalışır. Ümumi işçilərin sayı 93 nəfərdir. Hazırda kollecdə 570 nəfər tələbə aşağıdakı ixtisaslar üzrə təhsil alırlar:
- fiziki tərbiyə
- peşə təlimi
- yol hərəkətinin təşkili
- baytarlıq
- mühasibat uçotu
- maliyyə işi
- bank işi
- ailə və ev təhsili
- bələdiyyə təsərrüfatının təşkili
- arxiv işi və kərguzarlıq
- kitabxana və informasiya təminatı
Burada ixtisasların tələbata uyğunlaşdırılması daim diqqət mərkəzində saxlanılır. Kollecin 9456 ədəd kitab fonduna malik kitabxanası vardır. Kitabxana yeni dərslik, dərs vəsaitləri, bədii ədəbiyyatla daim zənginləşir. Eyni zamanda kollecdə müasir dövrün tələblərinə cavab verən oxu zalı tələbə və müəllimlərin istifadəsinə verilmişdir. Kollecdə dərs otaqlarının əyaniliklə zənginləşdirilməsi, təmir-bərpa işləri müntəzəm aparılır.
Sabirabad Peşə Liseyi
Sabirabad Peşə liseyi 1974-cü ildə orta texniki peşə məktəbi kimi fəaliyyətə başlamış, 1996-cı ildə ona lisey statusu verilmişdir. Lisey 7 hektar ərazidə yerləşir, 1 tədris, 2 yataqxana binası vardır. Liseydə 240 nəfər şagird təhsil alır.
8 ixtisas qrupu vardır:
- traktorçu-maşinist, təmirçi-çilingər
- kənd təsərrüfatı maşın və avdanlıqlarının təmiri üzrə çilingər
- meliorasiya işlərinin traktorçusu, təmirçi-çilingər
- heyvanlarda süni mayalanma üzrə texnik-dərzi
- əl elektrik qaynaqçısı
- kompüter ustası
- pambıqçı
Şagirdlərin təlim-tərbiyəsi və ixtisas hazırlığı ilə 38 nəfər işçi, o cümlədən 24 müəllim, 14 istehsalat təlimi ustası məşğuldur.
Peşə liseyində 19 fənn kabineti yaradılmışdır.[13]
Səhiyyə
Sabirabad Mərkəzi Rayon Xəstəxanası haqqında ümumi məlumat
Sabirabad Mərkəzi Rayon Xəstəxanası H.Əliyev prospekti 97 ünvanında yerləşməklə rayon üzrə 320 çarpayıdan ibarətdir. 205 çarpayı MRX-da yerləşməklə 7 şöbəni əhatə edir.
- Cərrahiyyə şöbəsi — 65 çarpayı (Qulaq-burun-boğaz və göz palataları ilə birlikdə).
- Reanimasiya şöbəsi — 10 çarpayı
- Terapiya şöbəsi — 30 çarpayı
- Mamalıq-Qinekoloji şöbə — 40 çarpayı
- Nevroloji şöbə — 15 çarpayı
- Yoluxucu xəstəliklər şöbəsi — 15 çarpayı
- Pediatriya şöbəsi — 30 çarpayı
- Vərəm əleyhinə xəstəxana — 25 çarpayı
- Poliklinika şöbəsi.
- 6 kənd sahə xastəxanasında ümumilikdə 90 çarpayı fəaliyyət göstərir.
Mərkəzi rayon xəstəxanasının nəzdində Təcili-Tibbi yardım stansiyası fəaliyyət göstərir. Sabirabad Mərkəzi Rayon Xəstəxanasının yerlərdə 78 tibb müəssisəsi fəaliyyət göstərir.
- Bunlardan həkim məntəqəsi- 30
- Tibb məntəqəsi — 38
Sabirabad MRX-da 558 nəfər tibb işçisi çalışır. Bunlardan həkim 122 nəfər, orta tibb işçisi 436 nəfərdir. Son 5 il müddətində MRX-nın tibb müəssisələrindən Sabirabad Regional Perinatal Mərkəzi müasir tibbi-diaqnostik avadanlıqlarla təchiz edilməklə Respublika Səhiyyə Nazirliyi tərəfindən, Yolçubəyli həkim məntəqəsi Yapon Səfirliyi tərəfindən, Əsgərbəyli tibb məntəqəsi Fövqaladə Hallar Nazirliyi tərəfindən, Həşimxanlı, Mürsəlli, Quruzma həkim məntəqələri, Yastıqobu, Qəfərli, Osmanlı, Kürkəndi tibb məntəqələri QHT təşkilatı tərəfindən tikilib istifadəyə verilmişdir. Hal-hazırda Qasımbəyli həkim məntəqəsi FHN tərəfindən tikilməkdədir. MRX 1974-cü ildə tikilib istifadəyə verilmişdir.[14]
İqtisadiyyat
Əsas iqtisadi göstəricilər
# | 2016-cı il | 2017-ci il | % | artma və azalma | |
---|---|---|---|---|---|
1 | Rayonun ərazisi | 1469,4 | 1469,4 | 100,0 | 0 |
2 | Əhalinin sayı (min nəfər) | 172,6 | 174,8 | 101,3 | 2,2 |
3 | Şəhər əhalisi | 30,3 | 30,6 | 101,0 | 0,3 |
4 | Kənd əhalisi | 142,3 | 144,1 | 101,3 | 1,8 |
5 | Mövcüd təsərrüfatın sayı | 34932 | 35088 | 100,4 | 156 |
6 | Şəhər üzrə təsərrüfatın sayı | 6601 | 6651 | 100,8 | 50 |
7 | Kənd üzrə təsərrüfatların sayı | 28331 | 28437 | 100,4 | 106 |
8 | Doğulanlar (nəfər) | 3323 | 3141 | 94,5 | -182 |
19 | Ölüm (nəfər) | 894 | 911 | 101,9 | 17 |
10 | Nikah (nəfər) | 1255 | 1134 | 90,4 | -121 |
11 | Boşanma (nəfər) | 113 | 121 | 107,1 | 8 |
12 | Rayona gələnlər (nəfər) | 180 | 134 | 74,4 | -46 |
13 | Rayondan gedənlər (nəfər) | 282 | 347 | 123,0 | 65 |
14 | Qaçqınlar (ailənin sayı) | 485 | 484 | 99,8 | -1 |
(şəxslərin sayı) | 2314 | 2300 | 99,4 | -14 | |
15 | Məcburi köçkünlər (ailənin sayı) | 1412 | 1406 | 99,6 | -6 |
(şəxslərin sayı) | 5852 | 5842 | 99,8 | -10 | |
16 | Əsas kapitala yönəldilmiş investisiya (min manat) | 76911,9 | 70451,3 | 91,6 | -6460,6 |
17 | Tikinti-təşkilatlara gördüyü işin həcmi (min manat) | 89231,1 | 65397,8 | 73,3 | -23833,3 |
18 | Sənaye məhsulunnun həcmi (min manat) | 10477,5 | 11091,6 | 105,9 | 614,1 |
19 | Nəqliyyat sektorunda yük və sərnişin daşınmasından məhsul buraxlışı (min manat) | 4868,9 | 5034,7 | 103,4 | 165,8 |
20 | Rabitə xidmətinin həcmi (min manat) | 500,8 | 546,2 | 109,1 | 45,4 |
21 | Pərakəndə ticarət dövriyyəsi (min manat) | 231960,6 | 302945,2 | 130,6 | 70984,6 |
22 | Pullu xidmət (min manat) | 46140,8 | 49610,7 | 107,5 | 3469,9 |
23 | Məişət xidməti (min manat) | 7196,4 | 76354,2 | 1061,0 | 69157,8 |
24 | Orta aylıq əmək haqqı | 257,6 | 260,7 | 101,2 | 3,1 |
25 | Yeni iş yeri | 3080 | 18453 | 599,1 | 15373 |
Kənd təsərrüfatı
Sabirabad rayonu respublikanın iri kənd təsərrüfatı rayonlarından biridir. Yaxın keçmişdə bu rayon pambıq və taxıl istehsalında qazandığı uğurlara görə respublikada şöhrət qazanmışdır.
Əldə edilmiş yüksək göstəricilərə görə 5 nəfər kənd təsərrüfatı işçisi keçmiş SSRİ-nin ən nüfuzlu ordeninə layiq görülməklə Sosialist Əməyi Qəhrəmanı adını almışdır.
Keçmiş ittifaq respublikaları arasında ilk dəfə olaraq 18 fevral 1995-ci ildə "Aqrar islahatların əsasları haqqında" "Sovxoz və kolxozların islahatı haqqında" və 16 iyul 1996-cı ildə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunları qəbul olundu. Sabirabad rayonunda torpaq islahatı qısa müddətdə başa çatdırıldı. Keçmişdə mövcud olmuş 45 kolxoz təsərrüfatı ləğv edildi. Onlara məxsus torpaq və əmlak payçılar arasında bölüşdürüldü.
1 | Sabirabad rayonunun ümumi ərazisi | (ha) | 146911 |
2 | ondan dövlətdə saxlanılan | (ha) | 32543 |
3 | Bələdiyyə mülkiyyətinə verilib | (ha) | 58666 |
4 | Xüsusi mülkiyyətə verilib | (ha) | 55702 |
5 | ondan pay torpağı verilib | (ha) | 45236 |
6 | Pay torpağı alan ailələrin sayı | 23763 | |
2017-ci ildə bitkiçilik məhsulları istehsalı aşağıdakı kimi olmuşdur:
# | Əkin sahəsi
hektar |
Məhsuldarlıq sentner | Məhsul
ton | |
---|---|---|---|---|
1 | Taxıl | 24625 | 39,4 | 95720 |
2 | Paxlalı | 83 | 31,0 | 257 |
3 | Pambıq | 15055 | 12,07 | 18169,4 |
4 | Qarğıdalı | 627 | 59,3 | 7108 |
5 | Günəbaxan | 17 | 14,0 | 23,8 |
6 | Otarmaq üçün xəsil arpa | 5 | ||
7 | Kartof | 1338 | 140,2 | 18826 |
8 | Tərəvəz | 3302 | 151,1 | 64059 |
9 | Bostan | 3881 | 257,1 | 99770 |
10 | Yonca | 19324 | 84,7 | 163730 |
11 | Meyvə toplanıb | 19353 | ||
12 | Üzüm toplanıb | 1318 | ||
13 | Birillik ot | 12 | 77,5 | 93 |
Cəmi | 68269 |
Mətbuat
Ötən əsrin əvvəllərində dairə kimi ayrı-ayrı qəza və mahalların tərkibində fəaliyyət göstərən Petropavlovkaya 1930-cu ildə inzibati rayon statusu veriləndə onun rəsmi mətbu orqanını təsis etmək barədə qərar qəbul edilib. Qəzetə "Pambıq cəbhəsində" adının verilməsi də dövlət siyasətindən irəli gəlib. Kənd təsərrüfatının kollektivləşdirilməsi siyasətinin ortaya atıldığı bir vaxtda Muğan düzündə pambıqçılığın inkişaf etdirilməsi, bütün qüvvələrin bu strateji əhəmiyyətli məhsulun istehsalının artırılması naminə səfərbərliyə alınması üçün təbliğat-təşviqat işlərinin gücləndirilməsində "Pambıq cəbhəsində" qəzetinin üzərinə mühüm vəzifələr düşürdü. Bir il sonra rayona Azərbaycanın böyük şairi Mirzə Ələkbər Sabirin adı verildi. Qəzet isə hələ də iki səhifə həcmində A-3 formatında çıxır, materiallar əl şriftləri ilə yığılır, mexaniki üsulla çap olunurdu.1948-ci ilə kimi 777 nömrəsi çıxıb. İndiki İsmət Qayıbov küçəsi 16 (o vaxtkı İnqilab) yerləşən qəzet kiril əlifbası ilə 1000 tirajla buraxılmışdır.Qəzetin 50-ci illərdə redaktoru olmuş mərhum Paşa Nuriyev qeyd edir ki,o vaxt dövlət sirlərini qəzetdə vermək qadağan idi. Buna nəzarət etmək üçün raykomda "qlavlit" deyilən nəzarətçi var idi.Biz qəzetdə tənqidə çox yer verirdik. O vaxtlar hətta raykom işçilərini də tənqid etmək olardı. Mən qəzetə gələndə qəzet əllə fırlatmaqla çap edilirdi. Çap məsələsini qaldırdım. Elektriklə işləyən çap maşını alıb qurdurdum. Şrift sarıdan çətinliklər var idi. Yeni şriftlər alıb gətirdim.[16]
1962-ci ildə "Pambıq cəbhəsində"nin fəaliyyətinə xitam verilib. Azərbaycan KP MK-nın qərarına əsasən yaradılan Sabirabad rayonlararası "Muğan" qəzeti Əli Bayramlı – indiki Şirvan şəhərini və Saatlı rayonunu da əhatə edirdi.
- Rayon qəzetinin yaranma dövrü
1969–1982-ci illər Azərbaycanda bütün sahələrin, o cümlədən mətbuatın və jurnalistikanın inkişafında çox mütərəqqi dövr olub. Respublikanın mətbu orqanlarının, o cümlədən rayon qəzetlərinin inkişafı, redaksiyaların ixtisaslı jurnalist kadrları ilə təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Mətbəələr ilbəil müasir poliqrafiya maşınları ilə təmin edilir, qəzetlərin tirajı yüksəlirdi. Qəzetin tirajı da artıq 20 min nüsxə həddinə çatmışdı.
1992-ci ildə qəzet təsisçilərinin və çoxsaylı oxucuların təklifi ilə qəzetin adı dəyişdirilərək "Suqovuşan" adlandırılıb".[17]
Qeyd edək ki, 2005–2007-ci illərdə qəzetin adı dəyişdirilib "Muğanın səsi" qoyulmuşdur.Amma 2007-ci ildə jurnalistlərin təkidi ilə yenidən "Suqovuşan" qəzeti adlandırılmışdır.
Vaxtaşırı olaraq 8 hətta 12–16 səhifəlik qəzet buraxılıb. Dəfələrlə A2 formatında qəzet nəşr edilib.
Sabirabadın 80 illiyi, 2011-ci ilin yekunları, İdman ili münasibətilə iriformatlı rəngli və xüsusi parlaq kağızlarda çap olunub.
Hazırda redaksiyada 2 müxbir, 1 müxbir-dizayner, 1 fotoqraf, 1 operator, 1 mühasib işləyir. Cəmi ümumilikdə kollektivin sayı 6 nəfərdir.
Redaksiyanın jurnalist kollektivi işçilərindən Rayon İcra Hakimiyyəti tərəfindən dəfələrlə fəxri fərmanla mükafatlandırılıb. Bundan əlavə Yeni Azərbaycan Partiyasının Sabirabad rayon nümayəndəliyi tərəfindən fəxri fərmanla da mükafatlandırılıb. Hazırkı baş redaktoru Həsən bəy Zərdabi mükafatı, ilin peşakar idman jurnalisti, Qızıl qələm mükafatına layiq görülüb. Müxbirlərin üçü Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Qəzet həm də Mətbut Şurasının üzvüdür[18]
İdman
Sabirabad rayon Gənclər və İdman İdarəsi 1994-cü ildən fəaliyyət gostərir. Fəaliyyətə başladığı müddətdən idarə bütün idman təşkilatlarını ətrafında birləşdirmişdir.
İdmanın inkişaf etdirilməsi ilə bağlı 2008-ci ildə cənab prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə Sabirabad Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir.
Sabirabad OİK-nin istifadəyə verilməsi Sabirabad rayonunun inkişafına böyük töhfə vermişdir. Beləki hazırda Sabirabad Olimpiya İdman Kompleksində sərbəst güləş, boks, mini futbol, karate, trenajor, stolüstü tennis, üzgüçülük, atletika idman növləri tədris olunur.
Futbol
Hazırda rayonda süni örtüklü bir usaq futbol meydançası inşa edilmiçdir. İkinci sünü örtüklü meydançanın inşasına start verilmişdir. Rayonda üç yaş qrupunda uşaq futbolu fəaliyyət göstərir. Rayonun futzal komandası isə ölkə çempionatında oynayır.
Güləş
Bu idman növünə rayonda daha böyük maraq var. Hazırda 500-ə yaxın yeniyetmə və gənc sərbəst güləş üzrə idman növü ilə məşğul olur. Bu güləşçilərdən respublika çempionları Mahir Əliyevi, Seyfulla Mehdiyevi, Vüqar Kərimovu, Şahin Abbasovu misal göstərmək olar. Sərbəst güləş idman növü ilə Sabirabad OİK, "Məhsul" KKİC-nin UGİM, rayon Təhsil şöbəsinin UGİM məşğul olurlar.
Boks
Boks İdman növü rayonda yeni yaranıb. Bu idman növü ilə 50 yaxın yeniyetmə və gənc məşğul olur.
Karate
Sabirabad karateçiləri respublika çempionatlarında iştirak edərək, müxtəlif yarışların qalibi olublar.
Atletika
Atletika idman növü rayonun orta məktəblərində daha çox yayılmışdır. Bu idman növü üzrə respublika çempionu Rüfər Mehdiyevdir.
Stolüstü tennis və üzgüçülük idman növü isə rayonda yeni inkişaf etdirilməyə başlamışdır.[19]
İnfrastruktur
Poçt və rabitə
Sabirabad rayonunda 24 Avtomat Telefon Stansiyası vasitəsilə əhaliyə telefon-rabitə xidməti göstərilir. Bütün kordinat tipli ATS-lər elektron tipli ATS-lərlə əvəz olunmuşdur. ATS-lərin 8960 montaj tutumundan 6727-i istifadə edilir. Gələcəkdə 2227 abonent bu növ rabitə xidmətindən istifadə edə bilər. Rayonda 2232 montaj tutumu olan genişzolaqlı internet xidmətindən ozəl provayderlərlə birlikdə 3559 abonent istifadə edir. İnternetdən istifadəedilməsi üçün 531 boş port mövcuddur. 1 şəhər və 23 kənd ATS-nin hər birində internet xidməti göstərilir. Respublikanın 23 rayonunda o, cümlədən Sabirabad rayonunda da əhaliyə göstərilən internet xidmətinin yaxşılaşdırılması məqsədilə avadanlıqlar daha müasir avadanlıqlara əvəz olunur. Görülən tədbirdən sonra internet xidmətinin sürəti artacaqdır. Kəndlərdə geniş zolaqlı internet şəbəkəsinin yaradılması və rabitə xidmətinin yaxşılaşdırılması üçün bir sıra kənd ATS-lərində 48 portallıq DSLAM tipli avadanlıq quraşdırılaraq abunəçilərə yüksək sürətli internet xidməti göstərilir.2017-ci ildə 168 abonent üçün telefon xətti çəkilmişdir ki, bunun da 80-ni şəhər, 88 isə kənd ərazilərində olmuşdur.
Sabirabad Poçt filialının nəzdində 3 şəhər poçt şöbəsi, 35 kənd şöbəsi, 8 poçt agentliyi və Zəngilan rayonundan olan məcburi köçkünlər üçün rayonun Rüstəmli kəndində salınmış qəsəbədə poçt agentliyi fəaliyyət göstərir. Poçt şöbələri tərəfindən əhaliyə 41 növ poçt-rabitə xidməti göstərilir.[20]
Banklar
Sabirabad rayonunda 7 bank müəssisələri fəaliyyət göstərir.
- "Kapital Bank" Sabirabad rayon filialı
- "Vijin Fond Azərkredit" MMC-nin Sabirabad rayon filialı
- "Bank Respublika ASC"-nin Sabirabad rayon filialı
- "Bank of Azerbaijan" Sabirabad rayon filialı
- "FİNQA- Azerbaijan" Qeyri bank kredit təşkilatının Sabirabad rayon filialı
- "Aqroinvest kredit ittifaqı"nın Sabirabad rayon üzrə nümayəndəliyi[21]
Nəqliyyat
Sabirabad rayonunun III və IV kateqoriyalı avtomobil yolları vardır.
Rayonun avtomobil yollarının uzunluğu 522 km-dir.Ölkə üzrə çəkisi 7,9 %-dir.
Respublika əhəmiyyətli avtomobil yolunun uzunluğu 243 km-dir.Ölkə üzrə çəkisi 8,6 %-dir.
Yerli əhəmiyyətli avtomobil yolunun uzunluğu 279 km-dir.Ölkə üzrə çəkisi 7,8 %-dir.
Rayon ərazisindən dəmiryolu nəqliyyatı da geniş istifadə olunur.
Görkəmli şəxslər
- Qiyas xan Şahsevən — Cavad xanlığının birinci xanı.
- Həsən xan Muğanlı — Cavad xanlığının ikinci xanı.
- İbrahim xan Muğanlı — Cavad xanlığının üçüncü xanı.
- Səfi xan Muğanlı — Cavad xanlığının dördüncü xanı.
- Məhəmmədsalah хan — Cavad xanlığının xanzadəsi.
- Lütfiyar İmanov — Azərbaycan opera müğənnisi (dramatik tenor), Bakı Musiqi Akademiyasında müəllim-professoru. SSRİ xalq artisti
- Mirhəmid Həmidov — Sabirabad Rayon Partiya Komitəsinin birinci katibi,Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı,deputat.
- İbadulla Ağayev — Tibb elmləri doktoru.
- Bəybala Xankişiyev-İqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Azərbaycan Respublikasının əməkdar iqtisadçısı.
- Azad Əsgərov — qaydasız döyüşçü və güləşçi.
- Pərviz Hüseynov (idmançı) — Karate qara kəmər sahibi, idman ustası
- Böyükkişi Ağayev — akademik, tibb elmləri doktoru, Azərbaycanın görkəmli alimi, cərrah, tibb xadimi, pedaqoq, xeyriyyəçi.
- Məhəmməd Xəlilov — İkinci Dünya müharibəsi iştirakçısı, İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı, İtaliya Qəhrəmanı.
- Ayaz İsmayılov — İkinci Dünya müharibəsi iştirakçısı.
- Bəxtiyar Məmmədzadə — Azərbaycan filoloqu, əruz vəzninin tədqiqatçısı.
- Elşad Əhmədov — AMEA Zoologiya İnstitutu, elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent.
- Mirzə Güllər — 19 əsrdə yaşayıb-yaratmış ilk azərbaycanlı peşəkar xanəndə qadın.
- Məmməd Nəsirov — tibb üzrə professor,ali dərəcəli cərrah.
- Nisə Bəyim — Azərbaycan şairi,AYB-nin üzvü.
- Pənah Hüseyn — Azərbaycan Respublikasının Baş Naziri.
- Rafiq Nəsirov — Azərbaycan rəssamı,Azərbaycanın əməkdar artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.
- Sabir Nuri Türkel — azərbaycanlı şair, ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
- Vladimir Qafarov — şair, tərcüməçi,Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi, Azərbaycan SSR Əməkdar incəsənət xadimi.
- Yavər Camalov — Azərbaycan Respublikasının Müdafiə Sənayesi keçmiş naziri.
- Zakir Quliyev — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini.
- Zülfüqar Musayev — Dövlət xadimi, "Azdövsutəslayihə" institutunun (IV) direktoru.
- Şəmsəddin Orucov — 20 Yanvar Şəhidi.
- Zəbbulla Əliyev — 20 Yanvar Şəhidi.
- Ramiz Qasımov — Rusiya Federasiyasının əməkdar elm xadimi, "Qazprom" ASC-nin və "Şimali Qafqaz Elmi Tədqiqat və Layihə İnstitutu" (ŞimQafETLİ) ASC-nin baş direktoru.
- Zəminə Aslanova — Azərbaycan SSR Ali Sovetinin(7, 8 və 9-cu çağırış) deputatı, Azərbaycan pambıq ustası(1973), SSRİ Dövlət Mükafatı laureatı(1976)
- Miryusif Mirnəsiroğlu — Azərbaycan yazıçısı və şairi.
- Fatma Hüseynova — pambıqçı, Sosialist Əməyi Qəhrəmanı, I dərəcəli "Əmək" ordeni laureatı.
- Xəlil Mirzə — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist.
- Xankişi Xankişiyev — iqtisad elmləri namizədi,dosent.
- Asif Ağayev — Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı.
- Mirzəcan Xəlilov — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı.
- Asif Hüseynov — Şabran Rayon İcra Hakimiyyətinin başçısı.
- Azər Məmmədov — azərbaycanlı yazıçı, publisist, televiziya aparıcısı, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
- Lotu Hikmət — azərbaycanlı qanuni oğru.
- Rizvan Muradov — Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri.
- Ədalət Bayramoğlu — Türkiyədə fəaliyyət göstərmiş azərbaycanlı miniatür rəssam, heykəltaraş, keramika ustası.
- Aslan Xankişiyev — "Ədalət Keşiyində" qəzetinin təsisçi və baş redaktoru, "MediaMaqnatTV.info" saytının rəhbəri.
- Elçin Quliyev — Millət vəkili.
- Elvin Əliyev — futbolçu.
- Oqtay Əliyev — rəssam-dizayner.
- İlkin Həsəni — televiziya aparıcısı, aktyor, prodüser.
- Zamir Dadaşov- fizika üzrə fəlsəfə doktoru, tədqiqatçı alim
Milli qəhrəmanlar
Fərhad Ağayev • Mübariz Əhmədov • Murad Mirzəyev |
Bələdiyyələri
# | Bələdiyyələrin adı | Bələdiyyələr üzrə əhalinin sayı | Ərazisi km² | Bələdiyyə
üzvlərin sayı |
---|---|---|---|---|
1 | Sabirabad bələdiyyəsi[22] | 30776 | 12,46 | 15 |
2 | Azadkənd bələdiyyəsi[22] | 7033 | 51,13 | 10 |
3 | Axısxa bələdiyyəsi[22] | 2538 | 24,19 | 7 |
4 | Qalaqayın bələdiyyəsi[22] | 7551 | 27,12 | 10 |
5 | Qaralar bələdiyyəsi[22] | 6148 | 39,18 | 10 |
6 | Qaratəpə bələdiyyəsi[22] | 6039 | 49,69 | 9 |
7 | Qaragüney bələdiyyəsi[22] | 4860 | 27,35 | 9 |
8 | Qasımbəyli bələdiyyəsi[22] | 5340 | 37,05 | 9 |
9 | Quruzma bələdiyyəsi[22] | 13112 | 87,77 | 13 |
10 | Yolçubəyli bələdiyyəsi[22] | 8782 | 50,34 | 10 |
11 | Kürkəndi bələdiyyəsi[22] | 6783 | 53,12 | 8 |
12 | Minbaşı bələdiyyəsi[22] | 5754 | 50,86 | 11 |
13 | Moranlı bələdiyyəsi[22] | 7992 | 86,79 | 10 |
14 | Muğan Gəncəli bələdiyyəsi[22] | 7276 | 87,65 | 11 |
15 | Nizami bələdiyyəsi[22] | 6610 | 84,16 | 11 |
16 | Surra bələdiyyəsi[22] | 2802 | 34,11 | 9 |
17 | Ulacalı bələdiyyəsi[22] | 9716 | 57,76 | 11 |
18 | Çöl Beşdəli bələdiyyəsi[22] | 2927 | 43,35 | 8 |
19 | Şıx Salahlı bələdiyyəsi[22] | 3104 | 25,55 | 6 |
20 | Həşimxanlı bələdiyyəsi[22] | 4495 | 32,06 | 8 |
21 | Cavad bələdiyyəsi[22] | 9473 | 68,09 | 11 |
22 | Güdəcühür bələdiyyəsi[22] | 6864 | 62,51 | 11 |
23 | Əliləmbəyli bələdiyyəsi[22] | 1600 | 26,66 | 9 |
24 | Əhmədabad bələdiyyəsi[22] | 3100 | 19.02 | 8 |
25 | Şəhriyar bələdiyyəsi[22] | 6010 | 54,69 | 11 |
Cəmi | 176685 | 1192,66 | 245 |
Rayon rəhbərləri
Azərbaycan Kommunist Partiyası Sabirabad Rayon Komitəsinin birinci katibləri:
- Yusif Qasımov — 1920-ci illər.
- Maisey Pyaterikov — 1929-1931-ci illər.
- Bala Əfəndiyev — 1933–1934-cü illər.
- Əziz Səlimov — 1939-1940-cı illər.
- Allahverdi Həsənov — 1940-1945-ci illər.
- Ağagül Muradov — 1945-1947-ci illər.
- Ağayev Xosrov Məhəmməd oğlu — 1947-1951-ci illər.
- Musa Şıxıyev — 1951-1954-cü illər.
- Rəhimov Yunis İsgəndər oğlu — 1954-1958-ci illər.
- Abdullayev Əjdər Mirzə oğlu — 1958-1961-ci illər.
- Məmmədov Mətləb Abuzər oğlu — 1961-ci il.
- Qurbanov İlyas Mehdi oğlu — 1961-1962-ci illər.
- Əzizov Soltan Hümmət oğlu — 1962-1965-ci illər.
- Məmmədov Məmməd Həmzə oğlu — 1965-1970-ci illər.
- Məmmədov Məmməd Əsgər oğlu — 1970–1985-ci illər.
- Seyidov Vilayət Məmməd oğlu — 1985–1989-cu illər.
- Həmidov Mirhəmid Mirheydər oğlu — 1989–1991-ci illər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçıları:
- Həmidov Mirhəmid Mirheydər oğlu — 1991 – 20 may 1992
- Səmədov Səmid Musa oğlu — 20 may 1992 – 16 aprel 1993[23]
- Əsgərov Əsgər Mubil oğlu — 16 aprel 1993 – 20 avqust 1993
- Şıxəliyev Vaqif Hacalı oğlu — 20 avqust 1993 – 14 avqust 1995[24]
- Əlişov Əliverdi Məmmədkərim oğlu — 14 avqust 1995 – 28 iyun 1999[25][26]
- Piriyeva Səmayə Aslan qızı — 28 iyun 1999 – 28 iyul 2000[27][28]
- Xancanov Bəylər Misir oğlu — 28 iyul 2000 – 4 iyul 2002[29][30]
- Ağayev Əbülfəz Yusif oğlu — 4 iyul 2002 – 30 sentyabr 2004[31][32]
- Məmmədov Əşrəf İsrafil oğlu — 30 sentyabr 2004 – 9 noyabr 2005[33][34]
- Abbasov Heydər Almas oğlu — 15 dekabr 2005 – 21 aprel 2011[35]
- İsmayılov Nazim Mehdi oğlu — 21 aprel 2011 – 17 may 2019[36][37]
Əhalinin tərkibi
Əhalinin milli tərkibi | 2009-cu ilinsiyahıyaalınmasənədlərinə əsasən |
Azərbaycanlılar | 148571 |
Türk | 3042 |
Rus | 81 |
Ləzgi | 3 |
Talış | 2 |
Ukraynalı | 2 |
Kürd | 2 |
Gürcü | 1 |
Digər millətlər | 9 |
Qalereya
Sabirabad (Petropavlovka) (1905-ci il)
- Sabirabad (Petropavlovka). Boqau pambıqtəmizləmə zavodunun inşası
- Petropavlovkada küçə. Cəmi 77 ev vardı
- Gəzinti üçün qayıqların və bərənin saxlanma yeri
- Kür çayı
- Mehmanxana. Yuxarı mərtəbədə "Zinger" tikiş şirkətinin dükanı yerləşirdi
- Sabirabad (Petropavlovka). Kür və Araz çaylarının qovuşması
- Sabirabad (Petropavlovka). Arxada məscid görünür
- Sabirabad (Petropavlovka). Qarpızların Kür çayı boyunca idxal olunması
- Sabirabad (Petropavlovka). Ümumi görünüş.Şimali-qərbdən Kür çayı
- Səmədov Pambıq zavodu
Sabirabad (müasir dövr)
- Araz çayı.
- Kür çayı. Tuqay meşəsindən qalan ağaclar.
- Suqovuşan (Kür-Araz).
- Magistral yol.
- 1657-ci ildə əsası qoyulmuş Qalaqayın məscidi.
- Kür və Arazın qovşağı Suqovuşan.
- Qalaqayın dairəsi.
- Sabirabad, Murad Hüseynov adına Əsgərbəyli tam orta məktəbin futbol meydançası.
- Sabirabad, Murad Hüseynov adına Əsgərbəyli tam orta məktəbin ibtidai siniflər üçün korpusu.
- Sabirabad rayonu, Dostluq yeməkxanası.
- Qalaqayın.Küknar ağacları.
- Sabirabad rayonu,Surra məktəbi.
- Baba Samid minbəri.
Qeydlər
- Tarixi Muğan mahalının yerini 1921-ci ildə Petropavlovka dairəsi aldı. Salyan qəzası VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzalar ləğv ediləndən sonra eyni inzibati ərazi çərçivəsində 1929-1930-cu illərdə Muğan mahalı adlanmışdır.
- Bu inzibati ərazi tarixi Muğan mahalını əvəzləmişdir.
- Salyan qəzası eyni inzibati ərazi çərçivəsində Muğan mahalı adlanmışdır.
İstinadlar
- "Siraqəddin Nəcəf oğlu Cabbarovun Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). azertag.az. 17 may,2019-cu il. 2019-05-17 tarixində arxivləşdirilib.
- Sabirabad rayonu icra hakimiyyəti. "Coğrafi mövqeyi" (az.). 2018-12-22 tarixində arxivləşdirilib.
- "Управление делами Президента Азербайджанской Республики. Административно-территориальное деление. С. 120" (PDF). 2012-03-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-26.
- "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. Rayon haqqında məlumat" (az.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2019-03-06 tarixində orijinalından arxivləşdirilib.
- Там же, с. 155
- Багиров Ф. А. Переселенческая политика царизма в Азербайджане (1830—1914 гг.). Москва, изд. Маросейка, 2009. Стр. 18
- Musayev M.Ə., Hacıyev D.V., Qasımov Ə.Q. və b. Azərbaycanm heyvanlar alomi, 3 cilddə. Bakı: Elm, 2000–2004.
- Biomüxtəiiflik və bitkilərin introduksiyası. AMEA Nəbatat Bağmın 75 iiliyinə həsr olunmuş beynəlxalq elmi konfransm materialları. 2 cilddə. Bakı: CBS, 2009.
- Tuayev D. Azərbaycan quşlarının kataloqu. Bakı: Şur, 1996
- "Mədəniyyət". 2018-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.
- "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Arxivləşdirilib 2018-08-16 at the Wayback Machinee-qanun.az (az.)
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarına 1 nömrəli əlavə Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, İstifadə tarixi:9 yanvar 2015
- "Təhsil". 2018-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.
- "Səhiyyə". 2018-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.
- "İqtisadiyyat və kənd təsərrüfatı". 2018-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.
- Elçin Nəsib. "Sabirabad mətbuatı tarixi" (az.). Elm və Təhsil. 2013.
- Bəxtiyar MƏMMƏDLİ. "Suqovuşan qəzeti Sabirabadın inkişaf yolunun güzgüsü kimi" (az.). 525.az. 2012-08-28. 2018-12-12 tarixində arxivləşdirilib.
- "Azərbaycan Mətbuat Şurası.Bölgə nəşrləri" (az.). www.presscouncil.az. 2018-12-12 tarixində arxivləşdirilib.
- "İdman". 2018-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.
- "Poçt və rabitə". 2018-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.
- "Banklar". 2018-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.
- "Sabirabad rayonunda fəaliyyət göstərən bələdiyyələr haqqında məlumat 01.01.2019-cu il tarixə". 2019-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.
- "S. M. Səmədovun Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və M. M. Həmidovun həmin vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı" (az.). Qanun.az. 20 may,1992-ci il. 2019-05-18 tarixində arxivləşdirilib.
- "V. H. Şıxəliyevin Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 21 avqust,1993-cü il. 2019-05-30 tarixində arxivləşdirilib.
- "Ə. M. Əlişovun Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 14 avqust,1995-ci il. 2019-05-30 tarixində arxivləşdirilib.
- "Ə. M. Əlişovun Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 28 iyun,1999-cu il. 2019-05-30 tarixində arxivləşdirilib.
- "S. A. Piriyevanın Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 28 iyun,1999-cu il. 2019-05-30 tarixində arxivləşdirilib.
- "S. A. Piriyevanın Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 28 iyul,2000-ci il. 2019-05-30 tarixində arxivləşdirilib.
- "B. M. Xancanovun Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 28 iyul,2000-ci il. 2019-05-30 tarixində arxivləşdirilib.
- "B. M. Xancanovun Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 4 iyul,2002-ci il. 2019-05-30 tarixində arxivləşdirilib.
- "Ə.Y. Ağayevin Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 4 iyul,2002-ci il. 2019-05-30 tarixində arxivləşdirilib.
- "Ə.Y. Ağayevin Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 30 sentyabr,2004-cü il. 2019-05-30 tarixində arxivləşdirilib.
- "Ə. İ. Məmmədovun Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 30 sentyabr,2004-cü il. 2019-05-30 tarixində arxivləşdirilib.
- "Ə. İ. Məmmədovun Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 9 noyabr,2005-ci il. 2019-05-30 tarixində arxivləşdirilib.
- "H.A.Abbasovun Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 21 aprel,2011-ci il. 2019-05-30 tarixində arxivləşdirilib.
- "N.M.İsmayılovun Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 21 aprel,2011-ci il. 2019-04-27 tarixində arxivləşdirilib.
- "N.M.İsmayılovun Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). azertag.az. 17 may,2019-cu il. 2019-05-17 tarixində arxivləşdirilib.
- "World Digital Library.Sergei Mikhailovich Prokudin-Gorskii". 2019-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-02.
Həmçinin bax
Xarici keçidlər
- sabirabad-ih.gov.az
- Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — Kənd rayonları, səhifə 869–870. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017
- Mülki Cəmiyyətə Doğru Mərkəzi