Pertev Naili Boratav

Pertev Naili Boratav (əsl adı Mustafa Pertev, 2 sentyabr 1907[2], Zlatoqrad16 mart 1998[3][4], Paris[5]) — Türk etnoqrafıfolklor tədqiqatçısı.

Pertev Naili Boratav
türk. Pertev Naili Boratav
Doğum adı Mustafa Pertev[1]
Doğum tarixi 2 sentyabr 1907(1907-09-02)[2]
Doğum yeri
Vəfat tarixi 16 mart 1998(1998-03-16)[3][4] (90 yaşında)
Vəfat yeri
Uşağı
İş yeri
Təhsili
  • İstanbul liseyi[d],
  • İstanbul Universitetinin ədəbiyyat fakültəsi[d]

Həyatı

Bolqarıstanın Darıdərə kəndində 1907-ci ildə doğuldu. 1927-ci ildə İstanbul Oğlan Litseyini, 1930-cu ildə İstanbul Universitetinin ədəbiyyat fakültəsi Türk Dili və ədebiyatı bölümünü bitirdi. 1931–1932-ci illərdə Fuad Köprülünün asistenti oldu.

Pertev Naili Boratav görkəmli türk ictimaiyyətçi alimi Hilmi Ziya Ülkenin təsiri altında formalaşmışdı. O, bir şəxsiyyət kimi xalq ədəbiyyatı və folklor tədqiqatlarının qurucusu kimi türk mədəniyyət tarixinə keçə bilmişdir.

Pertev Nailinin topladığı arxiv mütəxəssislərin fikilərinə görə, ən önəmli və geniş əhatəli arxivlərdən sayılır. Burada toplanmış xalq nağılları, rəvayətlər, atalar sözləri, şeirlər, lətifələr, mahnılar, xalq teatr nümunələri, hətta etnobotanik xalq təbabəti (fitoterapiya) və astronomiyaya aid məlumatlar var.

Arxivdə "Əsli və Kərəm", "Koroğlu" dastanları ilə birlikdə, ümumiyyətlə, Türkiyənin müxtəlif bölgələrində, həmçinin hüdudlarımıza yaxın bölgələrdə (Qars, İqdır, Ərdahan, Ərzurum və s.) toplanmış yüzlərcə uşaq oyunu, minlərcə xalq nağılları, eyni zamanda bir çox diğər xalq dastanları yer almışdır.

1941-ci ildə Xalq hekayeleri və xalq hekayeciliği dissertasiyasıyla dosent oldu, 1948-ci ildə professorluğa yüksəldi. 1948-ci ildə başqanı olduğu Xalq ədəbiyyatı kürsüsü CHP iqtidarınca kommunizmi yaydığına görə qapatıldıqdan sonra xaricə getdi.

ABŞ, AlmaniyaFransada çalışdı. 1940-cı illərdə Behice Boranın Yurt və Dünya dərgisinin baş redaktoru oldu. Stanford Universiteti Türkiyə bölümünü qurdu. Parisdə ölümünə qədər CNRS (Centre National de la Recherche Scientifique)də çalışdı. 1998-ci ildə Parisdə öldü.

Əsərləri

  • Gökoğlu Destanı, 1931, 2003
  • Folklor ve Edebiyat I, 1939, 1991
  • Bey Böyrek Hikayesine Ait Metinler, 1939
  • Halk Edebiyatı Dersleri, 1943, 2000
  • İzahlı Halk Şiiri antolojisi, 1946, 2000
  • Folklor ve Edebiyat II, 1954, 1991
  • Halk Hikayeleri ve Halk Hikayeciliği,1946, 2002
  • Typen Türkischer Volsmarchen, 1953
  • Zaman Zaman İçinde, 1958, 1992
  • Le Tekerleme, 1963, 2000
  • Az Gittik , Uz Gittik, 1969, 1992
  • 100 Soruda Türk Folkloru, 1973, 2003
  • Nasreddin Hoca, 1996
  • Pertev Naili Boratav, 100 Soruda Türk Folkloru, K Kitaplığı, İstanbul 2003

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.