Petrokimya
Petrokimya, Zavaritski, 1944 - geologiya elminin süxurların kimyəvi tərkibi və onların əmələ gəlmə proseslərinin kimyası haqqında bölməsi
Elm sahəsi → öyrənir | |
---|---|
Xətalar haqqında məlumat [[]] –i təsvir edən {{[[:Template: | ]]}} taksonomik şablon yoxdur | |
Yarımbölmə → öyrənir |
Haqqında
Petrokimya süxurların və süxurəmələgətirən mineralların kimyəvi tərkibinin empirik parametrlərinin təyininə; təbii sistemə yaxın sintetik sistemlərin öyrənilməsinə əsaslanan eksperimental məlumatların və onların qrafiki ifadəsinin genetik yozumuna; süxurlarda mineral assosiasiya mövcudluq şəraiti və təkamülünün paragenetik analizinə, habelə süxur və süxurəmələgətirən minerallarda, bütövlükdə Yer qabığında kimyəvi komponentlərin yayılma qanunauyğunluqlarının analizinin üsul və nəticələrinə əsaslanır. Petrokimya tətbiqinin əsas istiqamətləri bunlardır: müxtəlif tərkibli, mənşəyli, yaşlı, formasion mənsubiyyətli, struktur süxurların dəqiq kimyəvi tərkibini öyrənməklə təbii petrokimyəvi standart sistemlər yaratmaq (kimyəvi tərkibin orta tipləri); süxurların təsnifatını vermək və onların fatsial-formasion analizinin effektiv petrokimyəvi kriterilərini işləyib hazırlamaq; maqmatik komplekslərin metallogenik ixtisaslaşmasını müəyən etmək. Petrokimya nəzəri məsələlərinə petrogenetik proseslərin modelləşdirilməsi aiddir.
Binar petrokimyəvi diaqramlar
Binar petrokimyəvi diaqramlar düzbucaqlı koordinat sistemində qurulur. Absis oxu üzrə, adətən, ən geniş yayılmış komponentlər (SiO2, MgO və b.) qeyd olunur, şaquli oxda isə başqa komponentlər göstərilir. Komponentlər çəki faizində, yaxud onların nisbətlərinin qiymətləri ilə verilir, oxlara paralel xətlər çəkilir, xətlərin kəsilişində nöqtə göstərilir. Bu nöqtələri birləşdirən xətt komponentlərin bir-birindən asılılığını, korrelyasiyasını göstərir. Müəyyən petroloji məsələlərin həllində istifadə olunur. Ən çox işlənilən binar diaqramlara misal olaraq Osbornun Binar petrokimyəvi diaqramlar: [SiO2-(FeO+Fe2O3): (FeO:Fe2O3+MgO)]; Ritmanın Binar petrokimyəvi diaqramlar [SiO2-(Al2O3-K2O-Na2O):(Al2O3+ +K2O+Na2O) və SiO2-(K2O+Na2O)] və b. göstərmək olar.
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.