İlanbalıqları
İlanbalıqları (lat. Petromyzontidae) — heyvanlar aləminin xordalılar tipinin hiperoartiyalar sinfinin i̇lanbalığıkimilər dəstəsinə aid heyvan cinsi.
İlanbalıqları | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Sinifüstü: Cyclostomi Sinif: Dəstə: Fəsilə: İlanbalıqları |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
İlanbalıqları Cənub və Şimal yarımkürələrin mülayim, şirin sularında və Şimal Buzlu okeanın hövzəsində yaşayır.
Bel üzgəci yaxşı inkişaf etmişdir. Udlaq boşluğu ilə burun boşluğu arasında əlaqə yoxdur. Başının arxa hissəsinin hər tərəfində 7 qəlsəmə deşiyi yerləşir. Ağzı dəyirmi olub, sorucu cihaz şəklindədir və buynuz maddəsindən əmələ gələn çoxlu miqdarda dişiciklərə malikdir. Dişciklər üst və alt çənə lövhəcikləri, ağız qıfı və dil üzərində yerləşir. İnkişaf metamorfoz yolu ilə gedir; kürüdən qumeşən adlanan sürfə çıxır. Sürfə ağzı dəyirmi olmur və dişləri yoxdur. Qəlsəmə dəlikləri içəridə bilavasitə udlağa açılır. Gözləri dəri altında yerləşir. Üzgəcləri inkişaf etmiş olur. İlanbalıqları fəsiləsinə 10-a qədər cins və 40-a yaxın növ daxildir. Azərbaycanda bu fəsilənin ancaq Caspiomyzon cinsi yaşayır.
Təsnifatı
Geotrilər (Geotriinae) yarımfəsiləsi
- Geotria cinsi
Mordasilər (Mordaciinae) yarımfəsiləsi
- Mordacia cinsi
İlanbalığılar (Petromyzontinae) yarımfəsiləsi
- Xəzər ilanbalığıları (Caspiomyzon)
- Entosphenus cinsi
- Eudontomyzon cinsi
- Ichthyomyzon cinsi
- Lampetra cinsi
- Lethenteron cinsi
- Petromyzon cinsi
- Tetrapleurodon cinsi
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2013.
- Eschmeyer W., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7